Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3969/2023 21.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən onun fərdi yaşayış evinə əsassız hesablanmış 1554,20 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı S.M.Rəsulovanın nümayəndəsi S.M.Quliyeva iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, o, iddiaçının bacısıdır. "Azəriqaz " İstehsalat Birliyi tərəfindən iddiaçının yaşadığı Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Nizami küçəsi döngə 2 ev 4 ünvanında qaz itkisinin yaranması müəyyən edilmiş, 1554,20 manat məbləğində borc hesablanmışdır. "Azəriqaz " İstehsalat Birliyinin əməkdaşları tərəfindən sayğac dəyişdirilmişdir. Sayğac dəyişdirildikdən sonra 1554,20 manat məbləğində borc hesablanmışdır. Guya sayğacın plombuna müdaxilə edilmişdir. Halbuki, iddiaçı anadangəlmə gözləri görmür, 1-ci dərəcəli əlildir. O, bacısına patron təyin edilmişdir. İddiaçı vaxtlı-vaxtında ödənişləri edir. Bu qədər borcun necə yaranması ona məlum deyildir. Fiziki şəxs olan istehlakçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi Cavabdeh İB daşıdığı halda qaz sayğacında yaranmış qüsura görə 1554,20 manat məbləğində borcun hesablanmasına əsas olmuş hallar tamamilə qanunsuz və əsassız olduğu üçün həmin borc məbləği silinməlidir. Cavabdeh İB mənzildən kənarda quraşdırılmış sayğacdakı pozuntu halının məhz istehlakçı tərəfindən yaranmasına dair hər hansı mötəbər sübut təqdim etməmişdir, halbuki, bu halda sübutetmə yükü cavabdehin üzərinə düşür. İddiaçıya məxsus -də yaşayır. "Azəriqaz " İstehsalat Birliyi ilə onun adına müqavilə imzalayaraq, yaşadığı ünvana qaz sayğacı quraşdırılmışdır. Neçə ildir ki heç bir problem olmadan qazdan istifadə edərək ödəniş etmişdir. Sayğac küçədə yerləşir. 2022-ci ilin sentyabrın 14-də ünvanda olan qaz sayğacını Cavabdeh İB-nin əməkdaşları yeni sayğacla əvəz etmişdir. Bundan sonra köhnə sayğacı təhvil götürmüşlər. 2023-cü ilin oktyabr ayında qaz üçün ödəniş etdikdə 20 manatlıq ödənişdən cəmi 5 manat yükləndiyini görmüşdür. Bunu araşdırmaq üçün Xəzər qaz istismar idarəsinə getmişdir. Ordan ona bildirilmişdir ki, 2022ci ildə sayğac dəyişildikdə təhvil alınan sayğacın şüşəsində cızıq olduğundan onun abonet hesabına 1554,20 manat borc yazılmışdır. Lakin, yazılan borcu cari ilin sentyabrında sistemə yerləşdirmişlər. Belə ki, yazılan akta görə 1554,20 manat borc yazılmışdır. Halbuki, sayğac küçədə yerləşir, onun məsuliyyəti vətəndaşın üzərində deyil, sayğaca heç bir kənar müdaxilə aşkar olunmamışdır. Bundan başqa Cavabdeh İB-nin əməkdaşları mütəmadi sayğaclara baxış keçirir. Heç bundan onların xəbəri belə olmur. Bugünkü gündə sayğac küçədə yerləşir. Həmin sayğacın kim tərəfindən şüşəsinin cızılması və hansı formada baş verməsi ona bəlli deyil. Xəzər qaz istismar idarəsinin işçiləri tərəfindən aşkarlanan nöqsan zamanı tərtib olunmuş akt onun iştirakı ilə olmayıb və o, imza etməmişdir. Bu qədər borc barəsində yalnız Cavabdeh İB-yə müraciət etdiyi zaman xəbər tutmuşdur. Bundan başqa, sözügedən ünvanda o, övladları ilə yaşayır. Bugünkü gün Xəzər qaz istismar idarəsi tərəfindən ona hesablanan əsassız borcun hər dəfə 50 faizinin tutulmasına heç cürə razılaşmır. Hal-hazırda onun mülkiyyətində olan ünvana qazın verilməsinə görə “smart karta” yüklədiyi məbləğ tutulmaqdadır. Su kimi həyat əhəmiyyətli olmasada qaz, lakin müəyyən tələblərini yerinə yetirən təbii maddədir ki, onunla yemək bişirilir, su qızdırılır və s. Xəzər qaz istismar idarəsinə yaxınlaşaraq aydınlaşdırmaq istəmiş, orada ona bildirildi ki, onun ünvanına tərtib olunmuş akt əsasında borc yığılmışdır, amma bunun nə vaxt, kimlərin iştirakı ilə tərtib olunması haqda ona heç bir mötəbər sübut verə bilmədilər. Həmin borc 1554,20 manat təşkil edir. Hər dəfə karta ödəniş etdikcə, ödənilən məbləğ borcdan silinə bilər. Belə olan halda hesab edir ki, heç bir razılaşmaya gələ bilmədikləri üçün bu işə məhkəmə qaydasında aydınlıq gətirilə bilər. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi T.Ə.Hacıyev iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi və izahatında göstərdi ki, iddiaçının yaşadığı ünvana sayğac yerləşdirilmişdir. Yoxlamalar nəticəsində sayğaca baxış keçirilən zaman sayğaca müdaxilə olunduğu müəyyən edilmişdir. Bu barədə müvafiq akt tərtib edilmiş və itirilmiş qazın bərpa edilməsi məqsədilə dəymiş ziyan hesablanaraq iddiaçının abonent hesabına hesablanmışdır. Yaşadığı ünvana sayğac yerləşdirilmiş istehlakçılar həmin sayğacın işlək vəziyyətdə saxlanmasına cavabdehlik daşıyırlar. İddiaçı müdaxilənin olmamasına dair heç bir sübut təqdim etməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2023-cü il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, **********7 saylı sayğacın plombuna müdaxilə edilmişdir. -**********00020 saylı abonent kodu üzrə verilmiş abonentin saldosundan görünür ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Nizami küçəsi döngə 2 ev 4 ünvanında yerləşən, abonent İddiaçı məxsus fərdi evdə xx.xx.2023-cü il tarixdə **********7 saylı “ZENNER G4T MEXANİKİ” tipli sayğac quraşdırılmışdır. Ünvanda PQ-4 tipli 4 gözlü qaz plitələri, samovar və dəmir peçi işlədilir. 2023-cü ilin aprel ayında akt əsasında ünvana 1555,20 manat məbləğində borc yazılmışdır. -Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanına mexaniki tipli **********7 saylı sayğac quraşdırılmışdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki mübahisənin yaranmasına səbəb Cavabdeh tərəfindən tərtib edilmiş aktın olmasını və həmin aktın tərtib edilməsinə əsaslar iddiaçı tərəfindən təbii qaza müdaxilə nəticəsində qaz itkisinin yaranması faktının müəyyən edilməsi olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halın məhz iş üzrə iddiaçı tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Belə ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən də görünündüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə araşdırması zamanı isə cavabdeh tərəfindən sayğaca müdaxilə nəticəsində qaz itkisinin yaranması halına dair heç bir mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, həmin halın mövcudluğu müəyyən edilməmişdir. Ümumiyyətlə, borcun yaranmasına əsas olmuş akt iddiaçıya təqdim edilməmişdir. Odur ki, hazırki halda iddiaçının təqsiri (hərəkət və hərəkətsizliyi) nəticəsində dəymiş zərər cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərərin də iddiaçının abonent hesabına hesablanmasının əsaslı hesab edilməsi mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən, cavabdeh təşkilata dəymiş zərər, iddiaçının hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən və bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim olunmadığından məhkəmə hesab edir ki, iddiaçının cavabdeh təşkilat qarşısında dəymiş zərərlə bağlı hər hansı bir vəzifəsi yaranmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, iddiaçının abonent hesabına cavabdeh tərəfindən hesablanmış 1554,20 manat məbləğində borc silinməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilir. Hazırkı iddia qiyməti 1554,20 manat təşkil etdiyinə görə dövlət rüsumunun məbləği 35,54 manatdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən iddiaçının sahibliyində olan ünvan 2 ünvanına (abonent kodu **********00020) hesablanmış 1554,20 manat məbləğində borc silinməli, cavabdehdən 35,54 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi Nizami küçəsi döngə 2 ev 4 (ünvan 3 ünvanında yerləşən evə (Abonent kodu: **********00020) hesablanmış 1554,20 (bir min beş yüz əlli dörd manat, iyirmi qəpik) manat məbləğində borc silinsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 35,54 (otuz beş manat, əlli dörd qəpik) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-3969/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3969/2023
21.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver