Məhkəmə qərarları › İş №2(003)-3904/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3904/2021

25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3904/2021 25.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12.08.2020-ci il tarixli müqavilə üzrə 490,5 manat ödənilməmiş hissə, 49 manat cərimə, 25.04.2020-ci il tarixli müqavilə üzrə 251,5 manat ödəniməmiş hissə, 25 manat cərimə, 12.06.2020-ci il tarixli müqavilə üzrə 280,4 manat ödənilməmiş hissə, 28 manat cərimə, ümumilikdə 1124,4 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə "xxxx" MMC arasında bağlanmış 12.08.2020-ci il, 25.04.2020-ci il tarixli və 12.06.2020-ci il tarixli müqavilələrə əsasən, cavabdeh, LG markalı soyuducu, İMEİ kodları **********67808 olan Samsung Galaxy A20s və **********17568 olan Samsung Galaxy A10 markalı telefonlar, Glass Full və Samsung qoruyucu üzlüklər almış, həmin müqavilələr üzrə cəmi 1519,4 manat ödəniş etmişdir. Sonradan müqavilələr üzrə öhdəliyini yerinə yetirməmiş və nəticədə 1124,4 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, zərfin üzərində “ünvan tam deyil” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 12.08.2020-ci il tarixdə 21069856 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 1524 manat olan LG markalı soyuducu Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 127 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 25.04.2020-ci il tarixdə 20234544 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 614,4 manat olan İMEİ kodu **********67808 olan Samsung Galaxy A20s markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 32,3 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüş və 33 manat ilkin ödəniş etmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 12.06.2020-ci il tarixdə 20344760 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən ümumi dəyəri 403,4 manat olan İMEİ kodu **********17568 olan Samsung Galaxy A10 markalı telefon, Glass Full və Samsung qoruyucu üzlüklər Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 31,2 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüş və 29 manat ilkin ödəniş etmişdir. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 12.08.2020-ci il tarixli müqavilə üzrə 490,5 manat ödənilməmiş hissə, 49 manat cərimə, 25.04.2020-ci il tarixli müqavilə üzrə 251,5 manat ödəniməmiş hissə, 25 manat cərimə, 12.06.2020-ci il tarixli müqavilə üzrə 280,4 manat ödənilməmiş hissə, 28 manat cərimə, ümumilikdə 1625,5 manat məbləğində borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, cavabdeh tərəfindən nisyə alğısatqı müqavilələri üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və onun ümumilikdə 1625,5 manat məbləğində borcu qalmışdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı göstərilən nisyə alqı-satqı müqaviləsinin şərtlərinin icrasını, yəni ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 12.08.2020-ci il tarixli 21069856 saylı müqavilə üzrə 490,5 manat ödənilməmiş hissə, 49 manat cərimə, 25.04.2020-ci il tarixli 20234544 saylı müqavilə üzrə 251,5 manat ödəniməmiş hissə, 25 manat cərimə, 12.06.2020-ci il tarixli 20344760 saylı müqavilə üzrə 280,4 manat ödənilməmiş hissə, 28 manat cərimə, ümumilikdə 1124,4 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 12.08.2020-ci il tarixli 21069856 saylı müqavilə üzrə 490,5 manat ödənilməmiş hissə, 49 manat cərimə, 25.04.2020-ci il tarixli 20234544 saylı müqavilə üzrə 251,5 manat ödəniməmiş hissə, 25 manat cərimə, 12.06.2020-ci il tarixli 20344760 saylı müqavilə üzrə 280,4 manat ödənilməmiş hissə, 28 manat cərimə, ümumilikdə 1124,4 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar