Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3911/2022 05.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Xəzri Ramilə Həşim qızı, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “qapının sökülməsi və hasarın bərpa edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdim: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “qapının sökülməsi və hasarın bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilsə də, həmin dövlət rüsumuna dair qəbzin həqiqiliyini (doğruluğu), məhz bu iş üzrə ödənilmiş dövlət rüsumu barədə qəbz olduğunu aydınlaşdırmaq qeyri-mümkündür. Həmin dövlət rüsumunun ödənilməsi bardə qəbzdən müəyyən olunur ki, yuxarıda qeyd olunan iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu (qəbz № 5688, 91 manat) xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-yə ödəmişdir. Lakin, iddia ərizəsi Bakı şəhər Xəzər Rayon Məhkəməsinə xx.xx.2022-ci il tarixdə verilmişdir. Göründüyü kimi, iddia ərizəsinin verilməsinə dair dövlət rüsumu ərizə məhkəməyə daxil olmadan təxminən bir il əvvəl ödənilmişdir ki, bu da məhz həmin rüsumunun hazırki iddia ərizəsinə görə ödənilməsini istisna edir. Belə olan məhkəmə hesab edir ki, ödənilmiş (qəbz № 5688, 91 manat) dövlət rusumu hazırki verilmiş iddia ərizəsinə görə ödənilmiş rüsum kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən, “Dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, qəraraaldım: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “qapının sökülməsi və hasarın bərpa edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-3911/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3911/2022
05.11.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver