Məhkəmə qərarları › İş №2(003)-4255/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4255/2025

11.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4255/2025 11.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi göstərilməklə) hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, İşin halları Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi göstərilməklə) hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X7 adına olan Bakı şəhəri,Xəzər rayonu,Şüvəlan qəsəbəsi,A.Sultanova küçəsi dalan 2 ev 26 saylı evin Texniki pasportunun mərhum atası X3 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən ev onun mərhum atası X3 məxsus olmaqla onun xüsusi mülkiyyətindədir. Atası X5 xx.xx.1936-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Mərhum X5 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Atası X5 vəfat etdiyi günədək ünvan 1 saylı evdə pasport qeydiyyatıda olmuşdur və həmin evdə yaşamışdır. O özü də həmçinin anadan olandan indiyədək yuxarıda göstərilən sözügedən ünvanda yerləşən evdə öz ailə üzvüləri ilə yaşayır və orada pasport qeydiyyatındadır. Hazırda sözügedən evi vəsiyyət və qanun üzrə vərəsəlik əsasında öz adıma rəsmiləşdirmək istəyir. Hal hazırda o yuxarıda qeyd edilən torpaq sahəsini sənədləşdirməkdən ötrü Azərbaylan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Orada isə sənədlərini nəzərdən keçirilərək ona bildiriblər ki, onun mərhum atası X2 adına olan evin texniki pasortunda adı “Muxtar”,soyadı “Kərimov” atasının adı isə Mikayıl oğlu kimi qeydə alınmış, lakin digər sənədlərdə isə atasının adı,soyadı və atasının adı X5 kimi qeyd edilmişdir. Bu səbəbdən də evin sənədləşdirməklə onun adına sənədin verilməsi fnümkün deyil. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onların nümayəndələrsi məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, ərizəçinin qonşusudur. Əlimuxtarı tanıyır. X24b. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, ərizəçini uşaqlıqdan tanıyır, onun atasınıda tanıyırdı. Adı Əlimuxtar olub. İş materiallarına əlavə olunmuş sənədlər Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1973-cü il təvəllüdlü Ərizəçi atası X4r. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1936-cı il təvəllüdlü X2 atası Ərizəçi Fəttah oğlu anası isə X8r. Ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X5 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X16 arasındakı nikah xx.xx.1956-ci il tarixdə, 54 saylı nikah akt qeydi üzrə qeydə alınmış, ərə “Kərimov”, arvada “Kərimova” soyadı verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məktubundan görünür ki, ünvan 2 ünvanına dair : müvafiq sənədlərin surətlərinin verilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2025-ci il tarixli müraciətinizə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, İdarənin arxivində qeyd olunan ünvan ilə bağlı X7 adına 1963-cü il tarixdə hazırlanmış texniki pasport mövcuddur. Sözügedən texniki pasportda qeyd olunan X7 mərhum X5 ilə eyni şəxs olmasına dair məhkəmə qərarı təqdim edildiyi halda müvafiq sənədlərin surəti verilə bilər. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilir. Azərbaycan SSR Kommunal Təsərrufatı Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun sürətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin sahibi X9r. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218.1. qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 307.2.5. Şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi, hüquq əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər Məhkəmə tərəfindən müəyyən edilir. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri" haqqında Azərbaycan Respublikası Qanununun Maddə 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Maddə 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmənin mövqeyi Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə müəyyən edilmişdir ki, Ərizəçi mərhum X2 oğludur. ünvan 2 saylı evin Texniki pasportunun sürətindən görünür ki, həmin evin sahibi X9r. Lakin texniki səvhə yol verilərək texniki pasportda “X5” əvəzinə “X12” kimi qeyd edilmişdir. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir və bununla yanaşı, həmin faktın məhz məhkəmə qaydasında müəyyən olunması nəzərdə tutulmuşdur. Ərizəçinin atasının adının və ata adının, mübahisəli sənədlə üst-üstə düşməsi, mövcud fərqin yalnız ata adında olması Bakı şəhəri, Şüvəlan qəsəbəsi, A.Sultanova küçəsi, dalan 2, 26 saylı evin Texniki pasportunun xx.xx.2023-cü ildə vəfat etmiş X3 məxsus olması barədə qənaətə gəlməyə tam əsas verir. Belə olan halda, ərizəçinin mövcud ərizəsi əsaslıdır. Göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, Bakı şəhəri, Şüvəlan qəsəbəsi, A.Sultanova küçəsi, dalan 2, 26 saylı evin Texniki pasportunun xx.xx.2023-cü ildə vəfat etmiş X3 məxsus olması ilə bağlı hüquqi fakt məhkəmə araşdırması zamanı tam təsdiq olunduğundan həmin faktın müəyyən edilmiş hesab olunması barədə qətnamə çıxarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Azərbaycan SSR Kommunal Təssərrüfatı Nazirliyi tərəfindən Bakı şəhəri, Şüvəlan qəsəbəsi, A.Sultanova küçəsi, dalan 2, 26 saylı eviə dair verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndilirlməsinə aid texniki pasportunun X3 (xx.xx.2023-cü ildə vəfat etmiş) məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar