Məhkəmə qərarları › İş №2(003)-3839/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3839/2025

23.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3839/2025 23.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi göstərilməklə) hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, İşin halları Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi göstərilməklə) ünvan 1-ə dair Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin 1973-cü il tarixli texniki pasportunun xx.xx.1998-ci il tarixdə vəfat etmiş atası X1 məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1 Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin 1973-cü il tarixli texniki pasportuna əsasən xx.xx.1998-ci il tarixdə vəfat etmiş atası X1 məxsusdur. Həmin texniki pasportda mərhum atasının adı “Mextibala”, 2-ci vərəqdə “Mehbalı” kimi göstərilmişdir. Amma atasının ölüm haqqında şəhadətnaməsində X10 kimi qeyd olunmuşdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsinin 29 avqust 2025-ci il tarixli məktubundan görünür ki, müvafiq düzəlişin edilməsi barədə ərizəmin icrası mümkün olmamışdır. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onların nümayəndələrsi məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, atasının adı Möhbalı olub. O həmin evdə yaşamayıb. Həmin ev atasına məxsus olub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, atasının adı Möhbalı olub. Həmin ev atasına məxsus olub, o həmin ünvanda doğulub böyüyüb. Hazırda başqa yerdə yaşayır. İş materiallarına əlavə olunmuş sənədlər Evlər idarəsi üzrə texniki inventarizasiyasının ev sahibliyinin kartoçkasının görünür ki, ünvan 1 ünvanının sahibi X2r. Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiyası və qiymətləndirilməsinə aid pasportdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sahibi X20. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1998-cı il tarixə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2016-cı il tarixə vəfat etmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X4, anası X6 olan Ərizəçi Möhbəli M. Suxanvər oğlu xx.xx.1935-ci ildə Bakı şəhərində doğulmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X5, anası X9 olan Ərizəçi Möhbəli oğlu xx.xx.1957-ci ildə Bakı şəhərində doğulmuşdur. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X13 arasındakı nikah xx.xx.1962-ci il tarixdə, 85 saylı nikah akt qeydi üzrə qeydə alınmış, ərə “Mürsəlov”, arvada “Mürsəlova” soyadı verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-cü il tarixli məktubundan görünür ki, fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportun üz qabağında hüquq sahibinin adı “Mextibala”, 2-ci vərəqində “Mehbalı” kimi qeyd olunmuş, ərizənizdə hüquq sahibinin adının Möhübəli kimi düzəliş olunması xahiş olunmuşdur. Müvafiq düzəlişin edilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin İdarə heyətinin xx.xx.2022-ci il tarixli, 01 nömrəli qərarı ilə təsdiq edilmiş 1 saylı Bakı Ərazi İdarəsinin Əsasnaməsinin 2-ci maddəsinə əsasən idarənin fəaliyyət istiqamətlərinə aid deyildir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218.1. qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 307.2.5. Şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi, hüquq əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər Məhkəmə tərəfindən müəyyən edilir. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri" haqqında Azərbaycan Respublikası Qanununun Maddə 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Maddə 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmənin mövqeyi Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə müəyyən edilmişdir ki, X5 (X7, X22) oğlu iddiaçının atasıdır. Atası olan X15 (X7, X22) oğlunun adına ünvan 1 Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin 1973-cü il tarixli texniki pasport tərtib olunmuşdur. X5 (X7, X22) oğlu xx.xx.1998-cı il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-cü il tarixli məktubundan görünür ki, fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportun üz qabağında hüquq sahibinin adı “Mextibala”, 2-ci vərəqində “Mehbalı” kimi qeyd olunmuş, ərizənizdə hüquq sahibinin adının Möhübəli kimi düzəliş olunması xahiş olunmuşdur. Müvafiq düzəlişin edilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin İdarə heyətinin xx.xx.2022ci il tarixli, 01 nömrəli qərarı ilə təsdiq edilmiş 1 saylı Bakı Ərazi İdarəsinin Əsasnaməsinin 2-ci maddəsinə əsasən idarənin fəaliyyət istiqamətlərinə aid deyildir. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir və bununla yanaşı, həmin faktın məhz məhkəmə qaydasında müəyyən olunması nəzərdə tutulmuşdur. Ərizəçinin atasının soyadının, ata adının mübahisəli sənədlə üst-üstə düşməsi, mövcud fərqin yalnız ad olması ünvan 1 Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin 1973-cü il tarixli texniki pasportuna əsasən xx.xx.1998-ci il tarixdə vəfat etmiş atası X1 məxsus olması barədə qənaətə gəlməyə tam əsas verir. Belə olan halda, ərizəçinin mövcud ərizəsi əsaslıdır. Göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, ünvan 1 Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin 1973-cü il tarixli texniki pasportuna əsasən xx.xx.1998-ci il tarixdə vəfat etmiş atası X1 məxsus olması ilə bağlı hüquqi fakt məhkəmə araşdırması zamanı tam təsdiq olunduğundan həmin faktın müəyyən edilmiş hesab olunması barədə qətnamə çıxarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. ünvan 1 Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin 1973-cü il tarixli texniki pasportuna əsasən xx.xx.1998-ci il tarixdə vəfat etmiş atası X1 məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar