Məhkəmə qərarları › İş №2(003)-3836/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3836/2025

21.11.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3836/2025 21.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fəzrəliyeva Tünzalə Baləli qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri 7 Saylı Notariat Ofisinə qarşı “miras əmlakın qəbulu ilə bağlı ötürülmüş müddətin bərpa olunması və miras əmlakın paylara mütənasib müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İddiaçı cavabdeh Bakı şəhəri 7 Saylı Notariat Ofisinə qarşı “miras əmlakın qəbulu ilə bağlı ötürülmüş müddətin bərpa olunması və miras əmlakın paylara mütənasib müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixdə vəfat edən mərhum atası X1 qalan mirasın- ünvan 1 ünvanında yerləşən əmlakın vərəsəlik qaydasında qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin bərpasına mərhum atası X1 qalmış miras əmlaka dair payların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı 0*.10.2025-ci il tarixdə dəftərxana vasitəsilə məhkəməyə ərizə təqdim edərək, icraata xitam verilməsini, miras payla əlaqədar Notariusda müddətlə əlaqədar məsələ öz həllinin tapacağına görə məhkəmədən iddianın geri qaytarılmsını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixə təyin edilmiş hazırlıq iclasının vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.* və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” *1 mart 2011-ci il tarixli * nömrəli Qərarının 2-ci bəndinə əsasən, hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə iddiaçının vəsatətini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər baxılmadan iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddia ərizəsi geri qaytarıldığından, iddiaçı tərəfindən 0*.09.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 100 (bir yüz) AZN dövlət rüsumu da ona qaytarılmalıdır. Belə ki, MPM-in 114.1.*-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 26*-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı İddiaçı cavabdeh Bakı şəhəri 7 Saylı Notariat ofisinə qarşı “miras əmlakın qəbulu ilə bağlı ötürülmüş müddətin bərpa olunması və miras əmlakın paylara mütənasib müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən 0*.09.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 100 (bir yüz) AZN dövlət rüsumu ona qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar