Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4105/2021 11.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlu, İddiaçı MMC-nin cavabdeh 0 oğluna qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, müəyyən e t d i: İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair kiçik mübahisələr üzrə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, Cavabdeh ilə "xxxx" MMC arasında 12.07.2019-cu il, 10.10.2019-cu il, 10.11.2019-cu il, 18.11.2019-cu il, 31.12.2019-cu il, 06.01.2020-ci il tarixlərdə müqavilələr bağlanmışdır. 12.07.2019-cu il müqaviləyə əsasən o, alqı-satqı qiyməti 380,0 (yəni 20 ay x 19,0 manat + 0 manat ilkin ödəniş) manat olan “Samsung Galaxy A 10” markalı telefon üçün ümumilikdə 286,0 manat olmaqla ondan 260,0 manat ödənilməmiş hissə, 26,0 manat cərimə borcu yaranmışdır. 10.10.2019-cu il müqaviləyə əsasən o, alqı-satqı qiyməti 108,0 (yəni 6 ay x 18,0 manat + 0 manat ilkin ödəniş) manat olan Modem və “Samsung” markalı yaddaş kartı üçün ümumilikdə 58,8 manat olmaqla ondan 53,8 manat ödənilməmiş hissə, 5,0 manat cərimə miqdarında borcu yaranmışdır. 10.11.2019-cu il müqaviləyə əsasən o, alqı-satqı qiyməti 120,0 (yəni 12 ay x 10,0 manat + 0 manat ilkin ödəniş) manat olan “Elari EarDrops” markalı qulaqlıq üçün ümumilikdə 104,7 manat olmaqla ondan 95,7 manat ödənilməmiş hissə, 9,0 manat cərimə miqdarında borcu yaranmışdır. 18.11.2019-cu il müqaviləyə əsasən o, alqı-satqı qiyməti 26,0 (yəni 13 ay x 2,0 manat + 0 manat ilkin ödəniş) manat olan “Headset Ergo” markalı qulaqlıq və “Samsung” markalı qoruyucu üzlük üçün ümumilikdə 24,0 manat olmaqla ondan 22,0 manat ödənilməmiş hissə, 2,0 manat cərimə miqdarında borcu yaranmışdır. 31.12.2019-cu il müqaviləyə əsasən o, alqı-satqı qiyməti 735,8 (yəni 12 ay x 57,4 manat + 47,0 manat ilkin ödəniş) manat olan İMEİ Kodu **********69020 olan “Samsung Galaxy A10” markalı telefon üçün ümumilikdə 752,8 manat olmaqla ondan 684,8 manat ödənilməmiş hissə, 68,0 manat cərimə miqdarında borcu yaranmışdır. 06.01.2020-ci il müqaviləyə əsasən o, alqı-satqı qiyməti 28,8 (yəni 6 ay x 4,8 manat + 0 manat ilkin ödəniş) manat olan “Goodram” markalı yaddaş kartı üçün ümumilikdə 26,8 manat olmaqla ondan 24,8 manat ödənilməmiş hissə, 2,0 manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 257,5 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən İddiaçı MMC-nin xeyrinə Cavabdeh 12.07.2019-cu il müqaviləyə əsasən 260,0 manat ödənilməmiş hissə, 26,0 manat cərimə, 10.10.2019-cu il müqaviləyə əsasən 53,8 manat ödənilməmiş hissə, 5,0 manat cərimə, 10.11.2019-cu il müqaviləyə əsasən 95,7 manat ödənilməmiş hissə, 9,0 manat cərimə, 18.11.2019-cu il müqaviləyə əsasən 22,0 manat ödənilməmiş hissə, 2,0 manat cərimə, 31.12.2019-cu il müqaviləyə əsasən 684,8 manat ödənilməmiş hissə, 68,0 manat cərimə, 06.01.2020-ci il müqaviləyə əsasən 24,8 manat ödənilməmiş hissə, 2,0 manat cərimə olmaqla ümumilikdə 1253,1 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30,0 manat olmaqla, cəmi 1283,1 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasının məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 10.10.2019-cu il tarixli 00970424 saylı müqavilədən aydın olur ki, Modem və “Samsung” markalı yaddaş kartı üçün hər ay nağd qaydada 18,0 manat ödəməklə, 6 ay müddətinə, 108,0 manata, Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş 10.10.2019-cu il tarixli təhvil-təslim aktndan görünür ki, Cavabdeh Modem və “Samsung” markalı yaddaş kartı tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh 10.10.2019cu il tarixli müqavilə üzrə 15.11.2019-cu il tarixdən 15.04.2020-ci il tarixədək İddiaçı MMC–yə hər ay 18,0 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh cəmiyyətə 10.10.2019-cu il tarixli müqaviləyə əsasən 53,8 manat əsas, 5,0 manat dəbbə (cərimə) olmaqla, ümumilikdə 58,8 manat borcu yaranmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 10.11.2019-cu il tarixli 01040082 saylı müqavilədən aydın olur ki, «Elari Eardrops” markalı qulaqlıq üçün hər ay nağd qaydada 10,0 manat ödəməklə, 12 ay müddətinə, 120,0 manata, Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş 10.11.2019-cu il tarixli təhvil-təslim aktndan görünür ki, Cavabdeh «Elari Eardrops” markalı qulaqlığı tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh 10.11.2019cu il tarixli müqavilə üzrə 20.12.2019-cu il tarixdən 20.11.2020-ci il tarixədək İddiaçı MMC–yə hər ay 10,0 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh cəmiyyətə 10.11.2019-cu il tarixli müqavilələrə əsasən 95,7 manat əsas borc, 9,0 manat dəbbə (cərimə) olmaqla, ümumilikdə 104,7 manat borcu yaranmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 18.11.2019-cu il tarixli 01058909 saylı müqavilədən aydın olur ki, “Headset Ergo” markalı qulaqlıq və “Samsung” markalı qoruyucu üzlük üçün hər ay nağd qaydada 2,0 manat ödəməklə, 13 ay müddətinə, 26,0 manata, Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş 18.11.2019-cu il tarixli təhvil-təslim aktndan görünür ki, Cavabdeh “Headset Ergo” markalı qulaqlıq və “Samsung” markalı qoruyucu üzlüyü tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh 18.11.2019cu il tarixli 01058909 saylı müqavilə üzrə 20.12.2019-cu il tarixdən 20.12.2020-ci il tarixədək İddiaçı MMC–yə hər ay 2,0 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh cəmiyyətə 18.11.2019-cu il tarixli 01058909 saylı müqavilələrə əsasən 22,0 manat əsas borc, 2,0 manat dəbbə (cərimə) olmaqla, ümumilikdə 24,0 manat borcu yaranmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 31.12.2019-cu il tarixli 01178813 saylı müqavilədən aydın olur ki, İMEİ Kodu **********69020 olan “Samsung Galaxy A10” markalı telefon üçün hər ay nağd qaydada 2,0 manat ödəməklə, 13 ay müddətinə, 26,0 manata, Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş 31.12.2019-cu il tarixli təhvil-təslim aktndan görünür ki, Cavabdeh İMEİ Kodu **********69020 olan “Samsung Galaxy A10” markalı telefon tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh 31.12.2019cu il tarixli 01178813 saylı müqavilə üzrə 13.02.2019-cu il tarixdən 13.01.2021-ci il tarixədək İddiaçı MMC–yə hər ay 57,4 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh cəmiyyətə 31.12.2019-cu il tarixli 01178813 saylı müqavilələrə əsasən 684,8 manat əsas borc, 68,0 manat dəbbə (cərimə) olmaqla, ümumilikdə 752,8 manat borcu yaranmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12.07.2019-cu il tarixli 00776377 saylı müqavilədən aydın olur ki, “Samsung Galaxy A 10” markalı telefon üçün hər ay nağd qaydada 19,0 manat ödəməklə, 20 ay müddətinə, 380,0 manata, Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş 12.07.2019-cu il tarixli təhvil-təslim aktndan görünür ki, Cavabdeh “Samsung Galaxy A 10” markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh 12.07.2019cu il tarixli 00776377 saylı müqavilə üzrə 13.08.2019-cu il tarixdən 13.03.2021-ci il tarixədək İddiaçı MMC–yə hər ay 19,0 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh cəmiyyətə 12.07.2019-cu il tarixli 00776377 saylı müqavilələrə əsasən 260,0 manat əsas borc, 26,0 manat dəbbə (cərimə) olmaqla, ümumilikdə 286,0 manat borcu yaranmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 06.01.2020-ci il tarixli 20015710 saylı müqavilədən aydın olur ki, “Goodram” markalı yaddaş kart üçün hər ay nağd qaydada 4,8 manat ödəməklə, 6 ay müddətinə, 28,8 manata, Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş 06.01.2020-ci il tarixli təhvil-təslim aktndan görünür ki, Cavabdeh “Goodram” markalı yaddaş kartı tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh 06.01.2020ci il tarixli 20015710 saylı müqavilə üzrə 15.02.2020-ci il tarixdən 15.07.2020-ci il tarixədək İddiaçı MMC–yə hər ay 4,8 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh cəmiyyətə 06.01.2020-ci il tarixli 20015710 saylı müqavilələrə əsasən 24,8 manat əsas borc, 2,0 manat dəbbə (cərimə) olmaqla, ümumilikdə 26,8 manat borcu yaranmışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqlardan görünür ki, cavabdehə borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, Cavabdeh İddiaçı MMC ilə aralarında 12.07.2019-cu il müqaviləyə əsasən alqı-satqı qiyməti 380,0 manat olan “Samsung Galaxy A 10” markalı telefonu ayda 19,0 manat ödəmək şərti ilə 20 ay müddətinə, 10.10.2019-cu il müqaviləyə əsasən alqı-satqı qiyməti 108,0 manat olan Modem və “Samsung” markalı yaddaş kartı ayda 18,0 manat ödəmək şərti ilə 6 ay müddətinə, 10.11.2019-cu il müqaviləyə əsasən alqı-satqı qiyməti 120,0 manat olan “Elari EarDrops” markalı qulaqlığı ayda 10,0 manat ödəmək şərti ilə 12 ay müddətinə, 18.11.2019-cu il müqaviləyə əsasən alqı-satqı qiyməti 26,0 manat olan “Headset Ergo” markalı qulaqlıq və “Samsung” markalı qoruyucu üzlüyü ayda 2,0 manat ödəmək şərti ilə 13 ay müddətinə, 31.12.2019-cu il müqaviləyə əsasən alqı-satqı qiyməti 735,8 manat olan İMEİ Kodu **********69020 olan “Samsung Galaxy A10” markalı telefonu ayda 57,4 manat ödəmək şərti ilə 12 ay müddətinə, 06.01.2020-ci il müqaviləyə əsasən alqı-satqı qiyməti 28,8 manat olan “Goodram” markalı yaddaş kartı ayda 4,8 manat ödəmək şərti ilə 6 ay müddətinə ödəmək şərti ilə almışdır. Cavabdeh müqavilələr üzrə ümumilikdə 257,5 manat ödəniş etmişdir. O, müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuşdur ki, nəticədə cavabdehin borcu yaranmışdır. İş üzrə İddiaçı MMC həmin telefon və aksesuaru Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilələr üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1241-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 428.4-cü maddəsinin tələbindən görünür ki, öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verilə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Göstərilən Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 30,0 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı MMC-nin xeyrinə Cavabdeh 12.07.2019-cu il tarixli müqavilə üzrə 260,0 manat əsas, 26,0 manat cərimə borcu, 10.10.2019-cu il tarixli müqavilə üzrə 53,8 manat əsas, 5,0 manat cərimə borcu, 10.11.2019-cu il tarixli müqavilə üzrə 95,7 manat əsas, 9,0 manat cərimə borcu, 18.11.2019 il tarixli müqavilə üzrə 22,0 manat əsas, 2,0 manat cərimə borcu, 31.12.2019-cu il tarixli müqavilə üzrə 684,8 manat əsas, 68,0 manat cərimə borcu, 06.01.2020-ci il tarixli müqavilə üzrə 24,8 manat əsas, 2,0 manat cərimə borcu olmaqla, cəmi 1253,1 manat məbləğində pul vəsaiti və ödənilmiş 30,0 manat dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 2629,0, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. İddiaçı MMC-nin xeyrinə Cavabdeh 12.07.2019-cu il tarixli müqavilə üzrə 260,0 manat əsas, 26,0 manat cərimə borcu, 10.10.2019-cu il tarixli müqavilə üzrə 53,8 manat əsas, 5,0 manat cərimə borcu, 10.11.2019-cu il tarixli müqavilə üzrə 95,7 manat əsas, 9,0 manat cərimə borcu, 18.11.2019 il tarixli müqavilə üzrə 22,0 manat əsas, 2,0 manat cərimə borcu, 31.12.2019-cu il tarixli müqavilə üzrə 684,8 manat əsas, 68,0 manat cərimə borcu, 06.01.2020-ci il tarixli müqavilə üzrə 24,8 manat əsas, 2,0 manat cərimə borcu olmaqla, cəmi 1253,1 (bir min iki yüz əlli üç manat, bir qəpik) manat məbləğində pul vəsaiti və 30,0 manat dövlət rüsumu tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-4105/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4105/2021
11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver