Məhkəmə qərarları › İş №2(003)-3780/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3780/2023

12.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3780/2023 12.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozu ünvanına 5 akt əsasında əsassız hesablanmış cəmi 6253,68 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, Cavabdeh İB tərəfindən yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi X2 2015-ci ildə fərdi ev tikməklə yaşayır. Həmin evə 2019-cu ildə qaz xətti çəkilməklə təbii qaz verilmişdir. Həmin evə 2019-cu ildə akta əsasən 885,60 manat məbləğində cərimə yazılmışdır. Həmçinin hesabat müddətinin 90 günlük dövrdə aparılması qanunsuz və əsassızdır. 2019-cu ilin dekabr ayında təxmini olaraq 1 ay müddətdə təbii qazdan sayğacsız istifadə etmişdir. Sonradan sayğac quraşdırıldığından əlavə xətt ləğv edilmişdir. Buna baxmayaraq dəymiş ziyanın uzun müddətli dövr üçün şişirdilmiş məbləğdə göstərilməsi tamamilə qanunsuz və əsassızdır. xx.xx.2023-cü il tarixdə isə yalnız həmin gün gecə təbii qazdan sayğacsız istifadə etmiş, həmin gün isə akt tərtib edilərək sayğacdan kənar xətti qaynaq vasitəsilə dayandırılmışdır. xx.xx.2023-cü il tarixli aktda göstərilən QSSQ-250 litr, iran sobası kimi qaz işlədici avadanlıqları olmamışdır. Hesabatın 180 gün müddətində aparılması hesab edir ki, tam əsassızdır. Aylıq qaz sərfi orta hesabla 40-50 manat təşkil edir və bu məbləğdə sayğacdankənar təbii qazdan istifadə etməsini qəbul edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi T.Ə.Hacıyev iddia tələbini qəbul etməyərək onun təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, iddiaçı yaşadığı ünvanda təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etmişdir. Birliyin əməkdaşları tərəfindən baxış keçirilərkən bu barədə 2019-cu ilin dekabr, 2020-ci ilin yanvar, fevral, mart aylarında və 2023-cü ilin yanvar ayında müvafiq aktlar tərtib edilmiş və dəymiş ziyan hesablanmışdır. Abonent təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə etmişdir. Odur ki, tərtib edilmiş aktlar əsaslıdır və həmin aktlar əsasında dəymiş ziyan hesablanaraq iddiaçının abonent hesabına hesablanmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktdan görünür ki, həmin tarixdə abonent İddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi halı müəyyən edilmişdir. Avadanlıqlar - PQ-4, QSSQ və dəmir sobadır. -Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 8856 m3 həcmində dəymiş ziyan hesablanmışdır. -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktdan görünür ki, həmin tarixdə abonent İddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi halı müəyyən edilmişdir. Avadanlıqlar - PQ-4, QSSQ və dəmir sobadır. -Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 2952 m3 həcmində dəymiş ziyan hesablanmışdır. -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktdan görünür ki, həmin tarixdə abonent İddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi halı müəyyən edilmişdir. Avadanlıqlar - PQ-4, QSSQ və dəmir sobadır. -Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 2952 m3 həcmində dəymiş ziyan hesablanmışdır. -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktdan görünür ki, həmin tarixdə abonent İddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi halı müəyyən edilmişdir. Avadanlıqlar - PQ-4, QSSQ və dəmir sobadır. -Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 2952 m3 həcmində dəymiş ziyan hesablanmışdır. -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, həmin tarixdə abonent İddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi halı müəyyən edilmişdir. Avadanlıqlar - PQ-4, QSSQ,dəmir soba və iran sobasıdır. -Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 36720 m3 həcmində dəymiş ziyan hesablanmışdır. -İddiaçı adına olan **********00054 kodlu abonent saldosundan görünür ki, həmin abonent hesabına akt əsasında 2019-cu ilin dekabr ayında 885,60 manat, 2020-ci ilin yanvar ayında 295,20 manat, fevral ayında 295,20 manat, mart ayında 295,20 manat, 2023-cü ilin yanvar ayında 4482,48 manat məbləğində borc yazılmışdır. Eyni zamanda həmin saldodan aydın olur ki, 2019-cu ilin dekabr ayı, 2020-ci ilin yanvar, fevral, mart ayları ərzində qaz sərfinə görə məbləğ hesablanmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki mübahisənin yaranmasına səbəb Cavabdeh tərəfindən tərtib edilmiş aktların olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aklartın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən aktların tərtib olunmasına əsas olmuş halların məhz iş üzrə iddiaçı tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Belə ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən də göründüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmçinin istehlakçıya verilmiş qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır. Məhkəmə araşdırması zamanı isə iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilməsi halı müəyyən edilmişdir. Belə ki, iddiaçı təbii qazdan 2019-cu ilin dekabr ayında təxminən 01 ay müddətində və 2023-cü ilin yanvar ayında 01 gün sayğacdan kənar xətt vasitəsilə istifadə etdiyini bildirmişdir. Lakin abonentin saldosundan da görünür ki, iddiaçıya dekabr 2019-cu il – mart 2023-cü il tarixləri ərzində təbii qaza görə sərfiyyat göstəricisi olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə müddəti iddiaçının qeyd etdiyi kimi 2019-cu ildə 01 ay və 2023-cü ilin yanvar ayında 01 gün kimi deyil, 2019-cu ilin dekabr ayı, 2020-ci ilin yanvarmart ayları və 2023-cü il üçün yanvar ayı kimi nəzərə alınması ağlabatan olmaqla əsaslıdır. Bununla əlaqədar olaraq cavabdeh tərəfindən tərtib edilmiş 5 aktın hər biri qismən əsaslı hesab edilməlidir. İddiaçı 2019-cu ilin dekabr, 2020-ci ilin yanvar, fevral və mart aylarında təbii qazdan qeyri-qanuni xətt vasitəsilə istifadə etsə də, cavabdeh tərəfindən dəymiş ziyanın məbləği orta sərfiyyat nəzərə alınmadan xeyli yuxarı məbləğdə hesablanmışdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən növbəti illərin müvafiq aylarında qazın sərfi əsas götürülməli, həmçinin həmin dövrdə təbii qazın hər m3 üçün mövcud olmuş 0.10 manat qiyməti ilə hesablanmaqla orta göstərici nəzərə alınmalıdır. İş materiallarına əlavə edilmiş abonentin saldosundan aydın olur ki, iddiaçıya məxsus fərdi evdə təbii qazdan sərfiyyat 2020-ci ilin dekabr ayında 469 m3 (469x0,10=46,90), 2021-ci ilin eyni ayında 487 m3 (487x0,10=48,7), 2022-ci ilin həmin ayında 644 m3 (644x0,10=64,4), 2021-ci ilin yanvar ayında 483 m3 (483x0,10=48,3), 2022-ci ilin eyni ayında 710 m3 (710x0,10=71), 2021-ci ilin fevral ayında 474 m3 (474x0,10=47,4), 2022-ci ilin eyni ayında 483 m3 (483x0,10=48,3), 2021-ci ilin mart ayında 464 m3 (464x0,10=46,4), 2022-ci ilin eyni ayında 767 m3 (767x0,10=76,7), 2021-ci ilin yanvar ayında 483 m3 (483x0,10=48,3), 2022-ci ilin eyni ayında 710 m3 (710x0,10=71) olmuşdur. Beləliklə də təbii qaza görə məbləğ digər illərdəki eyni dövr üçün sərfiyyatı nəzərə almaqla, 2019-cu ilin dekabr ayı üçün 54 manat (47 (2020-ci ilin dekabr ayının sərfiyyatı)+49 (2021-ci ilin dekabr ayının sərfiyyatı)+65 (2022-ci ilin dekabr ayının sərfiyyatı)=161:3=53,6), 2020-ci ilin yanvar ayı üçün 60 manat (49 (2021-ci ilin yanvar ayının sərfiyyatı)+71 (2022-ci ilin yanvar ayının sərfiyyatı)=120:2=60, 2020-ci ilin fevral ayı üçün 49 manat (48 (2021-ci ilin fevral ayının sərfiyyatı)+49 (2022-ci ilin fevral ayının sərfiyyatı)=97:2=48,5, 2020-ci ilin mart ayı üçün 62 manat (47 (2021-ci ilin mart ayının sərfiyyatı)+77 (2022-ci ilin mart ayının sərfiyyatı)=124:2=62, 2023-cü ilin yanvar ayı üçün 60 manat (49 (2021-ci ilin yanvar ayının sərfiyyatı)+71 (2022-ci ilin yanvar ayının sərfiyyatı)=120:2=60 olmaqla, cəmi 285 manat hesab edilməlidir. Bu səbəbdən, iddiaçının abonent hesabına aktlar üzrə yazılmış cəmi 6253,68 manat məbləğin 5968,68 manatı abonent hesabından silinməli, 285 manat isə saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının abonent hesabına hesablanmış ümumilikdə 5968,68 manat məbləğində borc silinməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.1.2-ci bəndində əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı məxsus ünvanda abonent hesabına (abonent kodu **********00054) hesablanmış 5968,68 manat məbləğində borc silinməli və cavabdehdən 79,68 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus ünvana (Binə qəsəbəsi Hövsan südçülük sovxozu) abonent hesabına (abonent kodu **********00054) hesablanmış 5968,68 manat məbləğində borc silinsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 79,68 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar