Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-40/2023 18.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı miras qalmış əmlakın paylarına uyğun bölgü tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin **********22 qeydiyyat nömrəli çıxarışla 1/3 hissədə pay olmaqla onlara məxsus ünvan 1 ünvanında yerləşən sahəsi 0,0958 ha olan miras əmlaka dair yerində bölgü olmaqla təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən əmlak mərhum ataları X2 məxsus olmuşdur. Ataları 4 yanvar 2010-cu il tarixdə vəfat etmiş, onun varısi kimi ondan qalan əmlaka dair vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etmişlər. Onlara ünvan 3 ünvanda yerləşən sahəsi 0,958 ha olan miras əmlaka hər birinə 1/3 hissədə pay olmaqla qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir.Həmin səhadətnamədə onların vərəsəlik əmlakına dair 1/3 hissədə pay almaq hüquqlarının olduğu qeyd olunmuşdur. Həmin şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək miras əmlaka öz adlarına 1/3 pay olmaqla **********22 qeydiyyat nömrəli çıxarış almışlar. Qeydiyyat şəhadətnaməsində 1/3 pay İddiaçı1, 1/3 pay İddiaçı2 göstərilmiş, qardaşlarına 1/3 hissədə payı müraciət edilmədiyindən açıq saxlanılmışdır. Lakin hal-hazırda qardaşlarının arvadı Cavabdeh1 və qızları onları həyətə buraxmırlar. Onların miras əmlakdan istifadə etməklərinə icazə vermirlər.Qardaşlarının arvadı həmin torpaq sahəsində yerləşən evdə yaşayır, qızları isə ailə quraraq həmin mənzildən köçmüşlər və hal-hazırda ər evində aşayırlar. Miras mülkə dair notariata müraciət edərkən onlar iştirakdan imtina etdiklərinə görə qardaşıların payı açıq saxlanılmışdır. Onların miras paylarına nə də ki yaşadıqları evə dair heç bir iddiaları yoxdur, sadəcə onların bir varis kimi qanuni olaraq verilmiş torpaq sahələrindən istifadə etmək istəyirlər.Cavabdehlər onları həyətə buraxmırlar, bu səbəbdən də miras əmlakın yerində bölgüsünün aparılaraq istifadələrinə verilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmədə İddiaçı1 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa oxşar izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər iddiaçı və cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən iş üzrə digər iddiaçının və cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2010-cu il tarixdə ölmüşdür. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Sabir küçəsində yerləşən 53 saylı sahə ( 0.0958 ha torpaq sahəsi) X2 məxsusdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2010-cu il tarixdə ölmüş X1 miras qalmış Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Sabir küçəsində yerləşən 53 saylı sahədən vərəsəsi qızı İddiaçı1 1/3 hissədə pay almalıdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Sabir küçəsində yerləşən 53 saylı sahəsinə ( 0.0958 ha torpaq sahəsinə) dair İddiaçı2 1/3 hissədə, İddiaçı1 1/3 hissədə payı Dövlət reyestrində qeydiyyata alınmış, 1/3 hissə isə açıq qalmışdır. İş materiallarında olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1453/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı miras mülkə dair 1/3 vərəsəlik payının yerində bölgüsü tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-1893/2021 saylı qətnaməsinə əsasən ünvan 4 ünvanında yerləşən 0.0958 ha torpaq sahəsinə dair ünvan 5ən xx.xx.2019-cu il tarixdə təsdiqlənmiş “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr” etibarsız hesab edilməsi, həmin şəhadətnamələr əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən müvafiq dövlət reyestrlərində İddiaçı2 xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi (1/3 hissədə) ilə, İddiaçı1 xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi (1/3 hissədə) ilə adlarına aparılmış qeydlər və verilmiş çıxarışların ləğv edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-1893/2021 saylı qətnaməsi qanuni qüvvəyə minmişdir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dairKonstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, iddiaçılar mübahisə predmetinə daxil olan torpaq sahəsi ilə bağlı iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibləri kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidr. Həmçinin, qeyd edilməlidir ki,belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. Belə ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, miras əmlak üzərində iddiaçıların vərəsə kimi paylarının olmasına dair notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilməklə, həmin şəhadətnamələr əsasında əmlak üzərində hüquqlarının Dövlət reyestrində qeydə alınmasına əsas olmuş qeydlər və verilmiş hüquqmüəyyənedici sənədlər məhkəmə qətnaməsi əsasında ləğv edilmişdir. Bununla da iş üzrə iddiaçıların mübahisə predmeti olan torpaq sahəsinə dair hər hansı bir hüquqi bağlantıları qalmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeydolunanlaraəsasənvə Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı miras qalmış əmlakın paylarına uyğun bölgü barədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-40/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-40/2023
18.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver