Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3867/2021 26.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1, onların nümayəndəsi-vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ sahəsi 16-cı Cənub küçəsi “Avtomobilçi” b/y-nın 275 saylı bağ sahəsinə dair Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 24 fevral 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən Cavabdeh1 adına verilmiş RX seriyalı ******* №-li çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh2 ilə 10 sentyabr 1983-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Sonradan ailə münasibətləri pisləşdiyindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Bundan sonra o, birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 25 fevral 2019-cu il tarixli 2(011)-2287/2019 №-li qətnaməsinə əsasən iddia tələbinin təmin edilərək, birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri Xətai rayonu ünvan 1 ünvanında yerləşən iki otaqlı, 101 saylı mənzilin və Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ sahəsi 16-cı Cənub küçəsi “Avtomobilçi” b/y-nın 275 saylı bağ sahəsinin üzərində ½ hissədə onun, ½ hissədə isə Cavabdeh2 paylarının müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2019-cu il tarixli 2(103)-6155/2019 №-li qətnaməsinə əsasən Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 fevral 2019-cu il tarixli 2(011)-2287/2019 №-li qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 21 iyul 2020-ci il tarixli 2(103)-6155/2019 №-li qərardadına əsasən məhkəmənin 14 iyun 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 mart 2021-ci il tarixli 2(102)-1457/2021 №-li qərarına əsasən Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 21 iyul 2020-ci il tarixli 2(103)-6155/2019 №-li qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2019-cu il tarixli 2(103)-6155/2019 №-li qətnaməsi qanuni qüvvəyə minmişdir. Bundan sonra Cavabdeh1 ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ sahəsi 16-cı Cənub küçəsi “Avtomobilçi” b/y-nın 275 saylı bağ sahəsi 24 fevral 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən ona bağışlanmışdır. Ona görə də onun daşınmaz əmlakla bağlı əmlak maraqları yaranmışdır. Bu səbəbdən birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi tələbinə dair mülki iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini və apellyasiya şikayətinin icraata qəbul edilməsini məhkəmədən xahiş etmiş, məhkəmənin 30 sentyabr 2020-ci il tarixli 2(011)-2287/2019 №-li qərardadına əsasən Cavabdeh1 ərizəsi təmin edilməmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 fevral 2019-cu il tarixli 2(011)-2287/2019 №-li qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh1 nümayəndəsi və vəkili şikayət vermiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli 2(011)-2287/2019 №-li qərardadına əsasən şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli 2(103)-8404/2020 №-li qərardadına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli 2(011)-2287/2019 №-li qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Cavabdeh1 və və vəkili işdə iştirak etməyə cəlb olunmayan, lakin məhkəmə aktları ilə maraqlarına toxunan şəxs kimi Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək, Mülki Prosessual Məcəllənin 403-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən təqdimat verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli 2(102)-4140/2021 №-li qərarına əsasən təqdimat təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2019-cu il tarixli 2(103)- 6155/2019 №-li qətnaməsi qismən, Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ sahəsi 16-cı Cənub küçəsi “Avtomobilçi” b/y-nın 275 saylı bağ sahəsinin üzərində ½ hissədə onun və ½ hissədə Cavabdeh2 paylarının müəyyən edilməsi hissəsində ləğv edilmiş və yeni baxışa göndərilmişdir. Cavabdeh2 ilə rəsmi nikahda olduqları vaxt, yəni 05 iyun 2018-ci il tarixdə o, birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ sahəsi 16-cı Cənub küçəsi “Avtomobilçi” b/y-nın 275 saylı bağ sahəsinin satılmasına, bağışlanmasına etirazının olmaması ilə bağlı ərizə vermiş və həmin ərizə Bakı şəhəri 33 saylı dövlət notariat kontorunda təsdiq edilmişdir. Nikahları pozulduqdan sonra o, 12 dekabr 2018-ci il tarixdə iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Xətai rayonu ünvan 1 ünvanında yerləşən iki otaqlı, 101 saylı mənzilin və Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ sahəsi 16-cı Cənub küçəsi “Avtomobilçi” b/y-nın 275 saylı bağ sahəsinin üzərində ½ hissədə onun, ½ hissədə isə Cavabdeh2 paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını, eyni zamanda, iddia ərizəsinə iddianı təmin etmə tədbiri barədə ərizə əlavə edərək, həmin əmlakların üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Lakin iddianı təmin etmə tədbiri barədə ərizənin iddia ərizəsinə qoşmada 5-ci sırada və iş materiallarında olan sənədlərin 8 və 9-cu səhifələrində qeyd edilməsinə baxmayaraq, məhkəmə həmin ərizəyə baxmamış, bununla da prosessual pozuntuya yol vermişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 159.1-ci maddəsinə əsasən iddianı təmin etmək haqqında ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan baxılır. O, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi barədə məhkəməyə iddia ərizəsi ilə müraciət edən zaman və işə baxıldığı müddətdə hər iki əmlak Cavabdeh2 ilə birgə mülkiyyətlərində olmuş, Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ sahəsi 16-cı Cənub küçəsi “Avtomobilçi” b/y-nın 275 saylı bağ sahəsinin satılmasına, bağışlanmasına etirazının olmaması ilə bağlı ərizə yazmasına baxmayaraq, Cavabdeh2 ərizəni yazdığı 05 iyun 2018-ci il tarixdən məhkəməyə müraciət etdiyi 12 dekabr 2018-ci il tarixədək keçən müddət ərzində həmin ərizə əsasında bağ sahəsinə dair hər hansı əqd bağlamamışdır. Cavabdeh2 iş üzrə keçirilən məhkəmə iclasında iştirak edərək izahat vermiş, lakin 25 fevral 2019-cu il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməməsi ilə bağlı elə həmin tarixdə ərizə yazmış, məhkəmə iclasından bir gün əvvəl – 24 fevral 2019-cu il tarixdə Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ sahəsi 16-cı Cənub küçəsi “Avtomobilçi” b/y-nın 275 saylı bağ sahəsini qardaşı – iş üzrə digər Cavabdeh1 bağışlamışdır. Göründüyü kimi, daşınmaz əmlakın bağışlanması müqaviləsi formal tələblərə əməl edilməklə bağlanmış olsa da, həmin müqavilə tərəflərin iradə ifadəsini əks etdirməmiş və görünüş üçün bağlanmış, müqavilənin bağlanmasında məqsəd bağ evini Cavabdeh1 mülkiyyətinə keçirmək, bununla həmin əmlakı birgə nikah dövründə əldə edilmiş əmlak siyahısından çıxarmaq olmuşdur. Əgər Cavabdeh2 mübahisə predmeti olan bağ sahəsini bağışlamaq niyyətində olsa idi, bunu daha əvvəl edə bilərdi. Beləliklə, Cavabdeh2 mübahisəli əmlakın bölünməsi ilə bağlı məhkəmənin icraatında işin olduğunu bildiyi və şəxsən məhkəmə iclasında iştirak etdiyi halda, məhkəmə iclasından bir gün əvvəl həmin əmlakı bağışlamaqda əsl niyyəti hədiyyə alan – Cavabdeh1 zənginləşdirmək olmamışdır. Bundan başqa, Cavabdeh2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 fevral 2019-cu il tarixli 2(011)-2287/2019 №-li qətnaməsindən vermiş olduğu apellyasiya şikayətinin məzmunundan görünür ki, o, mübahisəli əmlakın bağışlanmasını şikayətində qeyd etməmiş, şikayətinin dəlillərini bölünmüş əmlakın artıq bağışlanması ilə deyil, iddia ərizəsində göstərilən əmlakların onun şəxsi vəsaiti hesabına alınması ilə əsaslandırmış, apellyasiya şikayətinin qoşmasına bağışlama müqaviləsini əlavə etməmişdir. Eyni zamanda, Cavabdeh2 apellyasiya baxışı zamanı da Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ sahəsi 16-cı Cənub küçəsi “Avtomobilçi” b/y-nın 275 saylı bağ sahəsinin bağışlanmasına dair məhkəməyə sənəd təqdim etməmiş, bu hal məhkəmə baxışı zamanı müəyyən edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2019-cu il tarixli 2(103)-6155/2019 №-li qətnaməsində öz əksini tapmamışdır. 2020-ci ilin iyul ayında isə Cavabdeh1 ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək mülki iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini və apellyasiya şikayətinin icraata qəbul edilməsini məhkəmədən xahiş etmiş və apellyasiya şikayətində göstərmişdir ki, iddiaya baxılan zaman işdə iştirak etməyə cəlb edilməmiş, mülkiyyətində olan mübahisəli bağ sahəsi onun xəbəri və məlumatı olmadan bölünmüşdür. Bağışlama müqaviləsi məhkəmə qətnaməsinin çıxarılmasından bir gün əvvəl bağlanmış, növbəti gün – 25 fevral 2019-cu il tarixdə Cavabdeh2 məhkəməyə ərizə ünvanlayaraq yataq vəziyyətində olduğundan, həmin tarixdə keçiriləcək məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmiş, mübahisəli əmlakın bağışlanması ilə bağlı məhkəməyə məlumat verməmişdir. Bununla da, Cavabdeh2 məqsədi əmlakın bağışlanmasını məhkəmədən gizlətmək olmuşdur. Eyni zamanda, Cavabdeh1 müqavilə bağlanan anda bağışlanan əmlakla bağlı məhkəmə mübahisəsindən xəbərsiz olması inandırıcı deyildir və onun hazırda həmin qətnaməni mübahisələndirməsi əsassızdır. Göründüyü kimi, cavabdehlər müqaviləni sırf görünüş üçün bağlamış, onların müqaviləyə uyğun nəticələrin yaranması ilə bağlı hüquqi niyyətləri olmamışdır. O, mübahisəli əmlakın bağışlanmasından Cavabdeh1 iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi və apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə ərizəsi üzrə 30 sentyabr 2020-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı məlumatlı olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmunundakı xüsusatları təsdiq etmiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında ailə münasibətləri pisləşdiyindən nikahları məhkəmə qaydasında pozulmuş, bundan sonra iddiaçı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin vaxt iddiaçı yaşlı olduğundan iddia ərizəsində bölünməsini tələb etdiyi bağ sahəsinin satılmasına, bağışlanmasına dair Cavabdeh2 razılıq ərizəsi verməsini unutmuşdur. İddiaçı iddia ərizəsi ilə eyni vaxtda məhkəməyə iddianı təmin etmə tədbirinin görülməsinə dair ərizə də göndərərək, hər iki əmlakın – Bakı şəhəri Xətai rayonu ünvan 1 ünvanında yerləşən iki otaqlı, 101 saylı mənzilin və Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ sahəsi 16-cı Cənub küçəsi “Avtomobilçi” b/y-nın 275 saylı bağ sahəsinin üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etmişdir (iddia ərizəsinə qoşma sıra 5, iş materiallarında olan sənədlərin 8 və 9-cu səhifələri). İddia ərizəsi 18 dekabr 2018-ci il tarixdə məhkəmənin dəftərxanasına daxil olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 159.1-ci maddəsinə əsasən mübahisəni həll edən hakim tərəfindən qeyd olunan ərizəyə daxil olduğu gündən sonra təxirə salınmadan baxılmalı olduğu halda, hakim Sərdar Mehrəliyev həmin ərizəyə qiymət verməmiş, iş üzrə qətnamə qəbul edilənədək ərizə üzrə qərardad qəbul etməmiş, bununla da ciddi prosessual pozuntuya yol vermişdir. Halbuki, mübahisəli bağ sahəsinin üzərinə həbs qoyulsa idi, məhkəmə prosesi gedişində Cavabdeh2 bağ sahəsi ilə bağlı hər hansı müqavilə bağlaya bilməzdi. Əgər bağ sahəsinin satılmasına, bağışlanmasına dair iddiaçının 05 iyun 2018-ci il tarixdə vermiş olduğu razılıq ərizəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman onun iradə ifadəsini əks etdirsə idi, o, həmin əmlakın bölünməsini məhkəmədən tələb etməz, həmçinin əmlakın üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etməzdi. Cavabdeh2 iş üzrə 05 fevral 2019-cu il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edərək iddia tələbini qəbul etmədiyini bildirmiş, növbəti məhkəmə iclası 25 fevral 2019-cu il tarixə təyin edilmiş, məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər xəbərdar olunmuşlar. Cavabdeh2 24 fevral 2019-cu il tarixdə – məhkəmə iclasından bir gün əvvəl mübahisəli bağ sahəsini qardaşı – digər Cavabdeh1 bağışlamış, növbəti gün isə məhkəməyə ərizə göndərərək, yataq xəstəsi olduğundan həmin tarixdə keçiriləcək məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmişdir. Göründüyü kimi, Cavabdeh2 məhkəmə iclasından bir gün əvvəl bağ sahəsini bağışladığından işin nəticəsində maraqlı olmamışdır. Bundan başqa, Cavabdeh2 bağ sahəsini məhz əvəzsiz olaraq bağışlamaqda məqsədi bağ sahəsini müvəqqəti olaraq birgə nikah dövründə əldə edilmiş əmlak sıyahısından çıxarmaq və gələcəkdə əmlakı yenidən öz mülkiyyətinə qaytarmaq olmuşdur. Çünki, Cavabdeh2 bağ sahəsini qardaşına bağışlamaq istəsə idi, bunu daha əvvəl də edə bilərdi. Lakin Cavabdeh2 məhkəmənin icraatında iş olduğu halda, iddiaçının iradəsinə zidd olaraq, həm də məhkəmə iclasından bir gün əvvəl bağ sahəsini digər cavabdehə bağışlamaqla, müqaviləni sırf görünüş üçün bağladığını təsdiq etmişdir. Bundan başqa, Cavabdeh2 apellyasiya şikayətinin məzmununda, həmçinin işə apellyasiya instansiyasında baxılan zaman bağ sahəsini bağışladığını məhkəmədən gizlətmiş, hər iki əmlakı öz vəsaiti və əziyyəti hesabına aldığını bildirmişdir. Digər Cavabdeh1 2020-ci ilin iyul ayında ərizə və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 fevral 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, mülki iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini və apellyasiya şikayətinin icraata qəbul edilməsini məhkəmədən xahiş etmiş və apellyasiya şikayətində göstərmişdir ki, iddiaya baxılan zaman işdə iştirak etməyə cəlb edilməmiş, mülkiyyətində olan mübahisəli bağ sahəsi onun xəbəri və məlumatı olmadan bölünmüş, bağ sahəsinin bölündüyünü bu yaxınlarda bilmişdir. Göründüyü kimi, cavabdehlər müqaviləni sırf görünüş üçün bağlamış, onların müqaviləyə uyğun nəticələrin yaranması ilə bağlı hüquqi niyyətləri olmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı ilə ailə münasibətləri pisləşdiyindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qətnaməsinə əsasən nikahları pozulmuşdur. Mübahisəli bağ sahəsi və Bakı şəhəri Xətai rayonunda yerləşən iki otaqlı mənzil onun öz şəxsi vəsaiti hesabına alınmış, iddiaçı əmlakların alınmasında heç bir vəsait xərcləməmişdir. İddiaçının həmin əmlaklar üzərində heç bir hüququnun olmamasına baxmayaraq, o əmlakların aralarında bölünməsi üçün məhkəmədə iddia qaldırmışdır. İddiaçı iddia qaldırandan sonra o, məcbur olub iddiaçının əvvəllər verdiyi razılıq ərizəsi əsasında bağ sahəsini qardaşı Cavabdeh1 bağışlamışdır ki, qardaşı yaşlı vaxtı ona qulluq etsin. İddiaçının bağ sahəsi üzərində heç bir hüququ yoxdur, o, öz əmlakını qardaşına bağışlamışdır. Ona görə də hesab edir ki, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tamamilə əsassızdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, mübahisəli bağ sahəsini təxminən bir neçə il əvvəl öz şəxsi vəsaiti hesabına 7000 manata almışdır. Lakin bağ sahəsini öz adına rəsmiləşdirə bilmədiyindən bacısı İradənin adına almışdır. Bacısı ilə münasibətləri həmişə çox yaxşı olmuşdur, hazırda da belədir. Bir müddət bundan əvvəl bacısı ilə İdrisin münasibətləri pisləşmiş və onlar boşanmışlar. X1rşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, bacısının ailə münasibətlərinin pisləşməsindən, İdrisin əmlak tələbinə dair iddiasından məlumatlı olmuşdur. Mübahisəli bağ sahəsi faktiki olaraq ona məxsus olduğundan İradə həmin bağ sahəsini ona bağışlamaqla, əmlakını özünə geri qaytarmışdır. O, bağışlama müqaviləsi bağlanan zaman bağ sahəsinin bölünməsi ilə bağlı məhkəmənin icraatında işin olmasını bilmişdir. İdrisin bağ sahəsinin bağışlanmasından xəbəri olmamışdır. Bağ sahəsinin bölünməsi ilə bağlı qətnamənin olmasını yaxın vaxtlarda bilmiş və qətnamədən apellyasiya şikayəti vermişdir. Hesab edir ki, bağ sahəsi onun öz vəsaiti hesabına alındığından onun əmlakıdır, ona görə də bağışlama müqaviləsi tam qanunidir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi-vəkili Vəkil iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, mübahisəli bağ sahəsi Cavabdeh1 vəsaiti hesabına alınmış və ona məxsusdur. Belə olan halda bağışlama müqaviləsinin iddiaçı tərəfindən mübahisələndirilməsinə əsas yoxdur. Belə ki, iddiaçı bağ sahəsinin Cavabdeh2 tərəfindən bağışlanmasına, satılmasına dair razılıq vermiş və həmin ərizə əsasında sonuncu bağ sahəsini digər cavabdehə bağışlamışdır. Artıq 2019-cu ildən, yəni bağışlamaya razılıq verilərkən bağışlama müqaviləsinin bağlanmasından İddiaçı məlumatlı idi. Bundan başqa, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi iddia müddəti ötürülməklə verilmişdir. Belə ki, bağışlama müqaviləsi 24 fevral 2019-cu il tarixdə bağlanmış, iddiaçı isə iddia ərizəsini 2021-ci ildə təqdim etmişdir. Qeyd olunanlara əsasən iddia müddəti keçdiyindən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Sonuncu məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Nümayəndə əvvəlki məhkəmə iclaslarında vermiş olduğu izahatına əlavə olaraq bildirdi ki, Cavabdeh2 bağ sahəsinə dair daha əvvəl bağışlama və ya alqı-satqı müqaviləsi bağlamasına mane olan hallar barədə məhkəməyə hər hansı dəlil təqdim edə bilməmiş, izahatında hər iki əmlakın onun vəsaiti hesabına alındığını, iddiaçının həmin əmlakların alınmasına heç bir vəsait xərcləmədiyini, bu səbəbdən bağ sahəsini məcbur olub qardaşına bağışladığını bildirmişdir. Bu hərəkətləri ilə Cavabdeh2 bağ sahəsi iddiaçı ilə aralarında bölünməsin deyə bilərəkdən onu məhkəmə prosesi gedişində qardaşına bağışladığını nümayiş etdirmişdir. Məhkəmə iclasında Cavabdeh1 bacısı – digər Cavabdeh2 ilə münasibətlərinin həmişə və hazırda da çox yaxşı olduğunu bildirmiş, iddiaçı ilə bacısının ailə münasibətlərinin pisləşməsindən və boşanmalarından, bundan sonra iddiaçının mübahisəli bağ sahəsinin və Xətai rayonundakı mənzilin bölünməsi ilə bağlı məhkəmədə iddia qaldırmasından, bağışlama olan gün bağ sahəsi ilə bağlı məhkəmənin icraatında mülki işin olmasından xəbərdar olduğunu, iddiaçının bağ sahəsinin ona bağışlanmasını bilmədiyini qeyd etmişdir. Bundan başqa, Cavabdeh1 bağ sahəsini öz vəsaiti hesabına aldığını, lakin öz adına rəsmiləşdirə bilmədiyindən bacısı İradənin adına aldığını bildirmişdir. Lakin Cavabdeh1 özünün iddia etdiyi kimi bağ sahəsini öz vəsaiti hesabına almışdırsa, bağ sahəsini nə vaxt almasına, onu öz adına rəsmiləşdirməsinə mane olan hallar, bağ sahəsinin öz vəsaiti hesabına alınması barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Əgər həqiqətən Cavabdeh1 dediyi kimi, bağ sahəsini öz adına ala bilmirdisə bağ sahəsini həyat yoldaşının adına ala bilərdi. Çünki Cavabdeh1 məhkəmə iclasında bağ sahəsi alınan vaxt ailəli olduğunu bildirmişdir. Göründüyü kimi, Cavabdeh2 mübahisəli bağ sahəsini öz vəsati hesabına aldığını, Cavabdeh1 isə bağ sahəsini öz şəxsi vəsaiti hesabına aldığını və bacısının bağ sahəsini ona bağışlamaqla faktiki olaraq əmlakını özünə geri qaytardığını bildirməklə bir-birinə zidd izahatlar vermiş, bununla da müqaviləni vahid niyyətlə bağlamadıqlarını nümayiş etdirmişlər. Əgər bağ sahəsini Cavabdeh1 öz vəsaiti hesabına almasına baxmayaraq öz adına rəsmiləşdirə bilmirdisə, alqı-satqı müqaviləsi bağlandıqdan sonra bacısından bağ sahəsini ona bağışlamasını xahiş edə bilərdi. Göründüyü kimi, bağışlama müqaviləsi məhkəmə prosesi gedişində və Cavabdeh1 də məhkəmə prosesindən məlumatlı olduğu halda məqsədli şəkildə, Cavabdeh2 xahişi ilə formal olaraq Cavabdeh1 bağışlanmışdır. Cavabdehlər məhkəmə prosesi gedişindən məlumatlı ola-ola bağ sahəsinin bağışlanmasına dair müqavilə bağlayaraq bu halı məhkəmədən gizlətmiş, 1 il 5 ay müddət keçdikdən sonra isə Cavabdeh1 məhkəmə prosesinə cəlb olunmalı olduğunu bildirmişdir. Qeyd olunanlara əsasən Cavabdeh1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsindən vermiş olduğu apellyasiya şikayətində və hazırkı məhkəmə iclasında bağışlama müqaviləsi bağlanan anda bağışlanan əmlakla bağlı məhkəmə mübahisəsindən xəbərsiz olmasını deməsi inandırıcı deyildir və işin faktiki halları ilə təkzib olunur. İddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə bağlı qeyd edir ki, ərizə tamamilə əsassızdır. Belə ki, ərizədə qeyd olunmuşdur ki, mübahisəli bağ sahəsi Cavabdeh1 vəsaiti hesabına alınmış və ona məxsusdur. Belə olan halda bağışlama müqaviləsinin iddiaçı tərəfindən mübahisələndirilməsinə əsas yoxdur. Artıq 2019-cu ildən, yəni bağışlamaya razılıq verilərkən bağışlama müqaviləsinin bağlanmasından İddiaçı məlumatlı idi. Məhkəmə iclasında isə cavabdehlərin nümayəndəsi-vəkili razılıq ərizəsinin ləğv edildiyi vaxtdan iddiaçının bağışlama müqaviləsinin mövcudluğundan məlumatlı olduğunu bildirmişdir. Bununla əlaqədar qeyd edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən və birinci instansiya məhkəməsində işə baxılan müddətdə əvvəllər bağ sahəsinə dair razılıq ərizəsi verdiyini unutmuş, apellyasiya məhkəməsinin icraatında işə baxılan zaman isə evdə olan sənədlərə baxarkən belə bir ərizə verməsini bilmiş və dərhal 17 may 2019-cu il tarixdə həmin ərizəni ləğv etdirmişdir. Ərizəni ləğv etdirməkdə məqsəd məhkəmə prosesi gedişində və gələcəkdə Cavabdeh2 həmin bağ sahəsi ilə bağlı hər hansı əqd bağlamasının qarşısını almaq olmuşdur. Apellyasiya baxışı zamanı da Cavabdeh2 bağ sahəsinin bağışlanması müqaviləsini məhkəməyə təqdim etməmiş, Cavabdeh1 isə hazırkı məhkəmə iclasında iddiaçının bağ sahəsinin bağışlandığını bilmədiyini qeyd etmişdir. Yalnız 2020-ci ilin sentyabr ayının 30-da Cavabdeh1 mülki iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi və apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə ərizəsinə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılan zaman Cavabdeh1 nümayəndəsi-vəkili bağışlama müqaviləsini və çıxarışı məhkəməyə təqdim etmiş, həmin vaxt iddiaçının nümayəndəsi-vəkili artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında iddiaçının və Cavabdeh2 paylarının müəyyən edildiyi bağ sahəsinin Cavabdeh1 bağışlandığını bilmişdir. İddia ərizəsi isə məhkəməyə 10 sentyabr 2021-ci il tarixdə təqdim edilmiş, 13 sentyabr 2021-ci il tarixdə qeydiyyata alınmışdır. Göründüyü kimi, qanunvericiliklə müəyyən edilmiş 1 illik iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. Cavabdehlərin nümayəndəsi-vəkilinin bildirdiyi kimi iddiaçının daha əvvəl bağışlama müqaviləsindən xəbərdar olması işin yuxarıda göstərilən halları ilə tamamilə təkzib olunur. Bundan başqa, İddiaçı iddiası bağ sahəsinin bağışlanması müqaviləsinin ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd kimi əhəmiyyətsiz olmasının təsdiq edilməsi, bununla da mübahisəlibağışlanan bağ sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun bərpası ilə əlaqədardır. Mülki qanunvericiliyin tələbinə əsasən isə mülkiyyətçinin hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə iddia müddəti şamil edilmir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, iddiaçı onun atası, Cavabdeh2 anası, digər Cavabdeh1 isə dayısıdır. Mübahisəli bağ sahəsi valideynlərinə məxsus olmuşdur. Torpaq sahəsi dörd tərəfdən mişar daşları ilə hasara alınmışdır, dəmir darvazası vardır. Torpaq sahəsində bir mərtəbəli 3 otaqlı yarımçıq tikili vardır, pəncərələri yoxdur. Atası ilə anası ailə münasibətləri pisləşdiyindən boşanmışlar. Boşanandan sonra atası Dübəndidə yerləşən bağ sahəsinin və Xətai rayonundakı mənzilin bölünməsi ilə bağlı məhkəmədə iddia qaldırmış və həmin əmlaklar valideynləri arasında bölünmüşdür. Atasının vəkili keçən il sentyabr ayının 30-da ona zəng edərək bildirmişdir ki, Cavabdeh1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə keçirilən məhkəmə iclasında məlum olmuşdur ki, anası məhkəmə mübahisəsi gedən zaman bağ sahəsini dayısı Zeynala bağışlamışdır. Bundan sonra o, dayısıgilə gedərək, ondan bu barədə soruşmuş, o isə “mən bilmirəm, get anandan soruş” demişdir. Bu zaman dayısının arvadı da onların yanında olmuş və o Zeynala “görürsən, sənə dedim vaxtında bunu İdrisə de, əvvəl-axır bu işin üstü açılacaq” demişdir. O, evə gələrək dayısı ilə olan söhbəti atasına danışmışdır. Məhkəmə, proses iştirakçılarının izahatlarını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Əvvəla Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ sahəsi 16-cı Cənub küçəsi “Avtomobilçi” b/y-nın 275 saylı bağ sahəsi tərəflərin birgə nikahda olduqları müddətdə ərarvadın ümumi vəsaiti hesabına əvəzli əqd əsasında əldə edildiyinə görə ər-arvadın, yəni iddiaçının və Cavabdeh2 ümumi birgə mülkiyyəti hesab olunur. Qeyd olunan daşınmaz əmlakın arvad (Cavabdeh2) tərəfindən ərin (iddiaçının) razılıq ərizəsi əsasında öz qardaşına – Cavabdeh1 bağışlanması barədə müqavilə uydurma əqddir. Belə ki, həmin müqavilə ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmışdır. Bağışlama müqaviləsi əvəzsiz bağlanan müqavilə olmaqla, mənəvi dəyərlərə malik müqavilədir. Ona görə ki, müqavilə tərəfi kimi hədiyyə verən öz əmlakını digər şəxsə - hədiyyə alana verməklə onu zənginləşdirir, bunun müqabilində isə özü üçün heç bir əvəz almır. Lakin məhkəmə araşdırması zamanı cavabdehlər arasında bağışlama müqaviləsi bağlanan zaman onların arasında mənəvi dəyərlərə əsaslanan münasibətin olmadığı müəyyən edilmişdir. Belə ki, işin hallarından görünür ki iddiaçı Cavabdeh2 ilə aralarındakı nikah pozulduqdan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə etdikləri əmlakların (Bakı şəhəri Xətai rayonu ünvan 1 ünvanında yerləşən iki otaqlı, 101 saylı mənzilin və Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ sahəsi 16-cı Cənub küçəsi “Avtomobilçi” b/y-nın 275 saylı bağ sahəsinin) bölünməsi tələbinə dair iddia ərizəsi, eyni zamanda, iddianı təmin etmə tədbiri kimi həmin əmlakların üzərinə həbs qoyulması barədə ərizə ilə məhkəmə müraciət etmiş, bu hərəkətləri ilə də mübahisəli bağ sahəsinə dair vermiş olduğu razılıq ərizəsinin artıq onun iradə ifadəsinə zidd olduğunu nümayiş etdirmişdir. Cavabdeh2 məhkəmə iclasında mübahisəli bağ sahəsinin onun öz vəsaiti hesabına alındığını, iddiaçının həmin bağ sahəsində payının olmadığını, yaşlı vaxtında qardaşı – Cavabdeh1 ona baxsın deyə məcbur olub bağ sahəsini sonuncuya bağışladığını bildirmişdir. Digər Cavabdeh1 isə izahatında bacısı – Cavabdeh2 ilə münasibətlərinin həmişə yaxşı olduğunu, mübahisəli bağ sahəsinin onun vəsaiti hesabına alındığını, lakin öz adına rəsmiləşdirə bilmədiyindən bacısı İradənin adına aldığını, bağışlama müqaviləsi bağlamaqla faktiki olaraq öz əmlakını geri qaytardığını bildirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkilinin suallarına cavabdeh olaraq Cavabdeh1 bağ sahəsinin onun tərəfindən alınmasına, əgər onun tərəfindən alınmışdırsa öz adına rəsmiləşdirməsinə mane olan halların nədən ibarət olmasına, bağ sahəsı alınan zaman ailəli olduğu halda, niyə bağ sahəsini öz ailə üzvlərindən birinin adına deyil, Cavabdeh2 adına almasına dair məhkəməyə hər hansı sübut təqdim etməmiş, eyni zamanda, iddiaçının mübahisəli bağ sahəsi ilə bağlı məhkəmədə iddia qaldırmasından xəbərdar olduğunu bildirmişdir. Cavabdeh2 mübahisəli bağ sahəsini öz vəsati hesabına aldığını, Cavabdeh1 isə bağ sahəsini öz şəxsi vəsaiti hesabına aldığını və bacısının bağ sahəsini ona bağışlamaqla faktiki olaraq əmlakını özünə geri qaytardığını bildirməklə bir-birinə zidd izahatlar vermiş, bununla da müqaviləni vahid niyyətlə bağlamadıqlarını nümayiş etdirmişlər. Belə olan halda, Cavabdeh2 mübahisəli daşınmaz əmlakı heç bir əvəz almadan qardaşına – Cavabdeh1 bağışlamaq istəyində olması ağlabatan deyil. Bağışlama müqaviləsi bağlanan zaman Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında (hakim Sərdar Mehrəliyev) mübahisəli bağ sahəsinin və Bakı şəhəri Xətai rayonu ünvan 1 ünvanında yerləşən iki otaqlı, 101 saylı mənzilin bölünməsi ilə bağlı mülki iş olmuş, iş üzrə məhkəmə baxış iclasları 05 fevral və 25 fevral 2019-cu il tarixlərə təyin edilmiş, Cavabdeh2 05 fevral 2019-cu il tarixdə keçirilən məhkəmə iclasında iştirak etmiş və 25 fevral 2019-cu il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı barədə xəbərdar olunmuşdur. 25 fevral 2019-cu il tarixdə isə məhkəməyə ərizə ünvanlayaraq yataq vəziyyətində olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Bir gün əvvəl isə 24 fevral 2019-cu il tarixdə mübahisəli bağ sahəsini qardaşı – Cavabdeh1a bağışlamışdır. Cavabdeh1 də bağışlama müqaviləsi bağlanan zaman bağ sahəsinə dair məhkəmənin icraatında məhkəmə mübahisəsinin olduğunu bilmişdir. Göründüyü kimi bağışlamanın motivi hədiyyə verən – Cavabdeh2 tərəfindən hədiyyə alanın – Cavabdeh1 zənginləşdirilməsi deyil, mübahisəli bağ sahəsindən iddiaçıya düşəcək paydan sonuncunu məhrum etmək olmuşdur. Bu zamanı sual yaranır ki, Cavabdeh2 nəyə görə öz adına olan bağ sahəsini məhz həmin əmlakın bölünməsinə dair məhkəmənin icraatında iş olduğu zaman, məhkəmə qətnamənin çıxarılmasından bir gün əvvəl digər Cavabdeh1 bağışlayıb. Əgər Cavabdeh2 bağ sahəsini öz qardaşına – digər Cavabdeh1 bağışlamaq niyyəti həqiqi olsa idi, bunu həmin bağ sahəsi ilə bağlı məhkəmənin icraatında iş olan zaman deyil, başqa vaxt edə bilərdi. Beləliklə, Cavabdeh2 bağışlamanın ağlabatan motivini izah etmədiyinə görə hesab olunur ki, bağışlamanın motivi barədə iddiaçının məhkəməyə bildirdiyi məlumat doğrudur. Cavabdeh2 bağ sahəsi iddiaçı ilə aralarında bölünməsin deyə bağ sahəsini öz adından çıxarıb. Göründüyü kimi, bağışlama müqaviləsinə əsasən bağ sahəsi formal olaraq Cavabdeh2 adından digər Cavabdeh1 adına keçirilmişdir. Göstərilən hallar təsdiq edir ki, bağışlama müqaviləsi yalnız görünüş üçün bağlanmışdır, ona görə də həmin müqavilə uydurma əqddir. İddiaçı bağışlama müqaviləsinin uydurma əqd kimi etibarsız sayılmasını tələb edərək bildirmişdir ki, bağışlama müqaviləsi görüntü xətrinə bağlanan müqavilədir, müqavilənin bağlanmasında məqsəd onun bağ sahəsinə olan hüququnun əlindən alınması olmuş, müqavilə onun iradəsinə zidd olaraq bağlanmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 32.1. maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.2. maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 36.1. maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3. maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1. maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.3. maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 340.1. maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun çoxsaylı Qərarlarında əqdin etibarlılıq şərtləri ilə bağlı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Hər hansı müqavilənin sırf görünüş üçün bağlanması ilə bağlı nəticəyə gəlinməsi üçün isə zəruri olan hal tərəflərin müqaviləyə uyğun nəticələrin yaranması ilə bağlı hüquqi niyyətlərinin olmamasıdır. Məhkəmələr əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər. Məhkəmə, iddia müddətinin tətbiq edilməsinə dair ərizəyə də hüquqi qiymət verərək qeyd edir ki, həmin ərizə əsassızdır. Belə ki, X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 354.1. maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; 354.2. maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. Qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir (B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2021-ci il 2 aprel tarixli Qərarlar)». Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7. maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Hazırkı iş üzrə isə İddiaçı iddiası bağ sahəsinin bağışlanması müqaviləsinin uydurma əqd olaraq əhəmiyyətsizliyinin təsdiqi və müqavilənin predmeti olan bağ sahəsi üzərində mülkiyyət hüququnun bərpası ilə bağlıdır. Ona görə də məhkəmə, cavabdehlərin nümayəndəsi-vəkilinin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsində Mülki Məcəllənin 354-cü maddəsinə istinad edərək iddiaçının bu tələbinin müddətlə məhdudlaşdırılmış olması ilə bağlı gəldiyi qənaəti əsassız hesab edir. Bundan başqa, cavabdehlərin-nümayəndəsi-vəkili iddia müddətinin tətbiq edilməsi barədə ərizəsində iddiaçının razılıq ərizəsi verilən vaxt, məhkəmə iclasında isə həmin ərizəni ləğv etdirdiyi vaxt bağışlama müqaviləsindən məlumatlı olduğunu bildirmişdir. Məhkəmə qeyd olunan hissədə də ərizəyə hüquqi qiymət verərək vurğulayır ki, işin tədqiq olunan hallarına əsasən iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354-cü maddəsində nəzərdə tutulmuş 1 illik iddia müddətini ötürmədiyi müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan sənədlərdən və tərəflərin izahatlarından görünür ki, bağışlama müqaviləsi Bakı şəhəri Xətai Rayon Məhkəməsində qətnamənin çıxarılmasından bir gün əvvəl – 24 fevral 2019-cu il tarixdə bağlanmış, Cavabdeh2 25 fevral 2019-cu il tarixdə keçirilən məhkəmə iclasında iştirak edə bilməməsi ilə bağlı həmin tarixdə məhkəməyə ərizə göndərmişdir. Cavabdeh2 qətnamədən vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsi əsası kimi bağışlama müqaviləsinin olmasını göstərməmiş, apellyasiya instansiyasında keçirilən məhkəmə iclasında bağışlama müqaviləsi barədə məlumat verməmiş, həm apellyasiya baxışı zamanı, həm də hazırkı iş üzrə keçirilən məhkəmə iclasında hər iki əmlakı - Bakı şəhəri Xətai rayonu ünvan 1 ünvanında yerləşən iki otaqlı, 101 saylı mənzili və Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ sahəsi 16-cı Cənub küçəsi “Avtomobilçi” b/y-nın 275 saylı bağ sahəsini öz vəsaiti hesabına aldığını bildirmişdir. İş üzrə Cavabdeh1 isə məhkəmə iclasında bacısı – Cavabdeh2 ilə münasibətlərinin həmişə, hazırda da çox yaxşı olduğunu, bağışlama müqaviləsi bağlanan zaman mübahisəli bağ sahəsinin bölünməsi ilə bağlı iddiaçı və bacısı arasında məhkəmə mübahisəsinin olmasından xəbərdar olduğunu bildirmişdir. 2020-ci ilin iyul ayında isə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, bağ sahəsinin bölünməsindən bu yaxınlarda məlumatlı olduğunu, həmin əmlakın öz vəsaiti hesabına alındığını və 24 fevral 2019-cu il tarixdə Cavabdeh2 tərəfindən ona bağışlandığını, əmlakın bölünməsi nəticəsində onun mübahisəli bağ sahəsi ilə bağlı əmlak maraqlarının yarandığını bildirmiş və birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi tələbinə dair mülki iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini və apellyasiya şikayətinin icraata qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin ərizəyə baxılması ilə əlaqədar 30 sentyabr 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi-vəkili məhkəməyə bağışlama müqaviləsini və çıxarışı təqdim etmiş və iddiaçının nümayəndəsi-vəkili həmin məhkəmə iclasında qeyd olunan sənədlərin surətlərini rəsmi qaydada əldə etmişdir. Cavabdeh1 nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyasında işə baxılan zaman işə cəlb edilməsi ilə bağlı ərizə təqdim etməmişdir. Cavabdeh1 bacısı ilə həmişə mehriban münasibətdə olduğu, bağışlama zamanı mübahisəli bağ sahəsinin bölünməsi ilə bağlı məhkəmə mübahisəsinin olmasından xəbərdar olduğu halda, onun 2020-ci ilin iyul ayında məhkəməyə ünvanladığı ərizədə ona bağışlanan əmlakın bölünməsindən bu yaxınlarda xəbərdar olması ilə bağlı dedikləri həqiqətə uyğun deyildir. Göründüyü kimi, nə birinci, nə də apellyasiya instansiyasında mübahisəli bağ sahəsinin bağışlanması ilə bağlı cavabdehlər tərəfindən məhkəməyə məlumat verilməmiş, məqsəd əmlakın bağışlandığını məhkəmədən gizlətmək olmuşdur. İddiaçı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən və birinci instansiya məhkəməsində işə baxılan müddətdə razılıq ərizəsi verdiyini unutmuş, apellyasiya məhkəməsinin icraatında işə baxılan zaman Cavabdeh2 həmin bağ sahəsi ilə bağlı hər hansı əqd bağlamasının qarşısını almaq məqsədi ilə 17 may 2019-cu il tarixdə həmin ərizəni ləğv etdirmişdir. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçının nümayəndəsivəkili 27 iyul 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə ərizə göndərərək, məhkəmənin 14 iyul 2019-cu il tarixli qətnaməsinin icra edilməsi üçün icra şöbəsinə göndərilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin təmin edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu, eyni zamanda işə baxılan zaman bağışlama ilə bağlı hər hansı məlumatın olmadığı və məhkəməyə bu barədə sübut təqdim edilmədiyi halda, onun bağ sahəsinin bağışlanmasından məlumatlı olması ağlabatan və inandırıcı deyildir, eyni zamanda işin halları ilə təkzib olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə tərəfindən yuxarıda göstərilənlər ümumiləşdirilərək məhkəmə iclasında tədqiq edilən sübutlar hərtərəfli qiymətləndirilmiş və məhkəmə, qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ sahəsi 16-cı Cənub küçəsi “Avtomobilçi” b/y-nın 275 saylı bağ sahəsinə dair Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 24 fevral 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilməli və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən Cavabdeh1 adına verilmiş RX seriyalı ******* №-li çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 217.3. maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i : İddia tələbi təmin edilsin. Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ sahəsi 16-cı Cənub küçəsi “Avtomobilçi” b/ynın 275 saylı bağ sahəsinə dair Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 24 fevral 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilsin və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən Cavabdeh1 adına verilmiş RX seriyalı ******* №-li çıxarış ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-3867/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3867/2021
26.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver