Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-404/2021 03.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 nümayəndəsi və vəkili X4 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 7 saylı notariat ofisinə, Bakı şəhəri 53 saylı notariat ofisinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 7 saylı notariat ofisinə, Bakı şəhəri 53 saylı notariat ofisinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 53 saylı notariat kontorunun xüsusi notariusu Əli Hüseynov tərəfindən təsdiq edilmiş Cavabdeh1 ilə Cavabdeh3 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 3984 a saylı bağ sahəsinə dair 03 iyun 2017-ci il tarixdə bağlanmış 4Ə-731 nömrəli reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri 7 saylı notariat ofisinin xüsusi notariusu Nadir Vədətov tərəfindən təsdiq edilmiş Cavabdeh1 ilə Cavabdeh2 arasında ünvan 1 ünvanında 0.25015 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2042,9 kv.m olan əmlak kompleksi kimi müəssisəyə dair 16 yanvar 2020-ci il tarixdə bağlanmış 4Ə-17 nömrəli reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 3984 a saylı bağ sahəsinə Bakı şəhəri, Xəzər rayonu Şüvəlan qəsəbəsi, Almaz İldırım küçəsi. 118 ünvanında 0,25015 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2042,9 kv.m olan əmlak kompleksi kimi müəssisəyə və "xxxx" MMC-də olan 1 paya 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh1 payının müəyyən edilməsi, “Hyundai Azera" minik markalı **-UA- *** (sonrakı nömrəsi **-UU-***) dövlət nömrə nişanlı avtomobil, "Vaz 21074” minik markalı, **-LR-*** dövlət nömrə nişanlı avtomobil və "X12" minik markalı, **-UU-*** dövlət nömrə nişanlı avtomobilin satışından əldə olunmuş pula 1/2 hissədə İddiaçı 1/2 hissədə Cavabdeh1 payının müəyyən edilməsi və 1/2 hissədə payın dəyərinin Cavabdeh1 alınıb İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə 14.03.2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından 21.12.2009-cu il təvəllüdlü X5 və 12 dekabr 2015-ci il təvəllüdlü Cavabdeh2 adlı uşaqları doğulmuşdur. İddiaçı Cavabdeh1 ilə birgə nikah dövründə olduqları müddətdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 3984 a saylı bağ sahəsini və ünvan 3 ünvanında 0,25015 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2042,9 kv.m olan əmlak kompleksi kimi müəssisə əldə etmişlər. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 3984 a saylı bağ sahəsi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydə alınaraq bu barədə RX seriyalı ******* nömrəli, 13 mart 2013-cü il tarixli çıxarış verilmişdir. Əmlak kompleksi kimi müəssisə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydə alınaraq bu barədə RX seriyalı ******* nömrəli, 27 may 2013-cü il tarixli çıxarış verilmişdir. Bundan əlavə "xxxx" MMC-də əldə olunmuş və Cavabdeh1 həmin cəmiyyətdə 1 payı vardır. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 3984 a saylı bağ sahəsi birgə nikah dövründə əldə olunmasına və iddiaçının həmin əmlaka 1/2 hissədə payı olmasına baxmayaraq Cavabdeh1 iddiaçının ona verdiyi etibarnamədən istifadə edərək iddiaçının əvəzinə notariat kontorunda razılıq ərizəsinə imza edərək həmin bağ sahəsini iddiaçının xəbəri olmadan satmışdır. Əmlak kompleksi kimi müəssisə birgə nikah dövründə əldə olunmasına və iddiaçının həmin əmlaka 1/2 hissədə payının olmasına baxmayaraq Cavabdeh1 onu birgə nikah dövründə əldə edilmiş əmlaklardan məhrum etmək üçün Bakı şəhəri 7 saylı notariat ofisinin xüsusi notariusu Nadir Vədətov tərəfindən təsdiq edilmiş 16 yanvar 2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən əmlakı atası Cavabdeh2 bağışlamışdır. Bundan başqa birgə nikah dövründə “Hyundai Azera” minik markalı, **-UA- *** (sonrakı nömrəsi **-UU-***) dövlət nömrə nişanlı avtomobil, “Vaz 21074” minik markalı, **-LR-*** dövlət nömrə nişanlı avtomobil və “X12” minik markalı, **-UU-*** dövlət nömrə nişanlı avtomobil əldə olunmuşdur. Cavabdeh həmin maşınları iddiaçının xəbəri olmadan alqı-satqı müqaviləsi əsasında başqa şəxslərə satmış və pulu özünə götürmüşdür. Hesab etmişdir ki, həmin əmlaklar birgə nikah dövründə əldə olunduğundan iddiaçının həmin əmlaklar üzərində payı vardır, həmin əmlaklar və avtomobillərin satışından əldə olunmuş pullar tərəflər arasında bölünməlidir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 53 saylı notariat kontorunun xüsusi notariusu Əli Hüseynov tərəfindən təsdiq edilmiş Cavabdeh1 ilə Cavabdeh3 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 3984 a saylı bağ sahəsinə dair 03 iyun 2017-ci il tarixdə bağlanmış 4Ə-731 nömrəli reyestr nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri 7 saylı notariat ofisinin xüsusi notariusu Nadir Vədətov tərəfindən təsdiq edilmiş Cavabdeh1 ilə Cavabdeh2 arasında ünvan 3 ünvanında 0.25015 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2042,9 kv.m olan əmlak kompleksi kimi müəssisəyə dair 16 yanvar 2020-ci il tarixdə bağlanmış 4Ə-17 nömrəli reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 3984 a saylı bağ sahəsinə, ünvan 3 ünvanında 0,25015 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2042,9 kv.m olan əmlak kompleksi kimi müəssisəyə və "xxxx" MMC-də olan 1 paya 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh1 payının müəyyən edilməsi, Cavabdeh1 adına olan bank hesablarında pul vəsaitinə 1/2 hissədə İddiaçı payının müəyyən edilməsi “Hyundai Azera” minik markalı, **-UA-*** (sonrakı nömrəsi **-UU-***) dövlət nömrə nişanlı avtomobil, “Vaz 21074” minik markalı, **-LR-*** dövlət nömrə nişanlı avtomobil və "X12” minik markalı, **-UU-*** dövlət nömrə nişanlı avtomobilin satışından əldə olunmuş pula 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh1 payının müəyyən edilməsi və 1/2 hissədə payın dəyərinin Cavabdeh1 alınıb İddiaçı verilməsi barədə qətnamə qəbul qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X6 iddia tələbini qismən etiraf etməyərk izahatında bildirdi ki, Aysel tərəfindən Əhmədə etibarnamə ona bağ sahəsinin satılması üçün verilmişdir. O bağ evinin satılması borcun ödənilməsi məqsədini daşımışdır.Kompleksin birgə nikaha aidiyyəti yoxdur. Avtomobillər isə birgə nikah dövründə alınsa da elə birgə nikah dövründə də satılmışdır. Hazırda isə heç biri mövcud deyildir. Həmçinin məhkəməyə etiraz təqdim edərək qeyd etmişdir ki, iddia tələbinin Bakı şəhəri 53 saylı notariat kontorunun xüsusi notariusu Əli Hüseynov tərəfindən təsdiq edilmiş Cavabdeh1 oglu ilə Cavabdeh3 arasında Bakı səhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 3984a saylı bag sahəsinə dair 03 iyun 2017-ci il tarixdə bağlanmış 4Ə-731 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması hissəsi ilə bağlı həmin müqavilənin etibarsız hesab olunması üçün heç bir əsasın olmadığını bildirmişdir. Belə ki, qeyd olunan əmlakın satılacağından İddiaçı əvvəlcədən xəbəri olmuşdur. Alqı-satqı müqaviləsi alıcının xahişi ilə şəhərdə bağlanacağından, o, isə ailəilə birlikdə Xəzər rayonu, Şüvəlan qəsəbəsində yaşadığından və övladları azyaşlı olduğu üçün şəhərə gəlməsində çətinliklər yaranacağından İddiaçı alqı-satqı zamanı onun adından əməliyyatları həyata keçirməsi üçün 24.05.2017-ci il tarixində Şüvəlan qəsəbəsində yerləşən 7 saylı notariat kontorunda ona etibarnamə vermişdir. Etibarnamə verilən zaman notarius tərəfindən etibarnamə üzrə verilmiş bütün səlahiyyətlər İddiaçı izah olunmuş, o, da etibarnamə ilə tanış olaraq onu imzalamışdır. Bundan sonra isə 03.06.2017-ci il tarixdə 53 saylı notariat ofisində qeyd olunan əmlakın alqı-satqısı həyata keçirilən zaman o, həyat yoldaşının adından zəruri sənədləri onun verdiyi etibarnamə əsasında imzalamışdır. İddiaçı 24.05.2017-ci il tarixində etibarnamə verən zaman həmin etibarnaməni Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 3984a saylı bağ sahəsinin satılması ilə əlaqədar verdiyini bilirmiş və həmin bağ sahəsi onun razılığı ilə satılmışdır. İddia tələbinin Bakı şəhəri 7 saylı notariat ofisinin xüsusi notariusu Nadir Vədətov tərəfindən təsdiq edilmiş ünvan 4 ünvanında 0.25015 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2042.9 kv.m olan əmlak kompleksi kimi müəssisəyə dair 16 yanvar 2020-ci il tarixdə bağlanmış 4Ə-17 nömrəli reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsi ilə bağlı bildirmişdir ki, qeyd olunan əmlak 10.05.2013-cü il tarixli bağışlama müqaviləsinə əsasən atası, “Orxan” kiçik müəssisənin təsisçi direktoru Cavabdeh2 tərəfindən ona bağışlanılmışdır. AR Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadm hər birinin ayrıca mülkiyyətindədir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən qeyd olunan əmlakı o, hədiyyə şəkilində əvəzsiz əqd üzrə əldə etdiyimdən həmin əmlak birgə mülkiyyət sayılmır. Belə olan halda isə həmin əmlak üzərində sərəncam vermək səlahiyyəti tamamilə ona məxsusdur və o, da həmin əmlakı 16.01.2020-ci il tarixdə atama bağışlamışdır. İddia tələbinin Bakı səhəri, Xəzər rayonu, Süvəlan qəsəbəsi, 3984a saylı bağ sahəsinə və ünvan 5 ünvanında 0,25015 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2042,9 kv.m olan əmlak kompleksi kimi müəssisəyə 1/2 hissədə İddiaçı 1/2 hissədə cavabdeh X2 payının müəyyən edilməsi hissəsi ilə bağlı də bildirmişdir ki, iddia tələbi qeyd olunan əmlakların alqı-satqı və bağışlanması ilə əlaqədar müqavilələrin etibarsız hesab edilməsi hissəsində əsassız olduğundan, həmçinin 3984a saylı bağ sahəsi İddiaçı razılığı ilə satıldığından, əmlak kompleksi isə birgə əmlak hesab olunmadığından tələb bu hissədə də əsassızdır və rədd olunmalıdır. İddia tələbinin “Hyundai Azera” minik markalı, **-UA-*** (sonrakı nömrəsi **-UU-***) dövlət nömrə nişanlı avtomobilin, “Vaz 21074” minik markalı, **-LR-*** dövlət nömrə nişanlı avtomobilin və “X12” minik markalı, **-UU-*** dövlət nömrə nişanlı avtomobilin satışından əldə olunmuş pula 1/2 hissədə İddiaçı, 1/2 hissədə cavabdeh X2 payının müəyyən edilməsi və 1/2 hissədə payın dəyərinin cavabdehdən alınıb İddiaçı qızma verilməsi hissəsi ilə bağlı da bildirmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş BDYPİ-nin məktubuna əlavə olunmuş məlumatdan da məlum olduğu kimi həmin avtomobillər nikah dövründə satılmış, satışdan əldə olunmuş pulun bir hissəsi ailənin ehtiyaclarına, bir hissəsi isə sonrakı avtomobilin alınmasına sərf olunmuşdur. Həmçinin “Vaz 21074” minik markalı, **-LR-*** dövlət nömrə nişanlı avtomobil nikahdan əvvəl alınmışdır və birgə mülkiyyətə daxil olmamışdır. Göstərilənlərə əsasən hesab etmişdir ki, iddia tələbi bu hissədə də rədd olunmalıdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə etməklə uyğun məzmunlu izahat vermiş və əlavə olaraq bildirmişdir ki, ərinə 30 illik etibarnamə verməsini sonradan bilmiş və ləğv etdirmişdir. Avtomobillərin birgə nikah dövründə satılmasından isə xəbərsizdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh3 vəkili və nümayəndəsi iddia müddətinin tətbiqi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı hazırkı iddia ərizəsi ilə 2020-ci ilin oktyabr ayında məhkəməyə müraciət etmişdir. Halbuki, İddiaçı etibarsız hesab edilməsini tələb etdiyi, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin tarixindən də göründüyü kimi həmin müqavilə 03 iyun 2017-cı /7 tarixində bağlanmışdır. Qeyd edilənlərdən bir daha məlum olur ki, iddiaçı 03 iyun 2017-cı il tarixli alqı-satqı müqavilənin etibarsızlığı barədə iddia tələbi ilə məhkəməyə 2020-ci ilin oktyabr ayında, yəni qanunla müəyyən olunmuş 1 illik iddia müddəti keçdikdən sonra müraciət etmişdir. Yəni iddiaçı müqavilənin etibarsız hesab edilməsi ilə bağlı qanunvericiliyin tətbiq etdiyi iddia müddətini ötürmüşdür. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri 7 saylı notariat ofisinə, Bakı şəhəri 53 saylı notariat ofisinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Bakı şəhəri 7 saylı notariat ofisi, Bakı şəhəri 53 saylı notariat ofisi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18.03.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında olan nikahın pozulması qət edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 25.06.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 adına ünvan 6 ünvanda yerləşən qeyri-yaşayış sahəsi 24.01.2007-ci il tarixdə qeydiyyatdan keçmişdir lakin, Yasamal rayon Məhkəməsinin 308/9-12 saylı 21.05.2019-cu il tarixli məktubuna əsasən Cavabdeh1 hüquqları ləğv edilmişdir. Cavabdeh1 adına Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 49a, 7 saylı mənzil 24.08.2007-ci il tarixdə qeydiyyatdan keçmişdir lakin, 9 saylı DNK-nın 19.03.2010-cu il tarixli 4Ə-3-302 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Cavabdeh1 adına ünvan 9 13.08.2013-cü il tarixdə qeydiyyatdan keçmişdir lakin, 53 saylı DNK-nın 03.07.2017-ci il tarixli 4Ə/731 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Cavabdeh1 adına ünvan 3 saylı ünvanda yerləşən əmlak kompleksi kimi müəssisə 23.05.2013-cü il tarixdə qeydiyyatdan keçmişdir lakin, 7 saylı DNK-nın 4Ə/17 reyestr nömrəli 16.01.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Cavabdeh1 adına digər qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquiq şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 17.06.2020-ci il tarixli məktubundan görünür ki, təsisçi kimi Cavabdeh1 adına "xxxx" MMC adlı kommersiya hüquqi şəxs qeydiyyatdan keçmişdir. İş materiallarında olan Baş Dövlət Yol Polisi İdarəsinin 13.06.2020-ci il tarixli məktubundan görünür ki, “Hyundai Azera” minik markalı, **-UA-*** dövlət nömrə nişanlı avtomobil, Cavabdeh1 adına 18.01.2014-cü il tarixdə qeydiyyatdan keçmiş, 07.02.2015-ci il tarixdə qeydiyyatdan çıxmış, “Vaz 21074” minik markalı, **-LR-*** dövlət nömrə nişanlı avtomobil 18.07.2011-ci il tarixdə qeydiyyatdan keçmiş, 08.02.2018-ci il tarixdə qeydiyyatdan çıxmış, "X12” minik markalı, **-UU-*** dövlət nömrə nişanlı 08.07.2016-cı il tarixdə qeydiyyatdan keçmiş, 10.09.2019-cu il tarixdə qeydiyyatdan çıxmışdır. İş materiallarında olan 16.01.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, həmin müqavilə Cavabdeh1 mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 2042.9 kv.m olan əmlak kompleksi müəssisəsinin Cavabdeh2 mülkiyyətinə verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan 03.06.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə Cavabdeh1 mülkiyyətində olan ünvan 9 ünvanda yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə Cavabdeh3 mülkiyyətinə verilməsi haqqında bağlanmışdır. Həmin alqı-satqıya dair materialda olan İddiaçı ərizəsinin surətindən görünür ki, o, ünvan 10 ünvanda yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin satılmasına etiraz etməmişdir. Eyni zamanda həmin materiala əlavə edilmiş etibarnamənin surətindən görünür ki, həmin etibarnamə İddiaçı tərəfindən Cavabdeh1 onun adından sərəncam verilməsi və sairə işlərlə bağlı verilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin 10.09.2019-cu il tarixli müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 Range Rover markalı ** UU *** dövlət qeydiyyat nişanlı avtomobilini Cavabdeh2 satmışdır. İş materiallarında olan nəqliyyat vasitəsinin 19.04.2019-cu il tarixli müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 VAZ 21074 markalı ** LR *** dövlət qeydiyyat nişanlı avtomobilini X1. İş materiallarında olan Baş Dövlət Yol Polisi İdarəsinin 09.04.2021-ci il tarixli məktubundan görünür ki, «HYUNDAİ AZERA» markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamədə müəyyən edilmiş saxlama müddəti bitdiyi üçün onlar müvafiq qaydada məhv edilmişdir. Məhkəmə iddia tələbinin ünvan 3 ünvanında 0.25015 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2042,9 kv.m olan əmlak kompleksi kimi müəssisəyə dair 16 yanvar 2020-ci il tarixdə bağlanmış 4Ə-17 nömrəli reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsinə münasibətdə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, həmin daşınmaz əmlak birgə nikah dövründə Cavabdeh1 mülkiyyətinə keçmiş olsa da, tərəflərin birgə qazancları əsasında əldə edilmiş əmlak olmamaqla Cavabdeh1 bağışlama müqaviləsi əsasında atası tərəfindən bağışlanmış əmlakdır. Belə olan halda həmin əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak kimi qəbul edilməklə həmin əmlakın yenidən Cavabdeh1 tərəfindən atası, digər Cavabdeh2 bağışlanması barədə müqavilənin etibarsılığına dair dəlillər əsassız olmaqla həmin hissədə iddianın təmin edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir İddia tələbinin Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 3984 a saylı bağ sahəsinə dair 03 iyun 2017-ci il tarixdə bağlanmış 4Ə-731 nömrəli reyestr nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab edirlməklə əmlakda iddiaçının ½ payının müəyyən edilməsi hissəsinə münasibətdə də qeyd edir ki, mübahisəli əmlaklar tərəflərin birgə nikah müddətində əldə edildiyindən tərəflərin hər birinin payı bərabər olmuşdur. Lakin iddiaçı Cavabdeh1 etibarnamə verməklə onun adından sərəncam verilməsinə razılıq vermişdir. Məhkəmə iclasında müəyyən edildi ki, mübahisəli əmlaklar iddiaçı Cavabdeh1 mülkiyyətində olmuşdur. İddiaçının ona həmin əmlaklar üzərində sərəncam verilməsinə dair qüvvədə olan etibarnamə verilməsi, əmlakların satılmasına və bağışlanmasına dair yazılı razılığı əsasında reallaşmışdır. Bundan sonra, mübahisəli əmlaklar cavabdehlər Cavabdeh2 və Cavabdeh3 xüsusi mülkiyyəti kimi dövlət reyestrində qeydə alınmışdır. Göründüyü kimi mübahisəli əmklaklara dair bağlanmış alqı-satqı və bağışlanma müqaviləsinin tərəfləri həmin əqdləri öz razılaşdırılmış iradə ifadələri əsasında bağlamışlar, həmin müqavilələr bağlanarkən müqavilələr mübahisə edilməmiş, həmin əqdlər hər-hansı şərtdən aslı edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İşin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan əmlaklara dair əqd bağlanarkən müqavilə tərəfləri səlahiyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuşdur. İddiaçı isə bağlanan əqdlərin növündən və onun hüquqi nəticələrindən məlumatlı olmuşdur. Bununla yanaşı məhkəmə Cavabdeh3 iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsinə münasibətdə qeyd edir ki, ərizədə qeyd edilən hallar iddia müddəti deyil, hüququn həyata keçirilməsi üçün müəyyən edilmiş kəsici müddətdir. Bunun tətbiqi üçün isə cavabdeh tərəfin ərizə verməsi nəzərədə tutulmur. Məhkəmə tərəfindən bu hal müəyyən edildiyi halda tətbiq edilməli olan müddətlərdir. Məhkəmə iddianın Mülki Məcəlllənin 354-cü mddəsində nəzərədə tutulan kəsici müddətində hazırki mübahisəyə tətbiq edilməsini qanuni olduğunu qənaətinə gəlməklə hesab edir ki, qanunvericilikldə qeyd edilən həmin müddət hazırki mübahisəyə tətbiq edilməklə bu əsasla da iddianın təmin edilməsi mümkünsüdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qanunvericilikdə müqavilələrin mübahisələndirilməsi hüququ müddətlə məhdudlaşdırılmışdır. Mülki Məcəllənin 354.2-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər. Qanunun mənasına görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Bunla bağlı məhkəmə hesab edir ki, qeyd edilən müddət hazırki halda iddiaçının müəyyən zaman ərzində öz hüququndan istifadə etməsini, etmədiyi halda isə həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Hazırki halda isə işin müəyyən edilmiş faktiki halları və iş materialları ilə müəyyən edildiyi kimi, iddiaçı tərəfindən bu hüququn həyata keçirilməsini bildiyi vaxtdan, yəni müqavilənin bağlandığından iddia tələbi ilə müraciət edilən günədək qanunla nəzərədə tutulmuş həmin müddət də ötürülmüşdür. Bu baxımdan da iddia tələbi təmin edilə bilməz. Məhkəmə iddia tələbinin “Hyundai Azera” minik markalı, **-UA-*** (sonrakı nömrəsi **-UU-***) dövlət nömrə nişanlı avtomobil, “Vaz 21074” minik markalı, **-LR-*** dövlət nömrə nişanlı avtomobil və "X12” minik markalı, **-UU-*** dövlət nömrə nişanlı avtomobilin satışından əldə olunmuş pula 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh1 payının müəyyən edilməsi və 1/2 hissədə payın dəyərinin Cavabdeh1 alınıb İddiaçı verilməsi barədə hissəsinə qiymət verərək hesab edir ki, bu hissədə də iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, həmin əmlaklar da iddiaçı ilə birgə nikah dövründə satılmışdır. Buna dair iddiaçının hər hansı bir etirazı olmamış və mübahisələndirilməmişdir. Məhkəmə iddia tələbinin Cavabdeh1 adına olan bank hesablarında pul vəsaitinə 1/2 hissədə İddiaçı payının müəyyən edilməsinə dair hissinə münasibətdə qeyd edir ki, iş materialarına əlavə edilmiş sənədlərdən göründüyü kimi birgə nikah dövründə Cavabdeh1 adına olan bank hesablarında hər hansı məbləğin olması müəyyən olunmur. Belə olan halda məhkəmə hesab edir ki, bu hissədə iddia təmin oluna bilməz. Məhkəmə iddia tələbinin "xxxx" MMC-də olan 1 paya 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh1 payının müəyyən edilməsi barədə hissəsinə qiymət verərək hesab edir ki, bu hissədə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materillarında olan Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquiq şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 17.06.2020-ci il tarixli məktubundan görünür ki, təsisçi kimi Cavabdeh1 adına "xxxx" MMC adlı kommersiya hüquqi şəxs qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Ev Eco» MMC-də 1 payın ½ hissəsinə İddiaçı, ½ hissəsinə Cavabdeh1 payları müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. "xxxx" MMC-də 1 payın ½ hissəsinə İddiaçı, ½ hissəsinə Cavabdeh1 payları müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-404/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-404/2021
03.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver