Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-4013/2025 22.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Tağıyev Zaur Müzəffər oğlu, İddiaçı “miras hüquqlarının tanınması” tələbinə dair mülki işə baxaraq m üə y y ə n e t d i m: İddiaçı İddiaçı “miras hüquqlarının tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin forması Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Ona görə ki, Belə ki, mülki-prosessual qanunvericilikdə məhkəməyə müraciətin müxtəlif prosessual formalarını (iddia ərizəsi, ərizə, vəsatət, apellyasiya şikayəti və s.) nəzərdə tutulur. İddia icraatı qaydasında məhkəməyə müraciətin prosessual forması kimi isə iddia ərizəsi ilə müraciət göstərilmişdir. Hazırkı iddia ərizəsindən görünür ki, İddiaçı qismində cavabdeh isə yoxdur, miras hüquqlarının tanınmasını xahiş edir. Bundan başqa ərizəçi miras huqunun tanınmasını xahış etsədə sözügedən daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair cıxarış da əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Mülki-prosessual qanunvericiliyə əsasən isə tərəflər (iddiaçı və cavabdeh) iddia icraatında (MPM-nin 12-23-cü fəsilləri) mövcuddurlar. Xüsusi icraat qaydasında baxılan işlər (MPM-nin 30-40-1-ci fəsilləri) üzrə isə əsas iştirakçılar ərizəçi və maraqlı şəxslərdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinə dair hüquqi əhəmiyyəti olan fakta dair ərizəyə baxır. Göründüyü kimi, iddiaçı hüquqi əhəmiyyəti olan faktın (vərəsəlik hüququnun tanınması) müəyyən edilməsi barədə tələblə məhkəməyə xüsusi icraat qaydasında deyil, iddia ərizəsi ilə ümumi qaydada müraciət etmişlər. Bundan başqa iddia ərizəsinə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci madəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən, “Dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda məhkəmə qeyd edir ki, vərəsəlik hüquqlarının tanınması üçün əvvəlcə ölmüş şəxsin adına çıxarış alınmalı, daha sonra isə vərəsəlik işi açılmalıdır. Vərəsəlik ölüm anı ilə açılır. Vərəsəlik əmlakı – mərhumun ölüm anında ona məxsus olan əmlakdan ibarətdir. Hazırki vəziyyətdə iddiaçı vərəsə kimi öz hüquqlarını tanıtmaq istəyir. Amma bunun üçün əvvəlcə vərəsəliyə daxil olan əmlakın varlığı və mərhuma məxsusluğu sübut edilməlidir. Yəni əgər əmlak mərhumun adına qeydiyyatda deyilsə (çıxarış yoxdursa), vərəsəlik əmlakı faktiki müəyyən edilməmişdir. Bu halda, vərəsəlik hüququndan danışmaq hüquqi olaraq mümkün deyil. Notarius, təqdim olunan sənədlər əsasında vərəsəlik şəhadətnaməsi verir. Əgər vərəsəlik əmlakı məlum deyilsə (çıxarış yoxdursa), notarius vərəsəlik işini ya açmır, ya da sənəd verməkdən imtina edir. Yəni, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl notariat qaydasında proseduru başa vurmalıdır. Əgər notarius vərəsəlik hüququnu rəsmiləşdirməkdən imtina edərsə, bu artıq məhkəmə predmetidir İşə baxılması üçün məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı hüquqi marağını tam müəyyən etməmişdir (əmlakın mərhuma aid olduğu sənədlə sübut edilməyib), hüquqi tələbin predmetinin (miras əmlakının) konkretliyi yoxdur. Hüquqi maraq məhkəməyə müraciətin əsas şərtidir. Bu maraq real, Hüquqla qorunan, müəyyən və konkret olmalıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd edilən Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı: İddiaçı “miras hüquqlarının tanınması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-4013/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-4013/2025
22.09.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver