Məhkəmə qərarları › İş №2(003)-3974/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3974/2021

15.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3974/2021 15.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək ona verilmiş ərizəçinin atası X4 adına olan texniki pasportda ərizəçinin atasının soyadının və adının “Cəbrayılov Sabid” əvəzinə “Cəbiyev Sabit” kimi qəbul edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən ərizəçinin X21 oğlunun adına Binə qəsəbəsi Nizami Abbasov küçəsi 32 saylı evə dair arxiv arayışında (texniki pasport) soyadı “Cəbrayılov” adı “Sabid” kimi səhv qeyd olunmuşdur. Ona görə də ərizəçinin atası X4 adına olan texniki pasportda ərizəçinin atasının soyadının və adının “Cəbrayılov Sabid” əvəzinə “Cəbiyev Sabit” kimi qəbul edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək Azərbaycan SSR Komunal Təsərüffat Nazirliyi tərəfindən oktyabr ayı 1962-ci il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun Cəbiyev Sabit Xanağa oğluna məxsus olması barədə qətnamə çıxarılması barədə qətnamə çıxarılmasını məhkmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi oğlu ərizəni müdafiə edərək göstərdi ki, o, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən ərizəçinin X21 oğlunun adına Binə qəsəbəsi Nizami Abbasov küçəsi 32 saylı evə dair arxiv arayışında (texniki pasport) soyadı “Cəbrayılov” adı “Sabid” kimi səhv qeyd olunmuşdur. Belə ki, onun əmisi və onun ailəsinin soyadları Cəbrayılov onlarda isə Cəbiyev olmuşdur. Hazırda onların soyadları Cəbiyevdir. Ona görə də Azərbaycan SSR Komunal Təsərüffat Nazirliyi tərəfindən oktyabr ayı 1962-ci il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun Cəbiyev Sabit Xanağa oğluna məxsus olması barədə qətnamə çıxarılması barədə qətnamə çıxarılmasını məhkmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxslərin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən Ərizəçi ünvanlanmış 22.05.2021-ci il tarixli məktubda qeyd edilir ki: "ünvan 1zindən daxil olan 05.05.2021-ci il tarixli ərizəyə cavab olaraq bildirilir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1942-1944-cü illərə dair Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu Binə qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitabında 11 (sənəddə olduğu kimi) fevral 1942-ci ildə doğulan X9 təvəllüdü qeyd olunur. Atası (soyadı qeyd olunmayıb) Xanağa Bala ağa oğlu, anası X3r. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərizəçi ünvanlanmış məktubunda qeyd edilmişdir ki, ünvan 2aylı evə dair tərtib edilmiş texniki pasportun təsdiq olunmuş surətindən görünür ki, sözügedən evin sahibi X2 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Ərizəçi ünvanlanmış 25.08.2021-ci il tarixli məktubundan görünür ki, elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair texniki pasportda göstərilən sahə ilə faktiki sahə arasında konfiqurasiya perimetrik ölçü və sahə fərqi mövcuddur. Həmçinin, təqdim edilən sənədlər mərhumun adınadır, lakin vərəsəlik işinin açılması və vərəsələlərin dairəsinin müəyyən edilməsi barədə notariat ofisinin məktubu əlavə olunmamışdır. Bundan başqa texniki pasportda qeyd olunan hüquq sahibinin soyadında olan uyğunsuzluğun aradan qaldırılması üçün hüquqi fakta dair qanuni qüvvəyə minmiş məhkəmə qərarının təqdim olunması məqsədəuyğundur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 7 saylı Xüsusi Notariat ofisinin X1 Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 22.04.2021-ci il tarixli məktubundan görünür ki, X9 22.11.2009-cu il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələırin 22.04.2021-ci il tarixli ərizəsi əsasında mərhumun vərəsəsinin oğlu Ərizəçi olması barədə məlumat verilmişdir. ünvan 5 ünvanında yerləşən evə və torpaq sahəsinə dair Çıxarış verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 11.08.2021-ci il tarixli arayışından görünür ki, Xəzər (keçmiş Əzizbəyov) Rayon Qeydiyyat şöbəsinin 22.11.2009-cu il tarixli “Ölüm haqqında şəhadətnamə”-sində adı qeyd olunmuş 22.11.2009-cu ildə vəfat etmiş mərhum X9 adına ondan ötrü ki, həqiqət o, ünvan 6 ünvanında qeydiyyatda olmuş, lakin faktiki olaraq N.Abbasov küçəsi ev 32 ünvanında yaşamışdır və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda qeyd olunan X11 ilə eyni şəxsdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 22.11.2009-cu il tarixdə Bakı şəhərində ürək çatmamazlığından ölmüşdür. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1973-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. X5, anası X13r. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən “Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkərlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın”. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir və bununla yanaşı, həmin faktın məhz məhkəmə qaydasında müəyyən olunması nəzərdə tutulmuşdur. Məhkəmədə müəyyən olundu ki, Azərbaycan SSR Komunal Təsərüffat Nazirliyi tərəfindən oktyabr 1962-ci il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda “Cəbrayılov Sabid Xanağa oğlu”, Ərizəçi məxsus doğum haqqında şəhadətnamənin surətində ata qrafasında “X15” və ölüm haqqında şəhadətnamənin surətində “X6 göstərilmişdir. Göründüyü kimi, ərizəçinin hazırki ərizəsində göstərilən faktın müəyyən edilməsi ona özünün də qeyd etdiyi kimi atasının adına olan əmlakı sənədləşdirmə məqsədi daşıyır. Məhkəmə iş materiallarına əlavə olunmuş digər sübutlara qiymət verərək hesab edir ki, ərizəçinin bu hissədə, yəni Azərbaycan SSR Komunal Təsərüffat Nazirliyi tərəfindən verilmiş oktyabr 1962-ci il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun Cəbiyev Sabit Xanağa oğluna məxsus olmasının müəyyən edilməsi hissəsində ərizəsi əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, oktyabr 1962-ci il tarixli Azərbaycan Respublikası SSR Komunal Təsərüffat Nazirliyi tərəfindən şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid X8 verilmiş texniki pasportun – X12 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 305, 307, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan SSR Komunal Təsərüffat Nazirliyi tərəfindən verilmiş xx oktyabr 1962ci il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun Cəbiyev Sabit Xanağa oğluna məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar