Məhkəmə qərarları › İş №2(003)-3717/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3717/2021

19.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3717/2021 19.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, Cavabdeh Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontorunun nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdehlər Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontoruna, X12 və X13 qarşı mirasın qəbul edilməsi müddətinin bərpası tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri,Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sovet küçəsi, döngə 2, ev 5-də mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin üzrlü sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması zamanı X12 və X18 cavabdeh qismində işə cəlb olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası X2 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, ovet küçəsi,döngə 2, ev 5 atası 28.05.1990-cı ildə dünyasını dəyişib. İllər sonra ona məlum olub ki, həmin ünvan üzrə vərəsəlik işi açılıb. Sözü gedən məsələdən onun sonradan məlumatı olub. Bundan sonra o, öz növbəsində notariat arxivinə sorğu ilə müraciət edərək, notariat işlərinin təsdiq olunmuş surətlərini alıb, öz növbəsində 31 saylı notariat ofisinə ərizə ilə müraciət etmişdir. Ordan onun müraciətinə imtina cavabı vermişlər ki, notariat işinə əlavə olunmuş ailə tərkibi haqqında forma 7-də onun adı qeyd olunmasına baxmayaraq, miras əmlakdan imtina cavabı olmadan miras qalmış, miras kütləsinə daxil olan Mərdəkan qəsəbəsi, Sovet küçəsi, döngə 2, ev 5-də yerləşən evə dair 1/2 hissəyə məcburi pay olaraq 10.09.2003-cü ildə 2V-34 reyestrlə anası X6, qanun üzrə nəvəsi X7 isə 2V-33-İƏ qalan 1/2 hissəyə vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Anasına düşən məcburi payı isə 4-Ə-2-182 reyestrlə anası, nəvəsi X7 bağışlamışdır. Atası savadsız biri olub, oxuması-yazması olmayıb. Anası isə gözdən əlil və savadsız olub, hansı qaydada necə bağışlanması, necə imza etməsi hələ də ona maraqlı gəlir. O, ərizə ilə müraciət etsə də, onu vərəsə kimi qəbul etsinlər, müddəti ötürdüyünə görə ona notariat tərəfindən imtina cavabı ünvanlanmışdır. Ordan ona müddətin uzadılması ilə bağlı yalnız məhkəməyə müraciət edə biləcəyini bildirmişdilər. Hesab edir ki, gecikdirmənin səbəbi üzrlü sayılmalıdır. 72 yaşı var. Bu illər ərzində inanmazdı ki, onun üzərindən belə bir hərəkət edərlər. Digər tərəfdən də vərəsələrdən biri mirasın qəbulu ilə notariat ofisinə müraciət etdikdə, notarius özü vərəsələrin dairəsini müəyyən etməli və onları vərəsəliyə çağırmalı idi. Vərəsəlik işinin içində ailə haqqında arayışda onun adı qeyd olunub. Bundan başqa, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırsa, miras məhkəməyə müraciət etmədən də qəbul oluna bilər. Qanunvericilik mirasın edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması ilə bağlı iki qayda müəyyən etmişdir. Bunlardan birincisi mirası qəbul etmiş vərəsələrin razılaşması ilə, ikincisi isə bu razılaşma olmadıqda məhkəmə qaydasında həll edilməlidir. Qeyd olunanlara əsasən, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sovet küçəsi, döngə 2, ev 5-də mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin üzrlü sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontorunun nümayəndəsi X8 məhkəməyə bildirmişdir ki, 1979-cu ildən Nizaminin atası ona ev vəsiyyət edib, 1989-cu ildə isə evi digər qardaşlarına verib. İddiaçı vərəsədir, məcburi payı var. İddianın təmin olunmasına etirazı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər X12 və X18 məhkəməyə gəlməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 28.05.1990-cı ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 31 saylı notariat ofisinin 07 avqust 2021ci il tarixli qərarının surətindən görünür ki, X2 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sovet küçəsi, döngə 2, ev 5 üzrə İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Səbəb olaraq göstərilmişdir ki, vərəsəliyin qəbuluna dair qanunla müəyyən edilmiş müddət buraxılmışdır, vərəsələr arasında mübahisə mövcuddur, notariat arxivindən təqdim olunmuş vərəsəlik işinə əsasən mərhumdan miras qalmış, yalnız Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Sovet küçəsi, döngə 2, ev 5-də yerləşən evə dair ½ hissəyə məcburi pay olaraq 10.09.2003-cü ildə 2v-34 reyestrlə həyat yoldaşı X1 üzrə, nəvəsi X7 isə 2v-33-lə qalan ½ hissəyə vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 11.09.2003-cü ildə X4 düşən məcbur payı X7 4-ə-2-182 reyestrlə təsdiq olunmuş bağışlama müqaviləsi rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş 10.09.2003-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X9 əmlakı ünvan 1 ünvanında yerləşən şəxsi evinin ½ hissəsini nəvəsi X7 vəsiyyət etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 02.10.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Rafael ünvan 2 ünvanında X10 2008, X11 1974, X14 1996, X15 2003, X5 2005ci il tarixdən qeydiyyata düşmüşdür. Məhkəmə sorğusu ilə alınaraq iş materiallarına əlavə edilmiş notariat işlərinin surətlərindən və işin digər hallarından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sovet küçəsi, döngə 2, ev 5-də yerləşən evə dair 1/2 hissəyə məcburi pay olaraq X6, qanun üzrə X7 qalan 1/2 hissəyə vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X6 düşən məcburi payı isə o, nəvəsi X7 bağışlamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndində göstərilir ki, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə iclasında müəyyən olundu ki, miras əmlak Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sovet küçəsi, döngə 2, ev 5-də yerləşən evə dair 1/2 hissəyə məcburi pay olaraq iddiaçının anası X6, qanun üzrə isə nəvə X7 qalan 1/2 hissəyə vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, X16 öz payını nəvəsi X7 bağışlamışdır. İddiaçı atası mərhum X2 miras qalmış əmlak üzrə vərəsəlik işinin açılmasından məlumatsız olduğunu əsas gətirərək, həmin mirasın qəbul edilməsi üçün gecikdirilmiş müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırkı mübahisə ilə bağlı hüquq münasibətləri 1990-cı ildə yarandığından, həmin tarixdə qüvvədə olan Mülki Məcəllənin maddələri tətbiq edilməlidir. 1990-cı ildə qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən, vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 538-ci maddəsinə əsasən, miras qoyanın həddi-büluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın) üçdə iki hissədən az olmayan hissəsini alırlar. Məcburi payın miqdarı müəyyən edilərkən adi ev avadanlığı və məişət predmetlərindən ibarət olan əmlakın dəyəri də nəzərə alınır. Həmin Məcəllənin 553-cü maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilər. Beləliklə, məhkəmə, qanunvericiliyin tələblərini, iddiaçının öz izahatını, eyni zamanda, məhkəmə iclasında tədqiq olunmuş sənədləri qiymətləndirərək belə nəticəyə gəlir ki, onun göstərdiyi hallar bir-birini tamamlayır və təsdiq olunur ki, həqiqətən mərhum X9 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sovet küçəsi, döngə 2, ev 5-də yerləşən evin mülkiyyətçisi olmuş, o, 1990-cı il tarixdə vəfat etdikdən sonra oğlu İddiaçı məcburi pay hüququ olduğu halda miras payı ayrılmamış, iddiaçı vərəsəlik şəhadətnaməsi almaq üçün notariat kontoruna müraciət etsə də, ona vərəsəliyin qəbul edilməsi müddətini ötürdüyü üçün şəhadətnamə verilməsi qeyri-mümkün hesab edilərək məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə, ərizəçinin hüquqi cəhətdən savadsızlığı üzündən onun miras əmlakın qanunla müəyyən edilmiş qəbul edilməsi müddətini bilməməsini üzrlü səbəb kimi qəbul edərək belə nəticəyə gəlir ki, buraxılmış həmin müddət bərpa edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t di: Ərizə təmin edilsin. İddiaçı tərəfindən mirasın qəbul edilməsi müddətinin ötürülməsi üzrlü hesab edilərək həmin müddət bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar