Məhkəmə qərarları › İş №2(003)-4101/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4101/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4101/2021 02.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, 23.01.2020-ci il tarixli müqaviləsinə əsasən, 06.11.2019-cıı it tarixli müqaviləsinə əsasən. İMEİ Kodu **********97074 olan Samsung Galaxy A30s markalı telefon üçün 220 manat ödənilməmiş hissə, 66 manat dəbbə pulu; 23.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********86629 olan X6 8 markah telefon və X4 markalı qulaqlıq üçün 281.6 manat ödənilməmiş hissə, 84 manat dəbbə pulu; 28.02.2020-ci il tarixli müqaviləsinə əsasən. Router modem və Smart Segway üçün 229.7 manat ödənilməmiş hissə, 68.4 manat dəbbə pulu; 31.01.2020-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN markalı mini soba üçün 139.4 manat ödənilməmiş hissə, 40.8 manat dəbbə pulu; 19.06.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********94430 olan X6 9 markalı telefon üçün 674.8 manat ödənilməmiş hissə, 219.6 manat dəbbə pulu; 10.04.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung markalı televizor üçün 413 manat ödənilməmiş hissə, 164.7 manat dəbbə pulu ,ümumilikdə, 2602 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu rüsumunun cavabdehdən alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsinə və müqavilənin ləğvinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və izahatını onunla əsaslandırmışdır ki, cavabdeh “ABC TELECOM"' MMC ilə 06.11.20İ9, 23.12.2019, 28.02.2020, 31.01.2020, 19.06.2020 və 10.04.2020-ci il tarixlərindəki müqavilələrinə əsasən, İMEİ kodları **********97074 olan Samsung Galaxy A30s, **********86629 olan X6 8 və **********94430 olan X6 9 markalı telefonlar, X4 markalı qulaqlıq, Router modem, Smart Segway, HOFFMANN markalı mini soba və Samsung markalı televizor almış və nəticədə 2602 (iki min altı yüz iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 06.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 660 (alt: yüz altmış) manat (12 ay x 55 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********97074 olan Samsung Galaxy A30s markalı telefon üçün ümumilikdə, 286 (ikiyüz səksə altı) manat olmaqla ondan 220 (ikiyüz iyirmi) manat ödənilməmiş hissə, 66 (altmış altı) manat dəbbə pulu;23.12.2019-cıı il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 605.6 (altı yüz beş manat, altmış qəpik; manat (12 ay x 40.3 manat + 122 manat ilkin ödəniş) olan İMEİ Kodu **********86629 olan X6 8 markalı telefon və X4 markalı qulaqlıq üçün ümumilikdə, 365.6 (üç yüz altmış beş manat, altmış qəpik) manat olmaqla ondan 281.6 (ikiyüz səksən bir manat, altmış qəpik) manat ödənilməmiş hissə, 84 (səksən dörd) manat dəbbə pulu; 28.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 460.2 (dörd yüz altmış manat, iyirmi qəpik) manat (6 ay x 76. 7 manat + 0 manat ilkin ödəniş) olan Router modem və Smart Segway üçün ümumilikdə, 298.1 (iki yüz doxsan səkkiz manat, on qəpik) manat olmaqla ondan 229.7 (iki yüz iyirmi doqquz manat, yetmiş qəpik) manat ödənilməmiş lıissə, 68.4 (altmış səkkiz manat, qırx qəpik) manat dəbbə pulu; 31.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 210 (ikiyüz on) manat (12 ay x 17.5 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN markalı mini soba üçün ümumilikdə, 180.2 (yüz səksən manat, iyirmi qəpik) manat olmaqla ondan 139.4 (yüz otuz doqquz manat, qırx qəpik) manat ödənilməmiş hissə, 40.8 (qırx manat, səksən qəpik) manat dəbbə pulu; 19.06.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 736.<9 (yeddi yüz otuz altı manat, səksən qəpik) manat (12 ay x 61.4 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********94430 olan X5 9 markalı telefon üçün ümumilikdə, 894.4 (səkkiz yüz doxsan dörd manat, qırx qəpik) manat olmaqla ondan 674.8 (altı yüz yetmiş dörd manat, səksən qəpik) manat ödənilməmiş hissə, 219.6 (iki yüz on doqquz manat, altmış qəpik) manat dəbbə pulu; 10.04.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 584 (beş yüz səksən dörd) manat (12 ay x 45 manat + 44 manat ilkin ödəniş) olan Samsung markalı televizor üçün ümumilikdə, 577.7 (beş yüz yelmiş yeddi manat, yetmiş qəpik) manat olmaqla ondan 413 (dördyüz on üç) manat ödənilməmiş hissə, 164.7 (yüz altmış dörd manat, yetmiş qəpik) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1298.1 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq, 23.01.2020-ci il tarixli müqaviləsinə əsasən, 06.11.2019-cıı it tarixli müqaviləsinə əsasən. İMEİ Kodu **********97074 olan Samsung Galaxy A30s markalı telefon üçün 220 manat ödənilməmiş hissə, 66 manat dəbbə pulu; 23.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********86629 olan X6 8 markah telefon və X4 markalı qulaqlıq üçün 281.6 manat ödənilməmiş hissə, 84 manat dəbbə pulu; 28.02.2020-ci il tarixli müqaviləsinə əsasən. Router modem və Smart Segway üçün 229.7 manat ödənilməmiş hissə, 68.4 manat dəbbə pulu; 31.01.2020-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN markalı mini soba üçün 139.4 manat ödənilməmiş hissə, 40.8 manat dəbbə pulu; 19.06.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********94430 olan X6 9 markalı telefon üçün 674.8 manat ödənilməmiş hissə, 219.6 manat dəbbə pulu; 10.04.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung markalı televizor üçün 413 manat ödənilməmiş hissə, 164.7 manat dəbbə pulu ,ümumilikdə, 2602 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu rüsumunun cavabdehdən alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsinə və müqavilənin ləğvinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1. maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materiallarında olan, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 06.11.20İ9, 23.12.2019, 28.02.2020, 31.01.2020, 19.06.2020 və 10.04.2020-ci il müqavilələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ kodları **********97074 olan Samsung Galaxy A30s, **********86629 olan X6 8 və **********94430 olan X6 9 markalı telefonlar, X4 markalı qulaqlıq, Router modem, Smart Segway, HOFFMANN markalı mini soba və Samsung markalı televizor götürmüşdür. İş materiallarından görünür ki, Cavabdeh 03.02.2021-ci il tarixli xəbərdarlıq göndərilmiş, borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşin məhkəmə iclasında araşdırılan hallarından və iş materiallarına əlavə edilmiş 17.09.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh tərəfindən müqavilə öhdəlikləri vaxtında və lazımınca yerinə yetirilməmiş və nəticədə 1958.5 manat ödənilməmiş hissə, 643.5 manat dəbbə pulu, ümumilikdə 2602 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 423.2. maddəsinin mahiyyətindən görünür ki, tərəf müqavilənin ləğv edilməsi tələbini məhkəməyə təklifdə göstərilmiş müddətdə irəli sürə bilər. Həmin Məcəllənin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmiş və məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə 1958.5 manat məbləğində ödənilməmiş borcu vardır və cavabdeh həmin borcunu iddiaçıya ödəməlidir. İddia tələbindən, görünür ki, Cavabdeh gün üçün gecikdirilmiş məbləğin 1 %-i miqdarında hesablanmış 643.5 manat dəbbə pulu tələb olunur. Məhkəmə, işin hallarını, eyni zamanda, cavabdehin iddiaçıya olan ödənilməmiş borcunun cəmi 1958.5 manat olmasını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən müqavilələrə əsasən 60 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İş materiallarından görünür ki, iddiaçı cavabdehə qarşı pul tələbinə dair məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq cavabdehə aid edilməli və ondan 25 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə, Cavabdeh 1958.5 manat ödənilməmiş borc, 60 manat dəbbə pulu olmaqla, cəmi 2018.5 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 23 manat pul vəsaiti tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i : İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1958.5 (bir min doqquz yüz əlli səkkiz manat əlli qəpik) manat ödənilməmiş borc, 60 (altmış) manat dəbbə pulu və ödənilmiş dövlət rüsumuna görə 23 (iyirmi üç) manat məbləğində pul vəsaiti alınıb "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar