Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-402/2024 27.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "borcun silinməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanına dair hesablanmış (**********00160 saylı abonent) 9018,26 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İB ilə onun arasında qaz paylayıcısı ilə məişət qaz istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. ünvan 2 ünvanında onun iştirakı olmadan aktlar tərtib edilmişdir. Cavabdeh İB-nin əməkdaşları guya qaz itkisinin yarandığını müəyyən etmiş, 9018,26 manat məbləğində borc hesablanmışdır. Cavabdeh İB-nin əməkdaşları onun guya təbii qazdan qeyri-qanuni istifadə etməsi, sayğacın plombuna müdaxilə etməsi barədə aktlar tərtib etmişlər. Cavabdeh İB tərəfindən hesablanmış 9018,26 manat məbləğində borcun hesablanmasına əsas olmuş hallar tamamilə qanunsuz və əsassız olduğu üçün həmin brc məbləği silinməlidir. Cavabdeh İB tərəfindən hesablanmış 9018,26 manat məbləğində borcun hesablanmasına əsas olmuş hallar tamamilə qanunsuz və əsassız olduğu üçün həmin borc məbləği silinməlidir. Cavabdeh İB mənzildən kənarda quraşdırılmış sayğacdakı pozuntu halının məhz istehlakçı tərəfindən yarandığına dair hər hansı mötəbər sübut təqdim etməmişdir, halbuki bu halda sübutetmə yükü cavabdehin üzərinə düşür. Onun yaşadığı mənzil iki otaqdan ibarətdir. Onlar evdə 4 gözlü istifadə edirlər, qışda isə odun sobasından istifadə edirlər. 9018,26 manat məbləğində borcun necə yaranması ona məlum deyil. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə İddiaçı yaşadığı ünvan 2 ünvanına yerli baxış keçirilmiş və həmin ərazidə fotoşəkillər çəkilmişdir. Məhkəmə tərəfindən həmin evdə 4 gözlü qaz sobasının, su qızıdırıcısınin və İran İslam Respublikasında istehsal olunmuş qaz sobasının işlədilməsi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, ev onun babasına məxsus olmuşdur. Onun babası vəfat etmişdir. Onlar həmin evdə 2015-ci ildən təbii qazdan istifadə edirlər. Onun yaşadığı ünvana 2-3 ildir ki, sayğac quraşdırılmışdır. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməmiş və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iddiaçının yaşadığı ünvana baxış keçirərək müəyyən etmişdir ki, Azəriqaz” İstehsalat Birliyi tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar və dəymiş ziyanın bərpasına dair tələbnamələr tərtib edilməklə İddiaçı təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi müəyyən edilmişdir. Cavabdeh gəldiyi qənaətə görə İddiaçı 2020-ci il üzrə 17568 m3, 2021-ci il üzrə 37368 m3, 2022-ci il üzrə 29268 m3, 2022-ci ilin yanvar-iyun ayları üzrə 29268 m3 təbii qazdan istifadə etmiş, İddiaçı təbii qazdan istifadəyə görə 2020-ci il üzrə 1756,80 manat, 2021-ci il üzrə 3952,80 manat, 2022-ci ilin yanvar-iyun ayları üzrə 3512,16 manat, cəmi 3221,76 manat borcu yaranmışdır. Abonentin saldosunda qeyd olunanlara əsasən İddiaçı borcu 2022-ci il üzrə 137,50 manat, 2023-cü il üzrə 66 manat ödəniş etməsi nəticəsində 9018,26 manat təşkil edir. İddiaçı 9018,26 manat borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi üzrə hüquqi dəyərləndirmə apararkən aşağıdakı maddi hüquq normalarının təhlilini zəruri hesab edir və hazırki münasibətlərə həmin hüquq normalarının tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. 3.4-cü bəndinə görə istehlakçılara aşağıdakılar qadağandır: 3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq; 3.4.4. qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək; 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə Cavabdeh tərəfindən tərtib edilmiş 20 akt üzrə 9 aktın yay fəslinə, 11 aktın qış fəslinə, 9 aktın yay fəslinə aid olduğunu, qış fəslində iddiaçının 4 gözlü qaz sobasını, su qızdırıcısını, İran İslam Respublikasında istehsal olunmuş qaz sobasını istifadə etməsini, yay fəslində isə 4 gözlü qaz sobasını və su qızdırıcısını istifadə etməsini hesab edir. Məhkəmə tərəfində 4 gözlü qaz sobasının maksimal saatlıq qaz sərfi 1,2 m3, su qızdırıcısının maksimal saatlıq qaz sərfi 3 m3, İran İslam Respublikasında istehsal olunmuş qaz sobasının maksimal saatlıq qaz sərfi 1,5 m3 əsas götürülmüşdür. Məhkəmə hesab edir ki, 11 akt üzrə qış fəslinə aid olan 11 ayda iddiaçı tərəfindən iddiaçı tərəfindən 4 gözlü qaz sobasından gün ərzində 8 saat, su qızdırıcısından gün ərzində 8 saat, İran İslam Respublikasında istehsal olunmuş qaz sobasından gün ərzində 16 saat isifadə edilməsinə görə iddiaçının bir ay ərzində 1728 m3 təbii qazı (1,2x8x30=288; 3x8x30=720; 1,5x16x30=720; 288+720+720=1728 ) istehlak etməsi və 207,36 manat borcu (1728x0,12=207,36) yaranması, 11 ay üzrə 2280,96 manat (207,36x11=2280,96) borcu yaranması müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, 9 akt üzrə yay fəslinə aid olan 9 ayda iddiaçı tərəfindən iddiaçı tərəfindən 4 gözlü qaz sobasından gün ərzində 8 saat, su qızdırıcısından gün ərzində 8 saat isifadə edilməsinə görə iddiaçının bir ay ərzində 1008 m3 təbii qazı (1,2x8x30=288; 3x8x30=720; 288+720=1028 ) istehlak etməsi və 120,96 manat borcu (1008x0,12=120,96) yaranması, 9 ay üzrə 1088,64 manat 120,96x9=1088,64) borcu yaranması müəyyən edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçının təbii qazdan istifadəyə görə cəmi 3369,60 manat borcu (2280,96+1088,64=3369,60) yarandığı müəyyən olunur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının təbii qazdan istifadəyə görə 9018,26 manat borcun silinməsinə dair iddia tələbi 3369,60 manat borcun silinməsi hissəsində təmin oluna bilməz. İddia tələbi 5648,66 manat borcun silinməsi hissəsində isə təmin olunmalıdır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməklə iddiaçıya qaz sərfinə görə (abonent kodu: **********00160) hesablanmış 5648,66 manat məbləğində borc silinməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinə daxil olan ödənilmiş dövlət rüsumu, iddianın təmin edilmiş hissəsinə münasib olaraq tərəflərə aid edilməlidir. Belə ki, iddia qismən təmin edildiyinə görə ödənilməli olan 110,18 manat dövlət rüsumunun 69,01 manatı rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə İddiaçı (abonent kodu: **********00160) hesablanmış 5648,66 (beş min altı yüz qırx səkkiz manat, altmış altı qəpik) manat məbləğində borc silinsin. 69,01 (altmış doqquz manat, bir qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-402/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-402/2024
27.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver