Məhkəmə qərarları › İş №2(003)-4147/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4147/2025

19.12.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4147/2025 19.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, İlkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar X9, X10 və cavabdehlərin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı 07 saylı Notariat Ofisinə qarşı və “vərəsəlik payının müəyyən edilməsi” tələbinə dair iddiasına; X9, X10 İddiaçı 07 saylı Notariat Ofisinə qarşı “vərəsəlik payının müəyyən edilməsi” barədə qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi, İşin halları İddiaçı 07 saylı Notariat Ofisinə qarşı “vərəsəlik payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək ünvan 2 (Yeni qaydalarla: 1041, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 fərdi yaşayış evi (Yeni qaydalarla: 1041, ünvan 1 xüsusi mülkiyyət əsasında xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışla onun adıma rəsmiləşmişdir. Məhkəmə qətnaməsinə əsasən Bakı şəhəri 7 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə reyestrdə 2V-40* sayla qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş və onun əsasında verilmiş xx.xx.2021-ci il tarixli çıxarış ləğv edilmişdir. Daha sonra qətnamə üzrə icra vərəqəsi icra olunması üçün aidiyyəti orqanlara göndərilmişdir. ünvan 2 alqı-satqı müqaviləsi ilə dəyəri ödənilməklə mərhumun arvadı X27 ilə nikah dövründə əldə olunmuş və sonuncu evi oğlu iş üzrə cavabdeh İddiaçı vəsiyyət etmişdir. Təqdim edilən sənədlərdən də göründüyü kimi, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindən əldə olunmuş məlumatlara əsasən miras qoyanın vərəsələri arvadı X34, övladları İddiaçı, X18, X28, X13, X19, X14, X*, X20, X6 olmuşlar. X3 xx.xx.1982-ci il tarixdə Bakı şəhəri 07 saylı dövlət notariat ofisində təsdiq edilmiş vəsiyyətnaməyə əsasən ünvan 2 fərdi yaşayış evi ona vəsiyyət etmişdir. Cavabdeh Bakı şəhəri 07 saylı Notariat ofisinin 18 iyul 202*-ci il tarixli müraciətə cavabından göründüyü kimi ər-arvadın hər ikisi vəfat etdiyindən o cümlədən vərəslər arasında payların müəyyən edilməsi ilə bağlı mübahisə olduğundan müraciətin təmin edilməsindən imtina edilmişdir. Bundan başqa izah edilmişdir ki, ər-arvadın əmlak üzərində paylarının, mirasın qəbul edilməsi faktının, vərəsələrin dairəsinin və paylarının müəyyən edilməsi məqsədilə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. Miras əmlakın rəsmi olaraq Notariat ofisinə müraciət etməklə qəbulu zamanı X1 sağ qalan övladları vərəsəlik işinə cəlb edilmişdir. Belə ki, X21 xx.xx.2019-cu il tarixdə ərizə ilə müraciət edərək miras əmlakı qəbul etmədiyini, əmlaka dair iddiasının olmadığını bildirmişdir. xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən göründüyü kimi digər sağ qalan iki övladı da notariat ofisi tərəfindən dəvət olunmuş, ünvan 2 miras əmlak üzrə ½ hissə cavabdeh İddiaçı, ½ hissə isə X11 payı olmuşdur. Lakin sonuncu xx.xx.2021-ci il tarixdə vəfat etdiyindən miras qoyanın nəvəsi X29 ½ hissədə pay almalı olduğu bildirilmişdir. (irsi transmissiya halı) Daha sonra xx.xx.2021-ci il tarixdə cavabdehlər X29 ilə İddiaçı arasında ünvan 2-ə dair miras əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. Hesab edir ki, 11/20 hissədə anasının payı, atadan qalan hissə 1/20, beləliklə cəm halında 12/20 hissədə payı mövcuddur. Daha sonra ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə müraciət edərək ünvan 2 (Yeni qaydalarla: 1041, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən payın müəyyən edilməsi və mirasın qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında ilkin iddianı müdafiə edərək təmin olunmasını, qarşılıqlı iddianın isə ilkin iddiaçının payına aid olmayan hissədə yəni cavabdehlərin hər birinin 1/20 –də hissədə təmin olunmasına etiraz etmədiyini bildirdi. X30 və X29 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların ümumi sahəsi 147.70 kv.m olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və 0.037*20 ha torpaq sahəsindən hər biri üçün 1/9 hissədə paylarının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbini onunla əsaslandırılmışlar ki, onlar miras qoyanın nəvələridir və hesab edirlər ki, onların da iş üzrə iddia tələbi mövcud olduğundan müstəqil tələb irəli sürən üçüncü şəxslər kimi işə cəlb olunmalıdırlar. Həmçinin ümumi sahəsi 147.70 kv.m olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi, həmçinin 0.037*20 ha torpaq sahəsi baba – X4 miras qalmış və o, xx.xx.1980-ci ildə vəfat etmişdir. X3* Qurban, Sabir, Salman (Sevilin atası), Süleyman, Rəhman, Şahnisə, Zeynəb, Sona (Pərvanənin anası) və Azada adlı uşaqları olmuşdur. X28 xx.xx.2021-ci il tarixdə ölmüşdür və nəticədə İddiaçı və Sona Qulamovanın ölümü ilə irsi transmissiya əldə edən X29 miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Həmin şəhadətnamə qanunvericiliyin tələbləri pozulmaqla, yəni digər vərəsələrə məlumat verilməməklə əldə olunduğuna görə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3692/2024 saylı, 2*.06.2024-cü il tarixli qətnaməsi ilə etibarsız hesab olunmuşdur. Belə ki, həmin miras əmlak X30 və X10 istifadəsində olmaqla həmin ünvanda yaşayırlar. Bundan başqa, miras qoyanın 9 vərəsəsi olmuşdur. Ona görə də hesab edirik ki, ümumi sahəsi 147.70 kv.m olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və həmçinin 0.037*20 ha torpaq sahəsi 1/9 hissədə bölünməklə vərəsə payları müəyyən olunmalıdır. Belə ki, həmin miras əmlak X30 və X10 istifadəsində olmaqla həmin ünvanda yaşayırlar. Bundan başqa, miras qoyanın 9 vərəsəsi olmuşdur. Ona görə də hesab edirlər ki, ümumi sahəsi 147.70 kv.m olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və həmçinin 0.037*20 ha torpaq sahəsi 1/9 hissədə bölünməklə vərəsə payları müəyyən olunmalıdır. İlkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar X9, X10 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında qarşılıqlı iddianı müdafiə edərək təmin olunmasını, ilkin iddianın isə vərəsə payının 1/9 hissədə təmin olunmasına etiraz etmədiyini bildirdi. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Tərəflərin ataları rəhmətə gekdikdən sonra uşaqların çoxu həmin evdə böyüyüb, ordan evlənib ailə qurublar, yəni mirası hər biri faktiki qəbul edib. Həmçinin bildirdi ki, evin bir hissəsini o təmir etmiş və evə dair telefon, qaz, işıq onun adına rəsmiləşmişdir. Ona görə də iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İlkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar X30 və X29 bildirdilər ki, hər ikisi mübahisəli evdə yaşayırlar. Ev və torpaq sahəsini babaları nənələri ilə nikahda olduqları dövrdə almışlar. X36 öldükdən sonra nənələri Durna ölən günə qədər mübahisəli evdə yaşamışdır. Ona görə də iddialarının təmin edilməsini xahiş etdilər. Cavabdeh 07 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 18*-cı maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş sənədlər doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.19*0-ci il təvəllüdlü İddiaçı atası X22, anası isə X23r. ölüm haqqında şəhadətnamədən nin surətindən görünür ki, X24 xx.xx.1980-ci il tarixdə Bakı şəhərində ölmüşdür. ölüm haqqında şəhadətnamədən surətindən görünür ki, X34 XX.XX.1992-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Evlənmə haqqında şəhadətnamənin sürətindən görünür ki, X2* ilə X34 1926-cı ildən nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1971-ci il tarixdə 391 nömrə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 fərdi yaşayış evi (Yeni qaydalarla: 1041, ünvan 1 xüsusi mülkiyyət əsasında xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışla İddiaçı adına rəsmiləşmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3692/2024 saylı, 2*.06.2024-cü il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri 7 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə reyestrdə 2V-40* sayla qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi və onun əsasında İddiaçı verilmiş xx.xx.2021-ci il tarixli çıxarış (dövlət qeydiyyatı) ləğv edilməsi qət edilmişdir. Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun sürətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin sahibi X43 (X47) oğludur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 07 saylı notariat ofisinin 18.07.202*-ci il tarixli *62 saylı məktubunun sürətindən görünür ki, ər-arvadın hər ikisi vəfat etdiyindən o cümlədən vərəslər arasında payların müəyyən edilməsi ilə bağlı mübahisə olduğundan müraciətin təmin edilməsindən imtina edilmişdir. Ər-arvadın əmlak üzərində paylarının, mirasın qəbul edilməsi faktının, vərəsələrin dairəsinin və paylarının müəyyən edilməsi məqsədilə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. xx.xx.1982-ci il tarixli vəsiyyətnamənin sürətindən görünür ki, X34 ona məxsus ünvan 2 ünvanında yerləşən evi oğlu İddiaçı vəsiyyət etmişdir. 20.04.19**-ci il tarixli müqavilənin sürətindən görünür ki, satıcı X31 Bakı şəhəri Buzovna qəsəbəsində 360 kvm torpaq sahəsində 41 kv.m də fərdi yaşayış evini X12 7000 (yeddi min) rubla satmışdır. “Abonentin Saldosu”ndan və hesabdan çıxarışdan görünür ki, ünvan 2 üzrə **********00010 saylı abobent kodu üzrə 1*.08.2019-cu il tarixdə quraşdırlmış qaz sayğacının işlənməsi cavabdeh İddiaçı adına rəsmiləşmişdir. "xxxx" ASC-nin Abunə haqqında sənəddən görünür ki, ünvan 2 üzrə **********20001 kod üzrə işıq istifadə cavabdeh İddiaçı adına rəsmiləşmişdir. Bakı Telefon Rabitəsi MMC 0* saylı Rabitə Xidmətləri Mərkəzinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, ünvan 2 ünvanında yaşayan İddiaçı ondan ötrü ki, o, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 0* saylı Rabitə Xidmətləri Mərkəzində 012-4*3-28-67 saylı telefonun abunəçisi olub. 19.12.202*-ci il tarixli X8 ərizəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və 0.037*20 ha torpaq sahəsindən payına düşən hissədən X9 xeyrinə imtina edir, həmin əmlka dair tələbi olmayacaqdır. 19.12.202*-ci il tarixli X26 ərizəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və 0.037*20 ha torpaq sahəsindən payına düşən hissədən X9 xeyrinə imtina edir, həmin əmlka dair tələbi olmayacaqdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (2000-ci ilin sentyabrın 1-nə kimi qüvvədə olan) (bundan sonra - əvvəlki MM) Maddə *27. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. Maddə *28. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Maddə *29. Vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. Maddə *32. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. . Maddə *33. Birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onu həm ata, həm ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi olurlar. Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana qədər ölərsə, qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına verilir. Maddə *38. Miras qoyanın həddi-büluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsinde olanlar, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın) üçdə iki hissədən az olmayan hissəsini alırlar. Maddə **2. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Maddə **3. Mirasın qəbul edilməsi üçün bu Məcəllənin **2-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də, miras qəbul oluna bilər. Bu hallarda, mirası qəbul etmək müddətini keçirmiş vərəsəyə, yalnız ona çatası, digər vərəsələr tərəfindən qəbul olunmuş və ya dövlətə verilib eyni ilə saxlanmış olan əmlak, habelə ona çatası əmlakın qalan hissəsinin satışından hasil olan pul vəsaitləri verilir. Maddə *61. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr, vərəsəlik açılan yerin notariat kontorundan onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər. Miras əmlakı dövlətə keçdikdə də vərəsəlik hüququ haqqında şəhadətnamə həmin qaydada verilir. Maddə *62. Vərəsələrə miras hüququ haqqında şəhadətnamə, vərəsəlik açıldığı gündən altı ay keçdikdən sonra verilir. Notariat kontorunda şəhadətnamə istəyən şəxslərdən başqa, digər vərəsələrin olmaması barədə məlumat olduqda, qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı, miras hüququ haqqında vətəndaşa şəhadətnamə vərəsəlik açıldığı gündən altı ay keçənə qədər verilə bilər. Dövlətin miras hüququ haqqında şəhadətnamə bütün hallarda vərəsəlik açıldığı gündən altı aydan tez verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia təmin, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, mərhum X24 xx.xx.1980-ci il tarixdə vəfat etmişdir. Mərhumun həyat yoldaşı X34 isə XX.XX.1992-ci ildə dünyasını dəyişmişdir. Tərəflərdən İddiaçı mərhumların oğlu, X30 və X29 mərhumların nəvələri olmaqla qanuni vərəsələridirlər. Mübahisə ondan ibarətdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3692/2024 saylı, 2*.06.2024-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri 7 saylı notariat ofisində xx.xx.2021ci il tarixdə reyestrdə 2V-40* sayla qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş və onun əsasında İddiaçı verilmiş xx.xx.2021-ci il tarixli çıxarış (dövlət qeydiyyatı) ləğv edilmişdir. Tərəflər hazırda miras əmlakda paylarının müəyyən olunması ilə bağlı məhkəməyə müraciət etmişlər. İlkin iddiaçı payının 12/20 hissədə olduğunu, qarşılıqlı iddiaçılar isə tərəflərin hər birinin paylarının 1/9 olduğunu iddia edirlər. Məhkəmə mülki işin qeyd edilən halının hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat bir tərəfdən miras qoymağı, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin (2000-ci ilin sentyabrın 1-nə kimi qüvvədə olan) (bundan sonra - əvvəlki MM) *27-ci maddəsinə əsasən Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Məhkəmə hesab edir ki, mübahisəli hüquq münasibəti 1980-ci ildən yarandığından hazırkı mübahisəyə 2000-ci ilin sentyabrın 1-nə kimi qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq olunmalıdır. Göründüyü kimi, iddiaçıların atası X7 mülkiyyətində ünvan 2 olması, həmin əmlakın birgə nikah dövründə dəyəri ödənilməklə aqlı-satqı müqavilə əsasənda alınması, X7 xx.xx.1980-ci il tarixdə vəfat etmələri və həmin vaxtdan həmin şəxsin mirasının açıldığı işin mübahisə edilməyən faktiki hallarıdır. X3 XX.XX.1992-ci il tarixdə vəfat etmiş, o, ölməmişdən əvvəl, yəni xx.xx.1982-ci ildə mübahisəli əmlakı oğlu İddiaçı vəsiyyət etmişdir. Hazırda formalaşmış məhkəmə praktikasına əsasən vərəsə mirasdan imtina etməmişdirsə, o, mirası qəbul etmiş sayılır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, Mülki Məcəllənin vərəsəlik hüquq münasibətlərini tənzimləyən normalarına istinad olunması, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarının hazırkı mühabisəyə şamil olunması əsaslı deyil. Mülki iş materialları ilə miras qoyan X7 xx.xx.1980-ci ildə, arvadı X1* XX.XX.1992-ci ildə ölməsi sübuta yetirilir. Yəni onun ölümü ilə miras açılmış və həmin anlardan sonra miras əmlak üzrə müəyyən şəxslər-vərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) subyektiv vərəsəlik hüququnu həyata keçirmək və miras əmlakı əldə etmək imkanı qazanmışdır. İddia tələblərinin məhkəmədə araşdırılması zamanı həmçinin miras qoyan tərəfindən vəsiyyətnamə tərtib edilməsi müəyyən edilmişdir. Belə olan halda isə vərəsəliyin qanunla müəyyən edilmiş əsası ilə yanaşı vəsiyyətnamə ilə əsası da tətbiq edilir. Qanunvericiliyin sadalanan tələblərini iş materialları ilə əlaqələndirən məhkəmə bildirir ki, X24 xx.xx.1980-ci ildə öldüyü zaman sağ olan arvadı və övladları onun qanun üzrə vərəsəsi sayılır və onun vəfat etdiyi anda ilkin iddia üzrə iddiaçı həmin mənzildə yaşamaqla miras əmlakı faktiki qəbul edərək sahiblənmişlər. Həmçinin mübahisəli əmlak tərəflərin birgə nikah dövründə əvəzli qaydada əldə edildiyindən arvadın miras əmlakda ½ hissədə payı olmuşdur və o, vəsiyyətnamə tərtib etmişdir. Məhkəmə iclasında müəyyən olunmuş mübahisəsiz hal ondan ibarətdir ki, X24 ilə X1* birgə nikahdan doqquz övladları olmuş, miras qoyan öldüyü məqamda onun doqquz övladı və arvadı sağ olmuşdur. Birgə nikah dövründə əvəzli şəkildə əldə olunan əmlak olduğundan arvadın mirasda payı özünə aid olan ½ hissədən əlavə, ərindən qalan 1/10 hissədə də olmuşdur. Belə olan halda X1* payı 11/20 olmuş, qalan vərəsələrin mirasda payı isə 1/20 hissədə olmuşdur. X34 vəsiyyətnamə ilə əmlakı oğlu İddiaçı vəsiyyət etdiyindən və mirasdakı məcburi pay halı olmadığından (maddə *38 Miras qoyanın həddi-büluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsinde olanlar, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın) üçdə iki hissədən az olmayan hissəsini alırlar ) sonuncunun payı 12/20 hissədədədir. Göründüyü kimi əvvəlki Mülki Məcəllə mirasda məcburi payın əmələ gəlməsini xüsusi hallarla şərtləndirmişdir. Məhkəmə iclasında İlkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar məcburi payın əldə olunması üçün yuxarıda göstərən hallara dair dəlillərini irəli sürməmişlər. Ona görə də İlkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçıların məcburi paya hüquqları yaranmadığından onların hər birinin 1/20 hissədə payları mövcud olacaqdır. Həmçinin məhkəmə iclasında tərəflər vəsiyyətnamənin hüquqi qüvvəsini də mübahisələndirməmişlər. Mülki Məcəllənin yuxarıda qeyd edilən normaları özündə miras əmlakın tamlığı, bütövlüyü prinsipini ehtiva edir. Miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, fiziki şəxsin ölməsi vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olur. Bu münasibətlər isə öz növbəsində subyektiv vərəsəlik hüququnu müəyyənləşdirir. Yəni vərəsəlik münasibətlərində iştirak edən şəxs subyektiv vərəsəlik hüququ əldə edir. Bu hüququ əldə edən şəxs isə vərəsəliyə çağırılmış olur. Vərəsəliyə çağırılmaq isə özündə həmin şəxsin vərəsələr dairəsinə daxil olmasını ifadə edir, yəni şəxs mümkün vərəsə sayılır. Mümkün vərəsə dedikdə mirası əldə etmək hüququ və ya imkanı olan şəxs başa düşülür. X1 xx.xx.1980-ci ildə ölümü ilə onun arvadı və övladları vərəsəliyə çağırılmış və ya mümkün vərəsə hesab edilmişdirlər. Qanunvericiliyin tələbinə görə isə mirasın açılması, şəxsin subyektiv vərəsəlik hüququ əldə etməsi, onun vərəsəliyə çağırılması miras əmlakı əldə etməyə kifayət etmir. Qeyd edilənlər şəxsə yalnız miras əmlakı əldə etmək şansı verir. Həmin şəxs o halda miras əmlakı əldə edilə bilər ki, miras əmlakın əldə edilməsinə öz razılığını ifadə etsin. Yəni mirasın qəbulu şəxsin iradəsindən asılı olduğuna görə o hüquqi hərəkət sayılır. Bu fakt nəticəsində, yəni öz razılığını ifadə etməklə şəxs subyektiv vərəsəlik hüququ həyata keçirmiş olur ki, bu hüquqi addımdan sonra o həqiqi vərəsə (mirası qəbul etmiş mümkün vərəsə) statusunu əldə edir. Əvvəlki Mülki Məcəlləsinin *30-ci maddəsinə (2000-ci ilin sentyabrın 1-nə kimi qüvvədə olan) əsasən, aşağıdakılar vərəsə ola bilərlər: qanun üzrə vərəsəlikdə — miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar; vəsiyyət üzrə vərəsəlikdə — miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyanın sağlığında ana bətnində olan və onun ölümündən sonra doğulanlar. Konstitusiya Məhkəməsinin 21 iyun 2024-cu il tarixli Plenum Qərarından aydın olur ki, məcburi payı tələb etmək hüququna iddia müddəti şamil edilmir və onun qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir. Qərarda həmcinin qeyd olunur ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilir. Məhkəmə qeyd edir ki, tərəflər mübahisəli əmlakı idarə etməklə mirası faktiki qəbul etmişdir. Belə ki, onlar mübahisəli miras əmlak faktiki olaraq qəbul etməklə davamlı olaraq həmin əmlakda yaşamaqla təsərrüfat aparmışdır. Əvvəlki Mülki Məcəlləsinin **2-ci maddəsinə (2000-ci ilin sentyabrın 1-nə kimi qüvvədə olan) əsasən Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Yenə əvvəlki Mülki Məcəlləsinin *32-ci maddəsinə (2000-ci ilin sentyabrın 1-nə kimi qüvvədə olan) əsasən, qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Yenə əvvəlki Mülki Məcəlləsinin *38-ci maddəsinə (2000-ci ilin sentyabrın 1-nə kimi qüvvədə olan) əsasən Miras qoyanın həddi-büluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsinde olanlar, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın) üçdə iki hissədən az olmayan hissəsini alırlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 99-cu bəndinə görə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: -vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd;-mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; -mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; -miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Məhkəmə hesab edi ki iddiaçı mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etməsə də mübahisəli əmlakı faktiki qəbul etmiş olsaydı həmin əmlakdan pay almaq hüququ olardı. Belə ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). xx.xx.1982-ci il tarixli vəsiyyətnamənin sürətindən görünür ki, X34 ona məxsus ünvan 2 ünvanında yerləşən evi oğlu İddiaçı vəsiyyət etmişdir. Bununla bağlı məhkəmə bildirir ki, vəsiyyətnamə düzgün tərtib edilmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və həmin sahədə inşa edilmiş fərdi yaşayış evi birgə nikah dövründə dəyəri ödənilməklə əldə edilmiş, miras açıldığı vaxt — yəni X7 vəfatı anında — miras pay onun qanuni vərəsələrinə, yəni arvadına 11/20 hissədə və övladlarının hər birinə isə 1/9 hissədə keçmişdir. Belə olan halda X34 – öz mülkiyyətində olan paya dair (yəni miras kütləsindəki 11/20 hissəyə) ünvan 2 ünvanında yerləşən yaşayış evini və torpaq sahəsini oğlu İddiaçı vəsiyyət etmək hüququ vardır. Bu baxımdan, vəsiyyətnamə digər vərəsələrin pay hüquqlarını istisna etmir. Beləliklə də, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X1 birinci növbə üzrə vərəsələri – övladları və nəvələridir (irsi transmisiya ilə) və onların hər biri pay hüququna malikdir. İlkin iddia tələbi üzrə miras əmlak – ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 147.70 kv.m olan fərdi yaşayış evi və 0.037*20 ha torpaq sahəsindən İddiaçı 12/20 hissədə payı və mirasın qəbul etməsi faktı müəyyən olunmalıdır; Qarşılıqlı iddia tələbi üzrə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 147.70 kv.m olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və 0.037*20 ha torpaq sahəsindən X16 və X17 münasibətdə hər birinin 1/20 hissədə paylarının müəyyən edilməlidir; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 147.70 kv.m olan fərdi yaşayış evi və 0.037*20 ha torpaq sahəsindən İddiaçı 12/20 hissədə payı və mirasın qəbul etməsi faktı müəyyən edilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 147.70 kv.m olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və 0.037*20 ha torpaq sahəsindən X16 və X17 münasibətdə hər birinin 1/20 hissədə paylarının müəyyən edilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar