Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-381/2024 27.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh, X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 5 saylı Bakı "ASAN xidmət" mərkəzi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə "mənzilin bağışlanması müqaviləsinin və mənzilə verilmiş çıxarışın etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı 5 saylı Bakı "ASAN xidmət" mərkəzi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə "mənzilin bağışlanması müqaviləsinin və mənzilə verilmiş çıxarışın etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, ünvan 1ədov (Fioletov) küçəsi, ev 2, 68 saylı mənzil ünvanında yerləşən üç otaqlı mənzilin onunla Cavabdeh arasında bağlanmış mənzilin bağışlanması müqaviləsinin və 14 noyabr 2018-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində qeydiyyatdan keçmiş mənzilin bağışlanması müqaviləsinin etibarsız hesab edilməsini, Bakı şəhəri, ünvan 1ədov (Fioletova) küçəsi, ev 2, 68 saylı mənzil ünvanında yerləşən üç otaqlı mənzilin mülkiyyət hüququ haqqında qeydiyyat şəhadətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, ünvan 1ədov (Fioletov) küçəsi, ev 2, 68 saylı mənzil ünvanında yaşayır və yaşayış 35,72 kv. m. və ümumi sahəsi 56,82 kv. m. olan 3 otaqlı mənzildə qeydiyyatdadır. xx.xx.2018-ci il tarixdə qeydə alınmış qeydiyyat şəhadətnaməsinə əsasən xüsusi mülkiyyət kimi ona məxsus olub. Göstərilən yaşayış sahəsində 13 iyun 1983-cü il tarixli, 212482 nömrəli orderə əsasən köçmüş 4 nəfər, yəni onun özü, həyat yoldaşı Axmadulin Vladimir, qızı Cavabdeh və oğlu X6 yaşamışlar və qeydiyyatda olmuşlar. Bundan əvvəl onun oğlu X3 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 120.2.2-ci maddəsi ilə təqsirli bilinib cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Həmin vaxt onların başlarına gələn kədərli hadisə ilə bağlı onun mövqeyi tənqidi idi. O, həmişə oğluna dəstək olmaq üçün vəsait axtarırdı. Onun qızı Cavabdeh oğlu X2 kömək etmək üçün qızının adına hədiyyə müqaviləsi bağlamaq şərti ilə ona pul təklif etmişdir. Bu məqsədlə onlar notariat ofisinə getmişlər. O, orada hədiyyə müqaviləsini rəsmiləşdirmək üçün lazımi sənədləri imzalamışdır. Lakin müqavilə bağlansa da, vəd edilən pul ona verilməmişdir. Bundan sonra xeyli vaxy keçmişdir. 18 mart 2021-ci il tarixli amnistiya elan olunduğuna görə onun oğlunun 11 il 4 ay 18 gün müddətində azadlıqdan məhrum etmə cəzasının qalan hissəsi yarıya qədər azaldılıb. Sonradan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən oğlu X4 şərti azadlığa buraxılması üçün məhkəməyə müraciət edib. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 7(001)-537/2022 saylı qərarı ilə oğlunun vəsatəti təmin edilərək oğlunun şərti olaraq azadlığa buraxılması ilə bağlı qərar çıxarılıb. Müqavilənin şərtləri əslində yerinə yetirilməyib. O, mənzili qızına bağışlamaq üçün bütün sənədləri imzalasa da, qızından heç vaxt pul almamışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, o, Bakı şəhəri, ünvan 1ədov (Fioletov) küçəsi, bina 2, mənzil 68 ünvanında oğlu X4 ilə birlikdə yaşayır. Qızı Cavabdeh Bakı şəhərinin Pirallahı rayonunda yaşayır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək iddianın rədd olunmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Bakı şəhəri, ünvan 1ədov (Fioletov) küçəsi, ev 2, 68 saylı mənzil ona, qardaşına, atasına və anasına verilmişdir. 1996-cı ildə onun evi yanmışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs 5 saylı Bakı "ASAN xidmət" mərkəzinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq 5 saylı Bakı "ASAN xidmət" mərkəzi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə 5 saylı Bakı "ASAN xidmət" mərkəzinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia əsassız hesab edilərək rədd edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-1904 reyestr nömrəli mənzil bağışlanma müqaviləsinə dair notariat işinin təsdiq olunmuş surətində Bakı şəhəri, ünvan 1ədov (Fioletov) küçəsi, bina 2, mənzil 68 ünvanında yerləşən, ümumi sahəsi 56,82 kv/m, yaşayış sahəsi 35,72 kv/m olan 3 otaqlı mənzilin İddiaçı tərəfindən Cavabdeh bağışlanması və buna dair sənədlər əks edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 1ədov küçəsi, ev 2, mənzil 68 Cavabdeh adına xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır və həmin şəxsin mülkiyyətindədir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları və işin materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh iddiaçının qızıdır və iddiaçı xx.xx.2018-ci il Bakı şəhəri, ünvan 1ədov (Fioletov) küçəsi, bina 2, 68 nömrəli mənzili qızına bağışlamışdır. Mübahisəli əmlakın hüquqi statusundan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu və mülki qanunvericiliyə uyğun olaraq Cavabdeh adına daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınaraq çıxarış alınmışdır. Hazırda iddiaçı cavabdehlə bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsini və mübahisəli daşınmaz əmlaka dair verilmiş çıxarışın ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 354-cü maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 670-cı maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Hədiyyə verənin ölməsi halı üçün bağışlama vərəsəlik hüququnun göstərişlərinə uyğun icra edilir. Bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. Əgər bağışlama müqaviləsi bağlandıqdan sonra hədiyyə alan hədiyyənin dəyərinin öhdəliyin icrası xərclərini ödəmədiyini və zərərin əvəzinin ona ödənilməyəcəyini aşkar edərsə, öhdəliyin icrasından imtina edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Məhkəmə qeyd edir ki, qanunvericiliklə mübahisə edilən mənzilin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün heç bir əsas olmadığı üçün iddiaçının mübahisə edilən mənzilin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbi təmin edilə bilməz. Həmçinin iddiaçı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə məhkəməyə xx.xx.2023-cü il tarixdə, bağışlama müqaviləsi bağlandıqdan sonra daşınmaz əmlakın cavabdehin adına rəsmi qeydiyyata alındığı tarixdən, yəni xx.xx.2018-ci il tarixdən 4 ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində mənzilin bağışlama müqaviləsinin müqabilində qızının ona müəyyən pul məbləğini təklif etməsinə, sonra qızının həmin pul məbləğini ona vermədiyinə istinad etsə də, iddiaçının bağışlama müqaviləsində belə bir şərt nəzərdə tutulmadığına, həmin şərtin bağışlama müqaviləsinə zidd olduğuna və müqavilənin mahiyyətini dəyişdiyinə, həmçinin iddiaçının və cavabdehin bağışlama müqaviləsini bağlayarkən bağlayarkən həmin müqavilənin mahiyyəti və hüquqi nəticləri – mübahisə edilən mənzilin əvəzsiz olaraq cavabdehin mülkiyyətinə verilməsi barədə məlumatlı olduğu üçün iddiaçının istinad etdiyi hal bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Məhkəmə qanunvericiliyin qeyd olunan normalarına, işin məhkəmə iclasında tədqiq olunan hallarına və digər hallara qiymət verərək müəyyən edir ki, iddiaçının bağışlama müqaviləsinin ləğv edilməsi barədə tələbi bunun üçün heç bir əsas olmadığına və iddia ərizəsi bağışlama müqaviləsinin icra edildiyi vaxtdan 1 ildən çox müdət keçdiyinə görə təmin edilməməlidir. İddianın çıxarışın ləğv edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddianın həmin hissəsi də bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ilə birbaşa bağlı olduğundan, bağışlama müqaviləsi isə etibarsız hesab edilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı 5 saylı Bakı "ASAN xidmət" mərkəzi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə "mənzilin bağışlanması müqaviləsinin və mənzilə verilmiş çıxarışın etibarsız hesab edilməsi" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-381/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-381/2024
27.02.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver