Məhkəmə qərarları › İş №2(003)-3818/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3818/2024

28.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3818/2024 28.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmova Şeyda Ədalət qızının sədrliyi, Xudiyeva Ayşən Əmir qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X** aid 085326 saylı ölüm haqqında şəhadətnamənin və mənzilə dair *026** saylı orderin mərhum X4na məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, X*5 onun atasıdır. X*5 *933-cü il tarixində anadan olmuşdur. *0.07.200*-ci il tarixdə isə Bakı şəhərində vəfat etmişdir. X2 085326 saylı ölüm haqqında şəhadətnaməsində X*5 əvəzinə X*6 qeyd edilmişdir. Həmçinin evə dair *026** saylı orderdə də eyni səhv təkrarlanaraq ad qrafasında Aslan əvəzinə Astan qeyd edilmişdir. Bütün digər sənədlərdə mərhumun adı X6 qeydə alınmışdır. Hazırda müəyyən sənədləşmə işlərini aparmaqdan sözügedən yanlışlıqların aradan qaldırılması məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X2 doğum haqqında şəhadətnaməsini almaq məqsədilə Maraqlı şəxsnə müraciət etsə də, qeydiyyat şöbəsi tərəfindən atasının ölüm haqqında akt qeydində adı "Astan", uşaqlarının doğum haqqında qeydində isə "Aslan" yazıldığından, şəxsin eyniləşdirilməsi mümkün olmamışdır. Daha sonra Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsini yalnız 085326 saylı ölüm haqqında şəhadətnamənin mərhum atasına məxsus olması faktının müəyyən edilməsi hissəsində müdafiə etdiyi bildirmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, ölüm haqqında şəhadətnamədə atasının adı Astan yazılmış, lakin digər sənədlərdə, yəni nikah və uşaqların doğum haqqında akt qeydində isə Aslan yazılmışdır. Göstərilənlərlə əsasən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X3 ərizənin təmin edilməsinə etirazının olmamasını bildirmişdir. Bununla belə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İ İE- 263363 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X*5 ilə X8 23 fevral *96*-ci il tarixdə nikaha daxil olmuşlar. İş materiallarında olan İİ-İE 06366* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X*3 *0 dekabr *960-ci il tarixdə Ağdam rayonunda anadan olmuşdur. X4, anası isə X9r. İş materiallarında olan AZ 295264 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2* 25 aprel *962-ci il tarixdə Ağdam rayonunda anadan olmuşdur. X4, anası isə X9r. İş materiallarında olan AZ 566023 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X*7 05 dekabr *963-cü il tarixdə Ağdam rayonunda anadan olmuşdur. X4, anası isə X9r. İş materiallarında olan AZ *402976 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X*4 06 yanvar *968-ci il tarixdə Ağdam rayonunda anadan olmuşdur. X4, anası isə X9r. İş materiallarında olan AZ-T *686*4 satlı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx *97*-ci il tarixdə Ağdam rayonunda anadan olmuşdur. X5, anası isə X9r. İş materiallarında olan 085326 saylı 24 iyul 200*-ci il tarixli “ölüm haqqında şəhadətnamədən” görünür ki, X*6 *0 iyul 200*-ci il tarixdə “kəskin ürək qan damar çatmamazlığı” səbəbindən ölmüşdür. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs X*9 ünvanlanmış 05/68-*60 nömrəli, 05 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi atasının ölüm haqqında akt qeydində adı Astan yazılmış, nikahı və uşaqlarının doğum haqqında akt qeydində isə adı Aslan yazılmışdır. Doğum haqqında akt qeydi mövcud olmadığından şəxsin eyniləşdirilməsini aparmaq mümkün olmamışdır. Qeyd olunan aktlar arasında ziddiyyət olduğundan müvafiq düzəlişin şöbə tərəfindən edilməsi mümkün deyildir. Müvafiq düzəlişin edilməsi üçün kifayət qədər əsas olmadığından və təqdim edilmiş sənədlərdə ziddiyyət olduğundan akt qeydində düzəliş edilməsi məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət X* ünvanlanmış DA- 0*774-2022 saylı, *5 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, Bakı 5 saylı "Asan Xidmət" Mərkəzindən daxil olan *0 sentyabr 2022-ci il tarixli ərizəyə cavab olaraq bildirilir ki, "Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi"nin *933-cü ilə dair Ağdam rayonu üzrə doğum haqqında qeydiyyat kitablarının arxivə dövlət mühafizəsinə verilməməsi səbəbindən, X7 doğum haqqında akt qeydinin axtarışının aparılması imkanları xaricindədir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs 3-*6-5\8-*3-2484/2024 saylı *8 oktyabr 2024-cü il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş 20 noyabr *933-cü il təvəllüdlü X*6 barəsində olan 449 saylı, 24 iyul 200*-ci il tarixli ölüm haqqında akt qeydindən görünür ki, X*6 *0 iyul 200*-ci il tarixdə “kəskin ürək qan damar çatmamazlığı” səbəbindən ölmüşdür Azərbaycan Respublikası MPM-in 305.*.*-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2.04.20*9-cu il tarixli 3 nömrəli qərarının 6-cı bəndində göstərilir ki, Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.3-cü bəndində göstərilir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də, sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Beləliklə işin faktiki halları ilə müəyyən edilir ki, Ərizəçi atasının ölüm haqqında akt qeydində adı Astan yazılmış, nikahı və uşaqlarının doğum haqqında akt qeydində isə adı Aslan yazılmışdır. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Arxivinin DA- 0*774-2022 saylı, *5 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, "Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi"nin *933-cü ilə dair Ağdam rayonu üzrə doğum haqqında qeydiyyat kitablarının arxivə dövlət mühafizəsinə verilməməsi səbəbindən, X7 doğum haqqında akt qeydinin axtarışının aparılması imkanları xaricindədir. Göründüyü kimi qeyd olunan aktlar arasında ziddiyyətlər olmuşdur. Ərizəçi həmin ziddiyyətlərin aradan qaldırılması üçün müvafiq qeydiyyat şöbəsinə müraciət etmiş, lakin müvafiq düzəlişin edilməsi üçün kifayət qədər əsas olmadığından və təqdim edilmiş sənədlərdə ziddiyyət olduğundan akt qeydində düzəliş edilməsi məqsədi ilə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarında olan nikah və doğum haqqında şəhadətnamələrdə ərizəçinin atasının adının X*5 yazılması barədə qeydlərin işinin mübahisəsiz halı olmasını nəzərə alaraq hesab edir ki, 24 iyul 200*-ci il tarixli, 085326 saylı ölüm haqqında şəhadətnamənin X*2 məxsus olması faktının müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, 24 iyul 200*-ci il tarixli, 085326 saylı ölüm haqqında şəhadətnamənin ərizəçinin X4na məxsus olması faktı sübuta yetirilir. Ona görə də, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 3**-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 24 iyul 200*-ci il tarixli, 085326 saylı ölüm haqqında şəhadətnamənin ərizəçinin X4na məxsus olması faktı müəyyən edilsin. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar