Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3847/2023 05.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi maraqlı şəxs qismində cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi maraqlı şəxs qismində cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2000-ci il tarixli “Bağın icarəyə verilməsi haqqında” müqavilənin babası X8 məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, babası X8 xx.xx.2000-ci il tarixli “Bağın icarəyə verilməsi haqqında” müqavilə əsasında ünvan 1 ünvanında yerləşən ev və evin yerləşdiyi torpaq sahəsi verilmişdir. Babası xx.xx.1976-cı il tarixdə vəfat etmişdir. Qeyd edilən evdə faktiki olaraq atası X9 və ailə üzvləri yaşayır. Həmin evin və evin yerləşdiyi torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi ilə bağlı müraciət etdikdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciətləri ilə əlaqədar olaraq bildirilmişdir ki, təqdim olunmuş sənədlərdə adlar “Abdulla”, “Əbdül ağa” kimi yazılmışdır. Digər sənədlərdə isə X3 qeyd olunmuşdur. Göstərilən sənədlərdə uyğunsuzluğun olması onun mülkiyyət hüququnun həyata keçirilməsinə mane olur. Ərizəçi dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2000-ci il tarixdə bağlanmış müqavilədə göstərilən X2 X9 ilə eyni şəxs olması barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Ərizəçi dəqiqləşdirmə barədə ərizəsində qeyd etmişdir ki, həmin faktı təsdiq etmək ona vərəsəlik hüququnu həyata keçirmək üçün lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmunun uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi əlavə olaraq qeyd etmişdir ki, X9 onun atasıdır. Lakin xx.xx.2000-ci il tarixli müqavilədə səhvən atasının adı “X7” kimi qeyd edilmişdir. Məhkəmə iclasında şahid X14 bildirmişdir ki, Ərizəçi onun qonşusudur. Ərizəçinin atasının adı Fərhaddır, babasının adı Abdulladır. Məhkəmə iclasında şahid X4 bildirmişdir ki, Ərizəçi onun qonşusudur. Ərizəçinin atasının adı Fərhaddır, babasının adı Abdulladır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (maddə 4.1). Məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır (maddə 305.1.1). Məhkəmə, iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir. İş materiallarında olan: İ-JQ seriyalı, 362432 nömrəli şəhadətnamənin surətindən görünür ki, X10 09 aprel 1976-cı ildə vəfat etmişdir. Bu barədə 12 may 1976-cı ildə Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsində 75 №-li ölüm haqqında akt qeydi tərtib olunmuşdur. 601a nömrəli bağın icarəyə verilməsi haqqında 29387 nömrəli, 15 sentyabr 2000-ci il tarixli müqavilədə həmin müqavilənin Bakı Şəhəri İcra Hakimiyyətinin nizamnaməsi əsasında fəaliyyət göstərən Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi ilə icarədar X7 arasında bağlanması göstərilmişdir. Həmin müqaviləyə əsasən Mərdəkan qəsəbəsində 0,08 hektarlıq bağ sahəsini icarədara vermiş və icarədar həmin bağ sahəsini təhvil almışdır. AZE seriyalı, 06199660 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1950-ci il tarixdə doğulmuşdur və ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 1582 nömrəli, xx.xx.2016-cı il tarixli arayışından görünür ki, X9 ünvan 3 ünvanında qeydiyyatdadır. Vİİİ-ЖГ seriyalı, 405769 nömrəli doğum haqqında şəhadətnamənin və AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Ərizəçi Fərrhad oğlu xx.xx.1982-ci il tarixdə doğulmuşdur. X1r. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin X6 ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********62 nömrəli məktubundan görünür ki, həmin şəxsin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “601a” saylı torpaq sahəsi üzərində hüquqların daşınma zəmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmışdır. Təqdim olunmuş sənədlərdə ata adında “Abdulla”, “Əbdül ağa” kimi uyğunsuzluq mövcuddur. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını, şahidlərin ifadələrini və işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (maddə 307.1). Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkərlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır (maddə 307.2.5). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın” (maddə 308). Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir və bununla yanaşı, həmin faktın məhz məhkəmə qaydasında müəyyən olunması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, işin tədqiq olunan halları 601a nömrəli bağın icarəyə verilməsi haqqında 29387 nömrəli, 15 sentyabr 2000-ci il tarixli, Bakı Şəhəri İcra Hakimiyyətinin nizamnaməsi əsasında fəaliyyət göstərən Bağlar təsərrüfatının inkişafı Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi ilə birliyi ilə bağlanılmış müqavilənin Ərizəçi atası, xx.xx.1950-ci il təvəllüdlü X6 məxsus olması barədə qənaətə gəlməyə tam əsas verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir (maddə 88). Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, 601a nömrəli bağın icarəyə verilməsi haqqında 29387 nömrəli, 15 sentyabr 2000-ci il tarixli, Bakı Şəhəri İcra Hakimiyyətinin nizamnaməsi əsasında fəaliyyət göstərən Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi ilə birliyi ilə bağlanılmış müqavilənin Ərizəçi atası, xx.xx.1950-ci il təvəllüdlü X6 məxsus olması ilə bağlı hüquqi fakt məhkəmə araşdırması zamanı tam təsdiq olunduğundan həmin faktın müəyyən edilmiş hesab olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 305, 307, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. 601a nömrəli bağın icarəyə verilməsi haqqında 29387 nömrəli, 15 sentyabr 2000-ci il tarixli, Bakı Şəhəri İcra Hakimiyyətinin nizamnaməsi əsasında fəaliyyət göstərən Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi ilə bağlanılmış müqavilənin Ərizəçi atası, xx.xx.1950-ci il təvəllüdlü X6 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-3847/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3847/2023
05.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver