Məhkəmə qərarları › İş №2(003)-387/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-387/2024

12.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-387/2024 12.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh ünvan 2 qarşı "mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçı cavabdeh ünvan 2 qarşı "mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 1 ünvanında yerləşən yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas verən sənədlər onun mərhum anası X10 aid olub. Həmin daşınmaz əmlak onun anasının mülkiyyətində olmadığına görə o, mirasın qəbul edilməsi ilə əlaqədar notariat orqanlarına müraciət etməmişdir. Onun anası X13 xx.xx.1982-ci il tarixdə ölmüşdür. Hazırda ona məlum olmuşdur ki, həmin əmlakı anasının adına dövlət reyestrində qeydiyyata aldıraraq mirası qəbul etmək olar. Ona görə də o, mirasın qəbulu ilə əlaqədar ünvan 2 ərizə ilə müraciət etmişdir. Lakin notariat kontoru mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti buraxdığını əsas gətirərək vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. O, hesab edir ki, gecikdirmənin səbəbi üzrlü sayılmalıdır, çünki onun qəbul etmək istədiyi daşınmaz əmlak anasının adına dövlət reyestrində qeydə alınmamışdır. Yəni miras kütləyə daxil olmamışdır. O, bilmişdir ki, mülkiyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində mərhum anası X5 adına qeydiyyata alınaraq mirası qəbul etdirmək olar. İddiaçı 27 noyabr 2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, anası X6 qəbul etmək istədiyi daşınmaz əmlak xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır, yəni onun anasının ölüm günündə onun anasının adında həmin mülk qeydiyyatdan keçməmişdir və miras kütləyə daxil olmamışdır. Bu səbəbdən o, anasının ölümündən sonra mirası qəbul etmək üçün notariat orqanına müraciət etməmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Bakı şəhəri 25 saylı notariat ofisi məktubla məhkəməyə müraciət edərək mülki işə Bakı şəhəri 25 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdeh Bakı şəhəri 25 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: АЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 04 avqust 1950-ci ildə doğulmuşdur. X2r. ИЕ seriyalı, 990496 nömrəli doğum haqqında şəhadətnamənin və AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1953-cü ildə doğulmuşdur. X2r. АЗ seriyalı, 261213 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Kübra İbad qızı ilə 16 iyul 1971-ci ildə evlənmişlər. Evlənmə qeyd ediləndən sonra arvad Həsənova familiyasını götürmüşdür. AZ-İİ seriyalı, 344493 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1982-ci ildə ölmüşdür. Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Zərdabi küçəsi, 3 nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2023cü il tarixdə 2/3 hissədə X6 adına, xx.xx.2023-cü il tarixdə 1/3 hissədə X9 adına qeydiyyata alınmışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı verilmiş müqavilə və digər əsaslar üzrə vəfat etmiş şəxsə məxsus olmuş, üzərində mülkiyyət və digər əşya hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka dair hüquqların rəsmiləşdirilməsinin mümkünlüyü barədə arayışdan görünür ki, onun təqdim etdiyi hüquq müəyyənedici sənədlər mərhum X12 aid olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 1 ünvanında yerləşən 122,8 kv. m. fərdi yaşayış evi üzərində 2/3 hissədə mülkiyyət və ya digər əşya hüquqlarının mülkiyyət qanunvericiliyinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas verir. Bu arayış əsasında mərhumun vərəsəsi müəyyən edildiyi təqdirdə həmin daşınmaz əmlak üzərində vərəsənin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alına bilər. X9 ünvan 2 ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, xx.xx.1982-ci il tarixdə vəfat etmiş anası X6 ölümündən sonra qalmış miras əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmişdir, onun həmin payı qəbul etmək niyyəti yoxdur və gələcəkdə bununla bağlı heç bir iddia qaldırmayacaq. O, mirası faktiki olaraq idarə etməmişdir və mirasın qəbulu üçün heç bir orqana müraciət etmişdir. Ona məluimdur ki, miras paydan imtina edəcəyi təqdirdə (qanun üzrə, vəsiyyət üzrə) bütün miras əmlakdan imtina etmiş sayılır. Notarius tərəfindən ona izah olunmuşdur ki, o, ərizəni ləğv edə və geri götürə bilməz. O, gələəckdə mirasın qəbulu üçün müddətin bərpası və vərəsəliyin qəbulu ilə əlaqədar məhkəməyə müraciət etməyəcəkdir. Məhkəmə iclasında müəyyən olundu ki, X13 xx.xx.1982-ci ildə ölmüşdür. Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Zərdabi küçəsi, 3 nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2023-cü il tarixdə 2/3 hissədə X6 adına, xx.xx.2023-cü il tarixdə 1/3 hissədə X9 adına qeydiyyata alınmışdır. X14 ona düşən vərəsəlik payından imtina etmişdir. İddiaçı onun anasının ölüm günündə onun anasının adında həmin mülkün qeydiyyatdan keçmədiyini və miras kütləyə daxil olmadığını əsas gətirərək mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 7-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 1133.1-ci və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1243.1-ci və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini, iddiaçının öz izahatını, eyni zamanda, məhkəmə iclasında tədqiq olunmuş sənədləri qiymətləndirərək belə nəticəyə gəlir ki, onun göstərdiyi hallar bir-birini tamamlayır və təsdiq olunur ki, həqiqətən mərhum İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Zərdabi küçəsi, 3 nömrəli fərdi yaşayış evinin mülkiyyətçisi olmuş, o, xx.xx.1982-ci il tarixdə vəfat etdikdən sonra qızı İddiaçı məcburi pay hüququ olduğu halda miras payı ayrılmamış, iddiaçı vərəsəlik şəhadətnaməsi almaq üçün notariat ofisinə müraciət etsə də, ona vərəsəliyin qəbul edilməsi müddətini ötürdüyü üçün şəhadətnamə verilməsi qeyri-mümkün hesab edilərək məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə iddiaçının miras əmlakın qanunla müəyyən edilmiş qəbul edilməsi müddətini bilməməsini üzrlü səbəb kimi qəbul edərək belə nəticəyə gəlir ki, buraxılmış həmin müddət bərpa edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Mərhum xx.xx.1982-ci il tarixdə vəfat etmiş X4 miras qalmış əmlakın xx.xx.1953-cü il təvəllüdlü İddiaçı tərəfindən miras kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunmaqla mirasın qəbul edilməsi müddəti uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar