Məhkəmə qərarları › İş №2(003)-4222/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-4222/2024

07.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-4222/2024 07.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı Maraqlı şəxslər X4, Maraqlı şəxs2, Maraqlı şəxs3 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri 7 saylı Notariat Ofisinə qarşı mirasın faktiki qəbuluna dair iddia ərizəsi üzrə mülki işə, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum hayat yoldaşından miras qalmış Bakı şəhəri, Xəzər rayonu, X2 Şüvəlan qəsəbəsi 8/28 saylı sahədə 600 kv-m torpaq sahəsinə dair miras əmlakı faktiki qabul etməyi barədə qətnamə çıxararılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanındakı fərdi yaşayış evi mərhum həyat yoldaşım X3 məxsus olmuşdur. O, xx.xx.2008-ci il tarixdə ölmüşdür. Biz mərhum həyat yoldaşımla xx.xx.1981-ci ildə rəsmi nikaha daxil olmuş və nikah müddətində birgə yaşamış və birgə təsərrüfat idarə etmişik. Nikahımızdan xx.xx.1982-ci il təvəllüdlü Maraqlı şəxs1, xx.xx.1985-ci il təvəllüdlü İbrahimova (Əzimova) Arzu Əbdül qızı və xx.xx.1995-ci il təvəllüdlü Maraqlı şəxs3 doğulmuşdur. Nikaha daxil olduqdan sonra biz ünvan 2 ünvanındakı fərdi evdə yaşadıq. Xəzər (keçmiş Əzizbəyov) rayon X5 İcrayə Komitəsi 06 sentyabr 1988-ci il tarixli 12 No-li Qərarı ilə mərhum həyat yoldaşım X3 Şüvəlan qəsəbəsi 8/28 saylı sahədə 600 kv-m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi üzərində biz fərdi yaşayış evi tikmişik. Bildirim ki, biz həyat yoldaşımla həmin fərdi evdə mən övladlarımla birlikdə yaşamışıq, həyat yoldaşım rəhmətə getdikdən sonra ondan miras qalmış evi, həyəti, torpağı mən və övladlarım ilə birlikdə idarə etmişik. Hazırda həmin fərdi evin miras olaraq qəbul edilməsi, vərəsəliyin açılması üçün Bakı şəhəri 7 Saylı Notariat Ofisinə müraciət etdim, lakin notariat ofisinin mənə ünvanladığı xx.xx.2024-cü il tarixli, 387 saylı məktubdan sonra müddəti buraxdığım mənə məlum oldu. Belə ki, həmin məktubla xx.xx.2008-ci il tarixdə vəfat etmiş X1 ölümündən sonra Azərbaycan Respublikası MM-nin 1246-cı maddəsinə əsasən mirasın qəbul edilməsi müddətini ötürdüyü qeyd edilmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı ərizəni müdafiə edərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, X2 Şüvəlan qəsəbəsi 8/28 saylı sahədə 600 kv-m torpaq sahəsinin çıxarışı yoxdur və xüsusi mülkiyyət üzrə arayış almayıb. İşə əlavə olunmuş “Əzizbəyov (Xəzər) rayon X5 İcrayə Komitəsi 06 sentyabr 1988-ci il tarixli 12 №-li Qərarı ilə X3 Şüvəlan qəsəbəsi 8/28 saylı sahədə 600 kv-m torpaq sahəsi ayrılmışdır. İşə əlavə olunmuş AZ-İİ seriyalı, 438475 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2008-ci il tarixdə ölmüşdür. Məhkəməyə təqdim olunmuş Bakı şəhəri 7 Saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 387 nömrəli məktubundan görünür ki, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət buraxılmış və mirasın qəbulu faktını təstiq edən sənəd təqdim olunmamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər; 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinə əsasən Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İddia ərizəsindən, təqdim edilmiş sənədlərdən, eləcə də məhkəmə tədqiqi zamanı müəyyən edilmiş işin faktiki hallarından müəyyən olunur ki, Xəzər (keçmiş Əzizbəyov) rayon X5 İcrayə Komitəsi 06 sentyabr 1988-ci il tarixli 12 No-li Qərarı ilə iddiaçının həyat yoldaşı X3 Şüvəlan qəsəbəsi 8/28 saylı sahədə 600 kv-m torpaq sahəsi ayrılmışdır. O, xx.xx.2008-ci il tarixdə ölmüşdür. Hazırda isə iddiaçı miras əmlakın faktiki qəbul edilməsinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Lakin iddiaçı iddia etdiyi daşınmaz əmlakın miras əmlak kütləsinə daxil olmasına dair, həmin əmlakın üzərində mülkiyyət hüquqlarının X3 məxsus olmasına dair arayışı daşınmaz əmlakın dövlət reyestrindən almamışdır. Belə ki, qanunvericiliyinin yuxarıda sadalanan normalarına əsasən daşınmaz əmlakın miras əmlak kütləsinə daxil edilməsi üçün onun üzərində mülkiyyət hüququnun miras qoyana məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın olması vacib şərtlərdən biri hesab olunur. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iddiaçı ilk növbədə Şüvəlan qəsəbəsi 8/28 saylı sahədə 600 kv-m torpaq sahəsinin X3 məxsus olmasına dair arayışı daşınmaz əmlakın dövlət reyestrindən əldə etməli, sonra notariat orqanına vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün müraciət etməlidir. Bundan sonra notariat orqanı şəhadətnamənin verilməsindən imtina etdiyi halda məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Göstərilənərə əsasən məhkəmə hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri 7 saylı Notariat Ofisinə qarşı mirasın faktiki qəbuluna dair iddia ərizəsi üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar