Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3834/2022 20.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən onun adına Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi S.Dadaşov (keçmiş Məktəbli) küçəsində yerləşən 6 saylı evin 48 saylı mənzilə 084598 saylı xx.xx.1988-ci il tarixdə verilmiş orderin ona məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, X5 xx.xx.1960-cı ildə tarixdə Bakı şəhərində doğulmuşdur. Xəzər rayon İcra Hakimiyyəti tərəfindən ona 20 oktyabr 1988-ci ildə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi S.Dadaşov (keçmiş Məktəbli) küçəsi, 6 saylı evin 48 saylı mənzili verilmişdir. O, mənzilini özəlləşdirmək qərarına gəlmiş, bununla bağlı, o Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsinə müraciət etmişdir. Ona bildirmişlər ki, Xəzər rayon İcra Hakimiyyəti tərəfindən onun adına verilmiş 20 oktaybr 1988-ci il tarixli Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi S.Dadaşov (keçmiş Məktəbli) küçəsi, 6 saylı evin 48 saylı mənzilinə dair orderdə atasının adı “Saməd”oğlu kimi qeydə alınmış, lakin digər sənədlərdə isə atasının adı “Səmənd” kimi qeyd edilmişdir. Bu səbəbdən də mənzili öz adına özəlləşdirilməsindən imtina verilmişdir. X1 26 yanvar 1997-ci ildə kəskin ürək çatışmamazlığından vəfat etmişdir. Gəncə şəhəri Kəpəz rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.12015-ci il tarixli AZ-İ 723779 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. O, vərəsəliklə əlaqədar hüquqlarının həyata keçirməsini istədikdə sənədlərdəki uyğunsuzluq, hüquqlarının tam həcmdə həyata keçirilməsində maneçilik yaradır. Ona görə də mənzil barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı müraciət edə bilmir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və ərizənin məzmununa oxşar izahat verdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan İ-ЗЖ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1960-cı ildə Ermənistan SSR, Amasiya rayonunda doğulmuş, X1, anası isə X2r. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X8 arasında xx.xx.1980-ci ildə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Məmmədova” soyadı verilmişdir. İş materiallarında olan НЗ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, 1928-ci il təvəllüdlü X4 Ermənistan SSR, Amasiya rayonunun Güllübulaq kəndində doğulmuşdur. İş materiallarında olan AZ-İ seriyalı 723779 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1997-ci il tarixdə Gəncə şəhərində ölmüşdür. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş Azərbaycan SSR Bakı şəhəri Xalq deputatları şurasının İcraiyyə komitəsinin xx.xx.1988-ci il tarixli 084598 nömrəli orderin surətindən görünür ki, həmin order X3 verilir ondan ötrü ki, o, və onunla birlikdə yaşayan üç nəfər şəxs dəyişmə qaydasında ünvan 1 ünvanında yerləşən 35,72 kv.m sahəli 3 otaqlı mənzilə köçmək hüququna malikdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra hakimiyyətinin ərizəçiyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, onun icra hakimiyyətinə daxil olmuş Bakı şəhər XDS İK tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli 084598 nömrəli orderdə ata adında verilmiş yalnışlığın düzəldilməsi məsələsinin həlli Xəzər rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricində olduğundan aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Ərizəçi ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, onun Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Səyahəddin Dadaşov küçəsi 6 saylı evin 48 saylı mənzilinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə müraciətinə baxıldığı, həmçinin qeyd olunan mənzilə dair ərizəsinə əlavə etdiyi 084598 saylı dəyişmə orderində ata adı Ərizəçi (Saqne) Səməd qızı qeyd olunduğu və bu uyğunsuzluğun düzəliş edilməsi zəruri olduğu bildirilmişdir. İşin araşdırılmış hallarından müəyyən edilməmişdir ki, ərizəçiyə Azərbaycan SSR Bakı şəhəri Xalq deputatları şurasının İcraiyyə komitəsi tərəfindən xx.xx.1988-ci il tarixli 084598 nömrəli order verilmiş və həmin orderə əsasən ona 3 nəfər şəxslə birlikdə ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzildə yaşamaq hüququ verilmiş, lakin həmin orderdə onun adı və soyadında yanlışlığa yol verilmişdir. Bu səbəbdən həmin mənzilin sənədləşdirilməsi üçün verilmiş orderin ona məxsusluğunun müəyyən edilməsinə zərurət yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır. Məhkəmə qeyd edir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hazırki iş üzrə ərizəçiyə məxsusluğu xahiş olunan sənəd isə mənzilə dair hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunan sənəddən ibarətdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, göstərilən fakt müəyyən edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X3 verilmiş ünvan 1-ə dair Azərbaycan SSR Bakı şəhəri Xalq deputatları şurasının İcraiyyə komitəsinin xx.xx.1988-ci il tarixli 084598 nömrəli orderinin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X3 verilmiş ünvan 1-ə dair Azərbaycan SSR Bakı şəhəri Xalq deputatları şurasının İcraiyyə komitəsinin xx.xx.1988-ci il tarixli 084598 nömrəli orderinin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-3834/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3834/2022
20.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver