Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-39/2022 12.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz inşa edilmiş tikilinin cavabdehlərin hesabına sökülməsi, dəmir karkasının bir hissəsinin və beton səkinin əvvəlki vəziyyətdə bərpa olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən Kolxoz küçəsi 21 saylı evə bitişik inşa edilən qanunsuz tikilinin cavabdehlərin hesabına sökülməsi, həmin evə aid olan dəmir karkasının bir hissəsinin, evin altındakı səkinin cavabdehlər tərəfindən əvvəlki vəziyyətdə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Mərdəkan qəsəbəsi Kolxoz küçəsi döngə 1-də yerləşən 21 sayılı evin mülkiyyətçisi mərhum atası X4r. Həmin evdə o, 1971-ci ildən bu günə kimi yaşayır. Ev birmərtəbəli və ikimərtəbəli tikililərdən ibarətdir. İkimərtəbəli evin birinci mərtəbəsində yerləşən bir otağında o, azyaşlı oğlu və yaşlı anası ilə qalır. Otağın iki divarı evin içinə, bir divarı qonşu ilə ortaq divardır. Şimal tərəfdəki divar isə küçəyə baxır. Hər il o, imkan daxilində evində təmir işləri aparır. Ustalar küçə tərəfindən divara mala, bitum vurmuş, həm də evin dibinə su gəlməməsi üçün beton səki düzəltmişlər. Buna baxmayaraq, gonşuluqda Kolxoz küçəsi, döngə 1, ev 19 ünvanda yaşayan Cavabdeh1 və Cavabdeh2, tikinti aparılması üçün heç bir layihə və müvafiq icra hakimiyyətinin məlumatlandırılması barədə qanuni sənədi olmadan özbaşına tikinti aparırlar. Qanunsuz tikinti isə tikinti norma və qaydalarının pozulması ilə aparılır. Belə ki, Qəribovlar köhnə hasarını söküb, BTİ-nin texniki planın sxemini pozaraq, həyətin sərhədini iki metrə qabaq keçərək, evinin divarını zəbt etmişlər. Bələdiyyəyə məxsus, ümumi istifadədə olan torpaqda və evinin divarına bitişik, heç bir ara məsafəsi saxlamadan, onun razılığı alınmadan qanunsuz olaraq ortaq divar tikmişlər. Evinin ikinci mərtəbəsinin dəmir karkasının bir hissəsi, qanunsuz tikilinin inşa edilməsində Qəribovlara mane olduğu üçün, onlar tərəfindən qəsdən kəsilib atılmışdır. Nəticədə evin daşıyıcı konstruksiyasına zərər dəymişdir. Cavabdehlər evinin altındakı beton səkini dağıtmiş, köhnə divarının təməlində yeni ev tikmişlər. Bununla da təmələ olan yükü artırımışlar. Cavabdehlər evinin navalçasını evinin dibinə buraxmışlar. Buna görə də evinin dibi yağan yağışlar nəticəsində su ilə dolmuşdur. Qonşuların qanunsuz hərəkətlərinə görə o, yaşlı anası, uşağı payız-qış aylarında nəm otaqda yaşamağa məcburlar. Divara hava, qün işığı dəyəndə hec olmasa divar quruyardı, hazırda isə qara ləkələr, nəmişlik əmələ gəlir. 1988-ci ildə cavabdehlərin yaşadığı evləri demək olar ki tamamilə yanmışdır. Yanmış ev uçmaq qorxusu altında olduğuna görə cavabdehlərə yaşayış üçün dövlət tərəfindən mənzili ayrılmışdır və onlar Kolxoz küçəsi, ev 19 ünvandan çıxarılaraq yeni mənzilə qeydiyyata alınmışlar. 1997-ci ildə Cavabdeh1 isə yenidən Kolxoz küçəsi 19 ünvanına uçurulmuş vəziyyətdə olan evə qeydiyyata alınır. Hansı sənədlər əsasında məlum deyil. Cavabdeh1 qeyri-qanuni uçmaq qorxusu altında olduğu evə qeydiyyata alınaraq, uzun müddət həmin ünvanda yaşayır. Cavabdehlər tərəfindən müntəzəm olaraq onların mülkiyyətinə müxtəlif mənfi təsirlər göstərilir. 2019-cu ildə özbaşına yaşayış sahəsinin yenidən qurulmasına və planlaşdırılmasına başlamışlar və onların evinin texniki pasportunda müəyyən edilən sərhədləri pozmuşlar. Tikinti qayda-qanunla aparılmalıdır və heç kimin maraqlarına toxunmamalıdır, insanların sağlamlığına ziyan vurulmamalıdır, heç kimin hüquqlarını pozmamalıdır. Cavabdehlər tərəfindən onların ailələrinin qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnən qanunsuz aparılan tikilinin dayandırılması və eyni zamanda sökülməsi barədə onun tərəfindən və ailə üzvləri tərəfindən müvafiq icra hakimiyyəti orqanlarına və hüquq mühafizə orqanlarına mütəmadi müraciətlər olmuşdur. Bakı şəhər Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarla Cavabdeh2 barəsində toplanmış material cinayət işinin başlanması rədd edilmişdir. Onun barəsində ARİXM-nin 395-ci maddəsinə əsasən inzibti təsir tədbirlərinin görülməsi qərara alınmışdır. Xəzər rayon Polis İdarəsinin təhqiqatçısı polis mayoru Vasif Həsənovun göstərilən bu qərarında iş üzrə cavabdehin apardığı tikintinin qanunsuz olması öz əksini tapmışdır. Onun tərəfindən Azərbaycan Respublikası Dövlət şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə göstərilən qanunsuz tikintinin dayandırılması və müvafiq hərəktələrin edilməsi barədə müraciət edilmişdir. Azərbaycan Respublikası Dövlət şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2019-cu il tarixli Xəzər rayon İcra Hakimiyyəti Başçısı cənab Elşən Salahova ünvanlanmış 03-Bİ/733 saylı məktubunda yenədə iş üzrə cavabdehin göstərilən ünvanda apardığı 2 mərtəbəli tikintinin qanunsuz əsaslarla aparıldığı və heç bir sənədə əsaslanmadığı bildirilmiş və «Yerli icra hakimiyyəti haqqında Əsasnamə»nin və Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2014-cü il tarixli 375 №-li Fərmanı ilə təsdiq edilmiş Qaydaların tələblərinə uyğun olaraq müvafiq tədbirlərin görülməsi və nəticə barədə Komitənin, həmçinin müraciət müəllifinin məlumatlandırılması xahiş edilmişdir. Göründüyü kimi inşa edilən tikilinin qanunsuz və sənədsiz tikilməsi faktı həm icra orqanları və həmdə hüquq mühafizə orqanları tərəfindən təsdiqlənmişdir və göstərilən tikilinin dayandırılması ilə əlaqədar müvafiq orqanlar tərəfindən zəruri tədbirlər görülmüşdür. Bunlara baxmayaraq, cavabdehlər tərəfindən qanunsuz tikinti yenidən davam etdirilir.Bununla da onun və ailəsinin hüquqları pozulur. İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehlərə və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Xəzər rayon İcra hakimiyyətinə və Xəzər rayon Mərdəkan Bələdiyyəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayraq, cavabdehlər və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, iş üzrə cavabdehlərin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə iddiaçının iştirakı ilə mübahisə predmetinə daxil olan tikilinin məhkəmə tərəfindən yerində müayinəsi zamanı müəyyən edilmişdir, mübahisə predmetinə daxil olan tikili 2 mərtəbəli yarımtikilidən ibarət tikilidir. Həmin tikili iddiaçının yaşadığı iki mərtəbəli evə bitişik inşa olunmuşdur. Tikilinin damı və pəncərələri yerləşdirilməmiş, alt mərtəbəsi qaraj kimi nəzərdə tutulmuşdur. Tikili hündürlüyü 30 ədəd mişar daşı hündürlüyündə olmaqla 6 metrdir. İş materiallarında olan seriya AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan seriya MH ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Əzizbəyov (hazırda Xəzər) rayonu Mərdəkan qəsəbəsi Kolxoz küçəsi döngə 1-də istifadədə olan 0.06798 ha torpaq sahəsində yerləşən 2 ədəd 2 mərtəbəli, 6 otaqlı 98.8 kv.m yaşayış, 326 kv.m köməkçi sahədən ibarət 21 nömrəli fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ üzrə X2 və X1 adlarına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 589 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan AZ-İ 645837 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2013-cü il tarixdə ölmüşdür. İş materiallarında olan АЗБ 064436 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası X4r. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubunun surətindən görünür ki, İdarə tərəfindən müraciətlə bağlı yerində baxış zamanı Mərdəkan qəsəbəsi Kolxoz küçəsi döngə 1 ev 21 ünvanındakı yaşayış evinə bitişik 100 kv.m torpaq sahəsi hasarlanaraq orada 25 kv.m-ə yaxın sahədə inşa edilmiş 2 mərtəbəli fərdi yaşayış evi tikintisi hazırda dayandırılmış olduğunun müəyyən edildiyi bildirilmişdir. Həmçinin bildirilmişdir ki, göstərilən ünvandakı torpaq sahəsi üzərində mülkiyyət, istifadə və icarə hüququnu təsdiq edən, eləcə də görülən işlərə dair heç bir hüquqverici sənəd təqdim edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra hakimiyyəti Başçısının 1 müavini tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubunun surətindən görünür ki, icra hakimiyyətinə iddiaçı tərəfindən edilmiş müraciətlə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2014-cü il tarixli, 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 4.2-ci bəndinə, eləcə də, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.3-cü maddəsinə əsasən torpaq sahələrinin qanunsuz zəbt edilməsi, özbaşına tikinti işlərinin qarşısının alınması məqsədilə Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları tərəfindən Mərdəkan qəsəbəsi, Kolxoz küçəsi, döngə 1, ev 21 ünvanına baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin ünvanda aparılan qeyri-qanuni tikinti işləri dayandırılmışdır. Hal-hazırda həmin ünvanda tikinti işlərinin aparılmaması ilə bağlı Xəzər Rayon İcra Hakimiyyəti Başçısı yanında “Xəzər rayonu ərazisində torpaq sahələrinin qanunsuz zəbt olunması, özbaşına tikintilərin qarşısının alınması və bu sahədə qanunauyğun tədbirlərin həyata keçirilməsi” məqsədilə yaradılmış komissiya tərəfindən ərazi daimi nəzarətdə saxlanılır. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra hakimiyyəti Başçısının müavini tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubunun surətindən görünür ki, icra hakimiyyətinə iddiaçı tərəfindən edilmiş müraciətlə bağlı bildirilmişdir ki, sözügedən əraziyə baxış keçirilən zaman məlum olmuşdur ki, qonşusu Cavabdeh1 yaşadığı ünvanda qeyri-qanuni tikinti işləri aparır. Vətəndaş Cavabdeh1 tərəfindən aparılan tikinti işləri Nümayəndəlik tərəfindən dayandırılmış və hüquqmüəyyənedici sənədlər alınanadək tikinti işlərinin aparılmaması barədə xəbərdarlıq edilmişdir. Hal-hazırda həmin ünvanda tikinti işləri dayandırılmışdır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə Mərdəkan qəsəbəsi Kolxoz küçəsi dalan 1 ev 21 ünvanında qeydiyyatda olan və yaşayan X3 və qızı İddiaçı tərəfindən Mərdəkan qəsəbəsi Kolxoz küçəsi dalan 1 ev 19 ünvanında qonşuluqda yaşayan İbrahim Qəribov, Cavabdeh2 və Cavabdeh1 tərəfindən heç bir sənəd olmadan, icra hakimiyyətindən icazə almadan qanunsuz tikinti aparılması, tikinti zamanı inşa edilmiş tikilinin yan divarının təxminən 2 metrə qədər hissəsinin ara məsəfdən saxlamadan tikilməsi, bu səbəbdən evin konsturksiyasına ziyan vurması barədə aparılmış araşdırma zamanı tərəflərdən alınmış izahata, keçirilmiş baxış zamanı tərtib olunmuş protokola əsasən müəyyən olunmuşdur ki, Cavabdeh2 tərəfindən eskiz layihə çəkdirmədən, icra hakimiyyətindən icazə alınmadan qanunsuz olaraq tikinti aparmışdır. Toplanmış material üzrə cinayət tərkibi müəyyən olunmadığı üçün Azərbaycan Respublikası CPM-nin 39.1.2 maddəsinə əsasən rədd edilmiş və Cavabdeh2 barəsində Azərbaycan Respublikası İXMnin 395-ci maddəsilə inzibati tədbir görülməsi qərara alınmışdır. Həmçinin həmin qərardan görünür ki, ünvan 7 ünvanında yaşayan Cavabdeh2 izahatında bildirmişdir ki, hal-hazırda yaşadığı ünvan ata-baba yurdudur və uzun illərdir həmin ünvanda yaşayırlar. Hal-hazırda həmin ünvanda atası İbrahim Qəribov və 4 bacısı ilə birlikdə yaşayır. Həm ailə vəziyyətı həm də yeni ailə qurduğu zaman yaşaya biləcək otaq olmadığı üçün, evin arxa hissəsində sahəsi 22 kv metr olan köhnə qarajın üzərində eyni sahəli 1 otaqdan ibarət ev tikməyə başlamışdır. Lakin, tikintiyə 4 ay öncə başlamasına baxmayaraq maddi vəziyyəti ilə əlaqədar başa çatdıra bilməmişdir. İş üzrə verilmiş və məhkəmə iclasında tədqiq olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin 10/5790 nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 8 ünvanda aparılmış tikinti işlərinə dair hər-hansı bir icazə sənədləri olmadığı üçün, həmin tikinti işlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 Noli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1. və 4.2. bəndlərinin və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddəsinin 80.1., 80.2., 80.3. bəndlərinə tələblərinə uyğun inşa olumadığı müəyyən edilir. Ekspertiza Xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə iclasında dindirilmiş iş üzrə yuxarıda qeyd olunan ekspert rəyini vermiş Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X5 izahatında bildirmişdir ki, tərəfindən verilmiş 10/5790 nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyinin nəticə hissəsinə texniki yanlışlığa yol verilmişdir. Belə ki, tərəfindən aparılmış tədqiqat nəticəsində ünvan 8 ünvana bitişik aparılmış tikintinə dair hər-hansı bir icazə sənədləri olmadığı üçün, həmin tikinti işlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 No-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1. və 4.2. bəndlərinin və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddəsinin 80.1., 80.2., 80.3. bəndlərinə tələblərinə uyğun inşa olumadığı müəyyən edilmişdir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, iddiaçının yaşadığı ünvan 8 ünvanında olan 2 mərtəbəli tikiliyə bitişik yalnız iş üzrə Cavabdeh2 tərəfindən müvafiq sənədlər olmadan tikili inşa edilmişdir. İddiaçının istifadəsində olan ünvan 8 ünvanında olan 2 mərtəbəli tikili (əmlak) xx.xx.2013-cü il tarixdə ölmüş atası X6 məxsus əmlakdan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qeyd olunan qanunvericiliyin tələblərindən göründüyü kimi, mülkiyyət hüququ əmlaka sahiblik, istifadə və sərəncəma vermək hüquqların məcmusundan ibarətdir. Miras qalmış əmlak vərəsə tərəfindən faktiki sahiblik etməyə başladığı andan mirası qəbul etmiş sayılır və vərəsinin həmin miras əmlaka dair mülkiyyət hüquqları yaranır. İşin müəyyən edilmiş hallarından görünür ki, iş üzrə iddiaçı, ölmüş atası X2 vərəsəsi (qızı) olmaqla ondan miras qalmış ünvan 8 ünvanında olan 2 mərtəbəli tikilini faktiki qəbul etmiş orada yaşamaqla sahiblik edir. Bununla da məhkəmə qeyd edir ki, iddiaçının həmin tikiliyə mülkiyyət hüquqları yaranmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı istifadəsində və sahibliyində olan tikiliyə müvafiq tikinti norma və qaydalarına riayət edilmədən və ara məsafəsi saxlanılmadan digər şəxs tərəfindən bitişik inşa edilmiş tikilinin sökülməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsin əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Həmin Məcəllənin 240.3-cü maddəsinə əsasən mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1-ci maddəsinə əsasən binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən ara məsafəsi divar hündürlüyünün 0,6 hissəsi (69.5.1), xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi (69.5.2), bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi (69.5.2-1) və yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi (69.5.3) ilə müəyyən edilir. Həmin Məcəllənin 69.7-ci maddəsinə əsasən tikinti obyektinin layihələndirilməsi zamanı mövcud tikililərlə həmsərhəd torpaqlarda inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri arasında, obyektlərin təyinatından asılı olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş ara məsafələrin saxlanılması (69.7.1.), torpaqlardan səmərəli istifadə məqsədilə layihə sənədlərinə uyğun olaraq obyektlərin birləşdirilməsinin mümkünlüyü (69.7.2), layihəçilərin təklifi nəzərə alınmaqla, qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə obyektlərin tikintisinin iki paralel və qapalı (boşluqları olmayan) divar və ya ortaq divar vasitəsilə həyata keçirilməsinin mümkünlüyü (69.7.3) və yeni tikiləcək obyektlərin divarının qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə mövcud olan binanın divarına birləşdirilməsinin mümkünlüyü (69.7.4) nəzərə alınmalıdır. Həmin Məcəllənin 69.8-ci maddəsinə əsasən ara məsafəsi ilə bağlı müfəssəl qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “ 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 80.3-cü maddəsinə əsasən barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. Sadalanan qanunvericiliyin tələblərindən görünür ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş tikili özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmçinin tikililər arasında ara məsafəsi sahələri nəzərə tutulmalı, müvafiq şərtlər mövcud olduqda ara məsafələrinin saxlanması zəruri deyil, obyektlər inşa edilərkən obyektin təyinatından asılı olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərdə müəyyən edilmiş ara məsafələr saxlanılmalı və ara məsafəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə, iddia tələbinin tikilinin sökülməsi hissəsini qismən əsaslı hesab etməklə qeyd edir ki, iddiaçının yaşadığı (atadan qalmış miras əmlak kimi faktiki istifadəsində olan) tikiliyə bitişik inşa edilmiş tikili qanunvericilikdə nəzərdə tutulmuş qaydada icazələr alınmadan və şəhərsalma və tikintiyə dair normativ sənədlərdə müəyyən edilmiş ara məsafəsi saxlanılmadan tikildiyindən, ünvan 8 ünvanda olan iddiaçının yaşadığı 2 mərtəbəli tikiliyə bitişik hissəsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci maddəsinə əsasən həmin tikilinin xarici divarının hündürlüyü ( yerində müayinə zamanı müəyyən edilmiş 6 metr) nəzərə alınmaqla 1.8 metr (6 x 0,3) məsafədə sökülməldir. Tikilinin inşa edilməsi yalnız iş üzrə Cavabdeh2 tərəfindən inşa edildiyi müəyyən edildiyindən, tikilinin həmin məsafədə sökülməsi onun hesabına aparılmalıdır. Tikilinin bütövlüklə sökülməsi məsələsinə münasibət isə məhkəmə qeyd edir ki, həmin hissədə iddiaçının subyektiv hüququ yoxdur. Belə ki, həmin tikili ona məxsus torpaq sahəsində inşa edilməmiş, həmin tikilinin sökülməsi qanunvericilikdə müvafiq icra hakimiyyəti orqanlarının müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilməsi nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, ünvan 8 ünvanda olan iddiaçının yaşadığı 2 mərtəbəli tikiliyə bitişik Cavabdeh2 tərəfindən inşa edilmiş tikili, onun xarici divarının hündürlüyü nəzərə alınmaqla 1,8 metr məsafədə Cavabdeh2 hesabına sökülməli, iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməməlidir. Həmçinin iddia tələbinin Kolxoz küçəsi 21 saylı evə aid olan dəmir karkasının bir hissəsinin, evin altındakı beton səkinin sökülməsi hissəsinə məhkəmə qiymət verərək qeyd edir ki, həmin hissədə iddia tələbi qeyri müəyyən olmaqla bərpa olunması tələb olunan dəmir karkasının və beton səkinin mövcüd olması müəyyən edilməməklə, cavabdehlər tərəfindən sökülməsi halı barədə hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən həmin hissədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, ünvan 8 ünvanda olan iddiaçının yaşadığı 2 mərtəbəli tikiliyə bitişik Cavabdeh2 tərəfindən inşa edilmiş tikili 1,8 metr məsafədə Cavabdeh2 hesabına sökülməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh2 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. ünvan 8 ünvanda olan iddiaçının yaşadığı 2 mərtəbəli tikiliyə bitişik Cavabdeh2 tərəfindən inşa edilmiş tikili 1,8 metr məsafədə Cavabdeh2 hesabına sökülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh2 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına ödənilsin Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-39/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-39/2022
12.05.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver