Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-414/2024 28.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmova Şeyda Ədalət qızının sədrliyi, Xudiyeva Ayşən Əmir qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və qəyyum təyin edilməsi” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını cəlb etməklə ərizə ilə məhkəməyə müraciət edərək, 31 yanvar 1961-ci il tarixdə Bakı şəhərində anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və onun üzərində qəyyum Ərizəçi təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin bacısı – 31 yanvar 1961-ci il təvəllüdlü X5 psixi pozuntuya görə anadan gəlmə əlilldir. Hal-hazırda bacısının 6* yaşı var. X5 anadan gəlmə psixi cəhətdən fəaliyyət qabiliyyəti olmadığı üçün, üzərində qəyyum təyin edilməsinə ehtiyacı var. X3 şəxsiyyət vəsiqəsində Bakı şəhəri Zirə qəsəbəsi Ağamalı oğlu küçəsi, ev ** ünvanında qeydiyyatda olması göstərilsə də faktiki olaraq onun ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Babayeva Sevda ağıl zəifliyindən öz hərəkətlərinin mənasını başa düşmür və hərəkətlərini idarə edə bilmir. Bakı şəhəri Xəzər rayn Məhkəməsinin *3 noyabr *0*3-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə psixiаtriyа ekspertizаsı təyin edilmiş və ekspert rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icrааt dаyаndırılmış, məhkəmənin 08 fevral *0*4-cü il tarixli qərardadı ilə icraatın dayandırılmasına səbəb olmuş hal aradan qalxdığı üçün iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi “tələbin azaldılması” barədə ərizə təqdim edərək, 31 yanvar 1961-ci il tarixdə Bakı şəhərində anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi, izahatında həmçinin bildirdi ki, bacısı *-ci qrup əlildir, yeriyə bilmir xəstəliyi isə anadan gəlmə ruhi xəstəlikdir. Məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxs Xəzər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, ərizəçi ilk öncə - 31 yanvar 1961-ci il tarixdə Bakı şəhərində anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və onun üzərində qəyyum Ərizəçi təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, sonradan “tələbin azaldılması” barədə ərizə təqdim edərək, 31 yanvar 1961-ci il tarixdə Bakı şəhərində anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə qeyd olunan normanın tələblərini nəzərə alaraq hesab edir ki, hazırki ərizəyə - 31 yanvar 1961-ci il tarixdə Bakı şəhərində anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi həddində baxılmalıdır. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməldir. Belə ki, iş materiallarından görünür ki, X5 31 yanvar 1961-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan ambulator, stasionar xəstənin xəstəlik tarixindən çıxarışdan görünür ki, X5 ətrafdakılara qarşı çox aqressivdir, əsbləşdikdə əlinə keçən hər şeyə zərər verir. Sistemlər üzrə müayinədə ciddi patologiya müəyyən olunmamışdır. Xəstəyə psixiatrin müayinəsi və müalicəsi məsləhət görülmüşdür. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi fəaliyyət qabiliyyətsizliyi mübahisələndirilən 31 yanvar 1961-ci il təvəllüdlü X3 qardaşıdır. X5 Bakı şəhəri Zirə qəsəbəsi Ağamalı oğlu küçəsi, ev ** ünvanında qeydiyyatda olsa da hazırda ərizəçinin ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayır. X3 psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan məhkəmə onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Hüquqi Şəxsinin eksperti tərəfindən aparılmış ambulator məhkəmə psixiatrik ekspertizasının 1* yanvar *0*4-cü il tarixli, 46 nömrəli rəyindən görünür ki, X1 debillik dərəcəsində oliqofreniya, davranış pozuntuları ilə müəyyən edilir. X* hazırki psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik deyil. Buna görə də X5 fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X5 onda müəyyən edilən kəskin debillik dərəcəsində oligofreniya, davranış pozuntuları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə iddia tələbinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin *8.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər, fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 317.*-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 318.*-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 3*0.*-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabilyyəti olmayan şəxs hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Həmin Məcəllənin 3*1.*-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. İşin həqiqi halları ilə müəyyən edilir ki, psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmayan X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş onun qardaşının ərizəsi üzrə qaldırılmış və fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxsin psixi vəziyyətini müəyyən etmək üçün keçirilmiş psixiatrik ekspertiza nəticəsində fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilməsi üçün əsaslar olduğuna dair müvafiq rəy verilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, hazırki halda şəxsin fəaliyyət qabiliyyətinin olubolmamasının müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, hazırki ekspert rəyi əsas götürülməlidir. Eyni zamanda qeyd edilməlidir ki, ekspert rəyinin mötəbərliyini şübhə altına alan hər hansı hal aşkar edilməmişdir ki, bu da həmin rəyin sübut kimi qəbul edilməməsini istisna edir. Belə olan halda məhkəmə hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.*-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin *06.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Həmin Məcəllənin *17.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin *17.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 31 yanvar 1961-ci il tarixdə Bakı şəhərində anadan olmuş, hazırda Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Ağamalı oğlu küçəsi ev ** ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *16-**0-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 31 yanvar 1961-ci il tarixdə Bakı şəhərində anadan olmuş, hazırda Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Ağamalı oğlu küçəsi ev ** ünvanında qeydiyyatda olmaqla ünvan 4 ünvanında yaşayan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(003)-414/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-414/2024
28.03.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver