Məhkəmə qərarları › İş №2(003)-4261/2019

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(003)-4261/2019

28.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4261/2019 28.12.2019 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi"nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - İddiaçı MMC) Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 19.01.2019-cu il, 20.01.2019–cu il və 25.01.2019–cu il tarixli müqavilələrinə əsasən o, İMEİ Kodu **********21216 LG M 400, İMEİ Kodu **********51135 Elari NanoPhone markalı 2 ədəd telefon, PLAYSTATİON-4 SONY markalı playstation və LG LED markalı televizor, Tefal markalı ütü almış və nəticədə onun 2874 manat borcu yaranmışdır. 19.01.2019–cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 552 (yəni 12 ay x 46 manat + 0 manat ilkin ödəniş) manat olan İMEİ Kodu **********21216 LG M 400, İMEİ Kodu 35 **********135 Elari NanoPhone markalı 2 ədəd telefon üçün ümumilikdə 449 manat olmaqla ondan, 366 manat ödənilməmiş hissə, 83 manat dəbbə; 20.01.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 841 (yəni 12 ay x 63 manat + 85 manat ilkin ödəniş) manat olan PLAYSTATİON–4 SONY markalı playstation üçün ümumilikdə 905 manat olmaqla ondan, 716 manat ödənilməmiş hissə, 189 manat dəbbə; 25.01.2019-cı il tarixli müqaviləsinə əsasən, alqı–salqı qiyməti 1308 (yəni 12 ay x 104 manat + 60 manat ilkin ödəniş) manat olan LG LED markalı televizor, Tefal markalı ütü üçün ümumilikdə 1520 manat olmaqla ondan, 1208 manat ödənilməmiş hissə, 312 manat dəbbə pulu borcu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 411 manat təşkil edir. Ödəniş cədvəlinin 2–ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%–i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Yuxarıda qeyd edilənlərə əsasən 19.01.2019-cu il tarixli müqaviləyə əsasən Samsung Led markalı televizor üçün 366 manat ödənilməmiş hissə, 83 manat dəbbə borcu olmaqla, cəmi 449 manat; 20.01.2019–cu il tarixli müqaviləyə əsasən Samsung markalı soyuducu üçün 716 manat ödənilməmiş hissə, 189 manat dəbbə pulu borcu olmaqla, cəmi 905 manat, 25.01.2019–cu il tarixli müqaviləyə əsasən LG LED markalı televizor, Tefal markalı ütü üçün 1208 manat ödənilməmiş hissə, 312 manat dəbbə pulu borcu olmaqla, cəmi 1520 manat, ümumilikdə 2874 manat borc və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş, məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-in 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən, hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19.01.2019-cu il tarixli K00476008 saylı müqavilədən aydın olur ki, İMEİ Kodu **********21216 LG M 400, İMEİ Kodu **********51135 Elari NanoPhone markalı 2 ədəd telefon ilkin ödənişsiz 12 ay müddətinə hər ay 46 manat ödəmək şərti ilə sonuncuya satılmışdır. İş materiallarına əlavə olunmuş 19.01.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh qeyd olunan müqaviləyə əsasən İMEİ Kodu **********21216 LG M 400, İMEİ Kodu 35 **********135 Elari NanoPhone markalı 2 ədəd telefon tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh 19.01.2019-cu il tarixli K00476008 saylı müqaviləyə əsasən 17.02.2019-cu il tarixdən 17.01.2020-ci il tarixədək "xxxx" MMC-yə hər ay 46 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20.01.2019– cu il tarixli K00478470 saylı müqavilədən aydın olur ki, PLAYSTATİON–4 SONY markalı playstation üçün 85 manat ilkin ödənişlə 12 ay müddətinə hər ay 63 manat ödəmək şərti ilə sonuncuya satılmışdır. İş materiallarına əlavə olunmuş 20.01.2019–cu il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh qeyd olunan müqaviləyə əsasən PLAYSTATİON–4 SONY markalı playstationı tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh 20.01.2019–cu il tarixli K00478470 saylı müqaviləyə əsasən 20.02.2019–cu il tarixdən 20.01.2020-ci il tarixədək "xxxx" MMC-yə hər ay 63 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 25.01.2019– cu il tarixli K00485592 saylı müqavilədən aydın olur ki, LG LED markalı televizor, Tefal markalı ütü üçün 60 manat ilkin ödənişlə 12 ay müddətinə hər ay 104 manat ödəmək şərti ilə sonuncuya satılmışdır. İş materiallarına əlavə olunmuş 25.01.2019–cu il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh qeyd olunan müqaviləyə əsasən LED markalı televizor, Tefal markalı ütünü tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh 25.01.2019–cu il tarixli K00485592 saylı müqaviləyə əsasən 25.02.2019–cu il tarixdən 25.01.2020-ci il tarixədək "xxxx" MMC-yə hər ay 104 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 19.01.2019-cu il tarixli müqaviləyə əsasən 366 manat əsas borc, 83 manat cərimə borcu olmaqla, cəmi 449 manat; 20.01.2019–cu il tarixli müqaviləyə əsasən 716 manat əsas borc, 189 manat cərimə borcu və 25.01.2019–cu il tarixli müqaviləyə əsasən 1208 manat əsas borc, 312 manat cərimə borcu olmaqla, cəmi 1520 manat yaranmışdır. Cavabdehin iddiaçıya ümumilikdə 2874 manat borcu vardır. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış 05.06.2019-cu il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş MAPS şöbəsinin arayışından və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Bağ evi 367 ünvanında qeydiyyatdadır. İş materiallarında olan ödəniş qəbzindən aydın olur ki, İddiaçı MMC hazırkı iddia üzrə 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış 19.01.2019-cu il tarixli müqaviləyə əsasən ona verilmiş alqı–satqı qiyməti 552 manat olan İMEİ Kodu **********21216 LG M 400, İMEİ Kodu 35 **********135 Elari NanoPhone markalı 2 ədəd telefonu ilkin ödənişsiz 12 ay müddətinə hər ay 46 manat ödəmək şərti ilə almışdır. İddiaçı və cavabdeh arasında bağlanmış 20.01.2019–cu il tarixli müqaviləyə əsasən ona verilmiş alqı-satqı qiyməti 841 manat olan PLAYSTATİON–4 SONY markalı playstation üçün 85 manat ilkin ödənişlə 12 ay müddətinə hər ay 63 manat ödəmək şərti ilə almışdır. İddiaçı və cavabdeh arasında bağlanmış 25.01.2019–cu il tarixli müqaviləyə əsasən ona verilmiş alqı-satqı qiyməti 1308 manat olan LG LED markalı televizor, Tefal markalı ütü üçün 60 manat ilkin ödənişlə 12 ay müddətinə hər ay 104 manat ödəmək şərti ilə almışdır. O, müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuşdur ki, nəticədə cavabdehin cəmi 2874 manat borcu yaranmışdır. İş üzrə iddiaçı "xxxx" MMC həmin məhsulları Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, "Öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 83.1). Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur (maddə 568.1). Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (maddə 600.1). Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etmədiyindəniddia tələbi təmin edilməli, Cavabdeh 2290 manat məbləğində əsas borc, 584 manat məbləğində cərimə və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 2904,0 manat pultutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan RespublikasınınMülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 228.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 238-253 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2290 manat məbləğində əsas borc, 584 manat məbləğində cərimə və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 2904 (iki min doqquz yüz dörd) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və baxılması müddəti bitdikdən sonra şikayət verə bilər. Qiyabi qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar