Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3897/2021 19.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 19 avqust 2020-ci il, 13 avqust 2020-ci il tarixli müqavilələrə əsasən cavabdeh “Samsung” markalı televizor, “LG” markalı televizor almış və nəticədə onun 2420,8 manat məbləğində borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 19 avqust 2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2056,2 manat (18 ay x 85,9 manat + 510,0 manat ilkin ödəniş) “Samsung” markalı televizor üçün 1546,2 manat əsas borc, 306,0 manat dəbbə olmaqla, 2056,2 manat, 13 avqust 2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1080,0 manat (6 ay x 180,0 manat +0,0 manat ilkin ödəniş) “LG” markalı televizor üçün 1080,0 manat əsas borc, 324,0 manat dəbbə olmaqla 568,6 manat, Cavabdeh müqavilələr üzrə ümumilikdə 510,0 manat ödəniş etmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%–i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Yuxarıda göstərilənlərə əsasən cavabdehdən "xxxx" MMC-nin xeyrinə 2420,8 manat pulun və 30,0 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi verərək bildirdi ki, maliyyə arayışında texniki səhv olaraq 2420,8 manat kimi göstərilmiş ümumi borcun məbləği əslində 3256,2 manat təşkil edir və dəqiqləşdirmə ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbinin təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, o, həqiqətən İddiaçı MMC-i ilə müqvilə bağlamış və iddia ərizəsində göstərilən əşyaları almışdır. Lakin maddi sıxıntı çəkdiyindən cəmiyyətə olan borcunu vaxtında qaytara bilməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 19 avqust 2020-ci il tarixli, 21091242 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən “Samsung” markalı televizor Cavabdeh nisyə satılmış və cavabdeh hər ay 85,9 manat ödəməklə 18 ay müddətində ödəniş cədvəli üzrə 1080 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 19 avqust 2020-ci il tarixli təhvil-təslim aktndan görünür ki, Cavabdeh “Samsung” markalı televizoru tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, cavabdeh 19 avqust 2020-ci il tarixli, 21091242 saylı müqavilə üzrə 19.09.2020-ci il tarixdən 19.02.2022-ci il tarixədək hər 85,9 manat ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, 19 avqust 2020-ci il tarixli, 21091242 saylı müqavilə üzrə cavabdehin 1546,2 manat əsas borcu və 306,0 manat cərimə borcu vardır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 13 avqust 2020-ci il tarixli, 21072874 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən “LG” markalı televizor Cavabdeh nisyə satılmış və cavabdeh hər ay 180,0 manat ödəməklə 6 ay müddətində ödəniş cədvəli üzrə 1080 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 13 avqust 2020-ci il tarixli təhvil-təslim aktndan görünür ki, Cavabdeh “LG” markalı televizoru tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, cavabdeh 13 avqust 2020-ci il tarixli, 21072874 saylı müqavilə üzrə 11.09.2020-ci il tarixdən 11.02.2021-ci il tarixədək hər 180,0 manat ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, 13 avqust 2020-ci il tarixli, 21072874 saylı müqavilə üzrə cavabdehin 1080,0 manat əsas borcu və 324,0 manat cərimə borcu vardır. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdehə borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən sonuncu müxtəlif əşyalar almış və alğı-satqı müqavilələri üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuş və onun həmin müqavilələr üzrə əsas və dəbbə pulu qismində borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbinin müqavilələr üzrə yaranmış əsas borca görə ödənilməmiş 19 avqust 2020-ci il tarixli müqavilə üzrə 1546,2 manat, 13 avqust 2020-ci il tarixli müqavilə üzrə 1080,0 manat məbləğlərində borcun tutulmasında dair iddia tələbi əsaslıdır və həmin hissədə iddia tələbi tam təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 19 avqust 2020-ci il tarixli müqavilə üzrə 1546,2 manat məbləğində əsas borca münasibətdə 306,0 manat dəbbə, 13 avqust 2020-ci il tarixli müqavilə üzrə 1080,0 manat məbləğində borca münasibətdə 324,0 manat dəbbə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan həmin dəbbələr azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə 19 avqust 2020-ci il tarixli müqavilə üzrə 5,0 manat və 13 avqust 2020-ci il tarixli müqavilə üzrə 5,0 manat məbləğlərində dəbbə pulu tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən dövlət rüsumunun 20,0 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 10,0 manat isə iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 19 avqust 2020-ci il tarixli, 21091242 saylı müqavilə üzrə 1546,2 manat əsas borc və 5,0 manat dəbbə, 13 avqust 2020-ci il tarixli, 21072874 saylı müqavilə üzrə 1080,0 manat əsas borc və 5,0 manat dəbbə, cəmi 2636,2 manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 20,0 manat, ümumilikdə 2656,2 manat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, ödənilmiş 20,0 manat məbləğində dövlət rüsumunun qalan 10 (on) manatı iddiaçı "xxxx" MMC-yə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 56-355, 227, 5583, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 19 avqust 2020-ci il tarixli, 21091242 saylı müqavilə üzrə 1546,2 manat əsas borc və 5,0 manat dəbbə, 13 avqust 2020-ci il tarixli, 21072874 saylı müqavilə üzrə 1080,0 manat əsas borc və 5,0 manat dəbbə, cəmi 2636,2 manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 20,0 manat, ümumilikdə 2656,2 (iki min altı yüz əlli altı manat iyirmi qəpik) manat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 30, manat məbləğində dövlət rüsumunun qalan 10,0 (on) manatı İddiaçı MMC-yə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-3897/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3897/2021
19.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver