Məhkəmə qərarları › İş №2(003)-3875/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3875/2021

21.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3875/2021 21.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, aprel 1973-cü il tarixli Əzizbəyov rayon İcra Hakimiyyətinin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda “X9” kimi göstərilən soyadın “Mirzəyev”, adın “Əliyusif”, atasının adı “Əsgər” oğlu olmasının müəyyən edilməsini və həmin sənədin ona məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1949-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. X1 ilə 23.02.1971-ci il tarixdə 51№ ilə qeydə alınmış nikaha daxil olmuşdur. Nikah haqqında şəhadətnamədə, Əzizbəyov RPİ tərəfindən 18.02.2008-ci il tarixdə ona verilmiş Azərbaycan Respublikası vətəndaşının AZE №0******* nömrəli şəxsiyyət vəsiqəsində onun soyadı “Mirzəyev” adı “Əliyusif’ ata adı “Əsgər” oğlu kimi qeyd edilmişdir. Aprel 1973-cü il tarixli Əzizbəyov rayon İcra Hakimiyyətinin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport əsasında Ərizəçi fərdi yaşayış evinin tikintisi üçün ünvan 1 ünvanında yerləşən torpaq sahəsi ayrılaraq verilmişdir. Həmin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportunda yol verilmiş yalnışlıqla əlaqədar olaraq onun soyadı “Mirzəyev”, adı “Yusif’, ata adı “Əsgər” kimi qeyd edilmişdir. Başqa sənədlərdə isə onun adı və soyadı Ərizəçi kimi qeyd edilmişdir. 23.02.1971-ci il tarixdə 51№ ilə qeydə alınmış nikah haqqında şəhadətnamədən, H3 №3194390 saylı Əzizbəyov Rayon hərbi komisarlığı tərəfindən verilmiş hərbi biletdən, Əzizbəyov RPİ tərəfindən 18.02.2008-ci il taixdə ona verilmiş Azərbaycan Respublikası vətəndaşının AZE №0******* nömrəli şəxsiyyət vəsiqəsindən də görünür ki, onun adı Ərizəçi kimi qeyd edilmişdir. Daha sonra iddiaçı ərizə ilə müraciət edərək, “X8” adına olan 1973-cü il tarixli Azərbaycan SSR-i Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirilməsinə aid pasportun Ərizəçi (şəxsiyyət vəsiqəsi AZE 0*******) məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X13 bildirmişdir ki, ərizəçinin qardaşıdır. Ərizəçinin adı Əliyusifdir, ev ona məxsusdur. Həmin evdə qardaşı ailəsi ilə birlikdə yaşayır. Evə dair texniki pasportda adı səhv yazıldığından sənədləşdirə bilmir. Ona görə məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X10 bildirdi ki, ərizəçinin bacısıdır. Ərizəçinin adı Əliyusifdir, lakin ona ailə içində Yusif deyə müraciət ediblər. Hal-hazırda qardaşının yaşadığı evə dair texniki pasportda da adi səhvən Yusif olaraq qeyd olunduğundan o, evi sənədləşdirə bilmir. Ona görə məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarından görünür ki, Ərizəçi ünvan 1 ünvanında yerləşən torpaq sahəsi ilə bağlı 1973-cü il tarixdə texniki inventarizasiyanın ev sahibliyinin pasportu verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1949-cu il tarixdə doğulmuşdur. İş materiallarında olan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1949-cu il təvəllüdlü Ərizəçi ünvan 2 ünvanda qeydiyyatdadır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1949-cu il təvəllüdlü Ərizəçi ilə X2 23.02.1971-ci il tarixdə nikahlarını bağlamışlar. İş materiallarından görünür ki, xx.xx.1949-cu il təvəllüdlü X3 HZ ******* saylı hərbi bilet verilmişdir. Göründüyü kimi, şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda mülkiyyətin sahibi «X11» göstərilsədə, Əzizbəyov RPİ tərəfindən 18.02.2008-ci il tarixdə verilmiş Azərbaycan Respublikası vətəndaşının AZE №0******* nömrəli şəxsiyyət vəsiqəsində «Ərizəçi» kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır. Məhkəmə qeyd edir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hazırki iş üzrə ərizəçiyə mülkiyyət hüququna dair həmin sənədin atasına məxsus olması faktının müəyyən edilməsi göstərilən sənəddə həmin torpaq sahəsinə dair onun hüquqlarını reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənəddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, göstərilən fakt müəyyən edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Azərbaycan SSR-i Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə dair X6 adına verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportun Ərizəçi aid olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan SSR-i Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə dair X6 adına verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportun (şəxsiyyət vəsiqəsinə əsasən) Ərizəçi aid olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar