Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3917/2025 15.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi Ərizəçi, Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X7 iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:
1. Ərizəçi Əzizova Bikə Ağaşirinovna maraqlı şəxs qismində Maraqlı şəxs Yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizənin təmin edilməsini; xx.xx.2006-cı il təvəllüdlü Bakı şəhərində anadan olmuş qızı X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2006-cı il təvəllüdlü qızım X5 “daun sindromu, İQ-24 ağır kəmağıllıq, kəskin imbesillik, kobud davaranış pozuntuları, nitq qüsurları” diaqnozu ilə müddətsiz olaraq İ dərəcə əlildir və ruhi xəstə olduğuna görə xəstəliyi ilə əlaqədar öz hərəkətlərini idarə edə bilmir və kənar şəxsin qulluğuna ehtiyacı vardır. Ona görə də fəaliyyət qabiliyyəti olmayan sayılmalıdır.
Proses iştirakçılarının izahatları: 3.
4. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında ərizəsini müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. O, həmçinin izahatında qızı X2xx.xx.2006cı il təvəllüdlü olduğunu, hazırda qızının onun himayəsində olduğunu, qızının İ dərəcəli əlil olduğu üçün öz hərəkətlərinin mənasını anlaya bilmədiyini və öz hərəkətlərini idarə edə bilmədiyini, onun kənar şəxsin qulluğuna ehtiyacının olduğunu qeyd etmişdir.
5. Məhkəmə iclasında iştirak edən iş üzrə Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X11 izahatında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi istənilən şəxsin hazırda ərizəçinin yanında yaşaması halı və ekspert rəyinin nəticəsi nəzərə alınmaqla ərizəçinin tələbinin təmin olunmasına etiraz etmədiyini bildirmişdir.
Mülki işin materialları:
İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
6. AZ-İ seriyalı 265630 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X10 ilə X12 arasında xx.xx.2006-ci il tarixində 818 nömrəli akt qeydi ilə nikah bağlanmış və nikahdan sonra ərə Feyziyev, arvada Feyziyeva soyadı verilmişdir.
7. AZ-İ seriyalı, 844034 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2006-ci il tarixdə anadan olmuş, atası X10, anası X6r.
8. 2 X9 Xəstəxanasının xx.xx.2025-ci il tarixli həkim psixiatr komissiyasının rəyindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X1 imbesillik, kobud davranış pozuntuları, nitq qüsuru var.
9. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın xx.xx.2025-ci il çap tarixli çıxarışından görünür ki, X2 Daun sindromu, İQ-25 ağır kəmağıllıq, kəskin imbesillik, kobud davranış pozuntuları, nitq qüsuru səbəbilə müddətsiz birinci dərəcəli əlilliyi müəyyən edilmişdir.
10. Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 4935 saylı rəyindən görünür ki, X3 “daun sindromu nəticəsində yaranan dərin əqli gerilik, (idiotiya dərəcəsində oliqofreniya)” var, o, psixi vəziyyətinə görə öz hərərkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil və onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
11. 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir.
12. 34.2-ci maddəsinə əsasən, fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
13. 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır.
14. 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş üzrə ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların, (valideynlərin, uşaqların, qardaş-bacıların) müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər.
15. 319-cu maddəsinə əsasən, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir.
16. 320.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır.
17. 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
Məhkəmənin mövqeyi:
18. Məhkəmə iş materiallarını, ərizənin dəlillərini araşdırıb, izahatları dinləyib, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir.
19. Belə ki, qanunvericiliyin yuxarıda qeyd olunan normalarının təhlilindən məlum olur ki, şəxsin məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan sayılması üçün bir qayda olaraq aşağıdakı faktlar müəyyən olunmalıdır (sübuta yetirilməlidir): - Ərizəçinin bu iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olması; - Şəxsin ağıl zəifliyinin (əqli geriliyin) və ya psixi pozuntusunun olması; - Şəxsin öz hərəkətlərinin mənasını başa düşməməsi və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsi; - Şəxsin ağıl zəifliyi və ya psixi pozuntusu ilə onun öz hərəkətlərinin mənasını başa düşməməsi və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsi arasında səbəbli əlaqə.
20. Məhkəmə qanunvericiliyin tələblərinin hazırki işə tətbiqi baxımından qeyd edir ki, Ərizəçi X2 anası olduğundan onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmək hüququ vardır.
21. Digər tərəfdən iş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat çıxarışında, X4 Daun sindromu, İQ-25 ağır kəmağıllıq, kəskin imbesillik, kobud davranış pozuntuları, nitq qüsuru səbəbilə müddətsiz birinci dərəcəli əlilliyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında arayışında , X2 əmək qabiliyyətsiz olması qeyd olunmuşdur.
22. Habelə bu xarakterli işlərdə sübut kimi çıxış edən məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə də təsdiq olunur ki, X3 “daun sindromu nəticəsində yaranan dərin əqli gerilik, (idiotiya dərəcəsində oliqofreniya)” var, o, psixi vəziyyətinə görə öz hərərkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil və onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır.
23. Beləlikə, iş materiallarında olan və məhkəmə araşdırılması zamanı tədqiq edilmiş sübutlar əsasında müəyyən olunur ki, xx.xx.2006-cı il təvəllüdlü X2 “daun sindromu nəticəsində yaranan dərin əqli gerilik, (idiotiya dərəcəsində oliqofreniya)” var, o, öz hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarında deyil və bu hal onun psixi vəziyyəti ilə səbəbli əlaqədədir. Ona görə xx.xx.2006-cı il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
24. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
25. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.2006-cı il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə
Qət etdi Ərizə təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov