Məhkəmə qərarları › İş №2(003)-3813/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3813/2021

14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3813/2021 14.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi və vəkili X3 məhkəmə iclasında vəsatətlə məhkəməyə müraciət edərək, bildirmişdir ki, hazırkı mübahisəyə məhkəmə aidiyyəti qaydalarına görə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. İddiaçı şirkət qanunsuz olaraq həm özünün, həm də onun sahibkarlıq fəaliyyətini məhkəmənin nəzərinə çatdırmadan, işin kommersiya məhkəməsində baxılmasının qarşısını almaq niyyətindədir. Odur ki, məhkəmə aidiyyəti qaydalarına əsasən, mülki işin Bakı Kommersiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X4 iddia tələbini müdafiə edərək, cavabdehin mülki işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə dair vəsatətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, proses iştirakçılarını dinləyib, vəsatəti, iddia ərizəsini və işin digər materiallarını araşdırıb belə qənaətə gəlmişdir ki, vəsatət təmin edilərək mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2. maddəsindən görünür ki, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. İş materiallarından görünür ki, cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, vergi ödəyicisi kimi qeydiyyatdadır. Belə ki, ********** nömrəli VÖEN ilə bitki dərmanlarının satışı fəaliyyəti ilə məşğul olmuş, hazırda ********** nömrəli VÖEN ilə hüquqi şəxs yaradaraq, fəaliyyət göstərir. Hazırkı iddia tələbi də cavabdehin sahibkarlıq fəaliyyətli ilə əlaqədardır. Cavabdeh uzun müddət iddiaçı şirkətin müştərisi olaraq, şifahi razılaşmaya əsasən, ucuz qiymətə gübrə alıb baha qiymətə satmışdır. Hər iki tərəfin məqsədi gəlir əldə etmək olub. Məhkəmə hesab edir ki, hazırkı iş sahibkarlıq fəaliyyəti ilə bağlı olduğundan və cavabdehin bununla bağlı VÖEN-i olduğundan, mübahisəyə Kommersiya Məhkəməsində baxılmalıdır. Həmin Məcəllənin 40.1. maddəsindən görünür ki, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2. maddəsində göstərilir ki, iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə həmin işi aidiyyəti üzrə başqa məhkəmədə baxılmağa verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 45.2-45.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair 2(003)-3813/2021 №-li mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar