Məhkəmə qərarları › İş №2(003)-4285/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4285/2025

10.12.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4285/2025 10.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı (maraqlı şəxs Bakı şəhəri 25 saylı Notariat ofisi göstərilməklə) “mirasın qəbul edilməsi faktının müəyyən edilməklə vərəsəlik hüquqlarının tanınması və tam payın müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, İşin halları Ərizəçi İddiaçı cavabdeh 7 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməklə vərəsəlik hüquqlarının tanınması və tam payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək xx.xx.1989-cu il tarixdə vəfat etmiş X5 miras ünvan 1 ünvanında yerləşən əmlak dair əmlakın tərəfimdən qəbul edilməsi faktının müəyyən edilməsi, həmin mirasa vərəsəlik hüququnun tanınması və miras əmlakda payının tam hissədə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəsini onunla əsaslandırılmışdır ki, xx.xx.1989-cu il tarixdə vəfat etmiş X1* onun babasıdır. ünvan 1 ünvanında yerləşən əmlak babasına məxsus olmuş, babası sağlığında qeyd edilən əmlakı ona vəsiyyətnamə üzrə ona vəsiyyət etmişdir. Cavabdeh Bakı şəhəri 07 saylı Notariat ofisinə miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciət etsə də cavabdeh əsassız olaraq 1*.07.2025-ci il tarixdə bundan imtina edərək qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti buraxılmasını bildirmişdir. Həmçinin faktiki qəbulu təsdiq edən sənədlər təqdim edilmədiyini bildirmişdir. Bundan başqa miras əmlakdan vərəsəyə çatası payları müəyyən etmək üçün məhkəməyə müraciət edilməsini tövsiyyə etmişdir. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında ərizəçi İddiaçı ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrnin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-cı maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X28 verdiyi izahatda bildirdi ki, ərizəçi onun yoldaşıdır. Əmirqulu kişi 1989-cu ildə vəfat etmişdir. Miras əmlakı yoldaşı ilə birgə qəbul ediblər, yngül təmir işləri aparıblar. Kommunal ödənişləri əri ödəyir. İş materiallarına əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 7 saylı notariat ofisinin 550 saylı vərəsəlik işindən görünür ki, X1* xx.xx.1989-cü il tarixdə Bakı şəhəri 7 saylı notariat ofisində təsdiq edilmiş vəsiyyətnaməyə əsasən ölən günədək ona məxsus əmlakı, o cümlədən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini Sizə, nəvəsi İddiaçı vəsiyyət etmişdir. X* vərəsələri arvadı X24 və övladları X12, X13, X22, X17 və X18 olmuşdur. Mirasın açıldığı dövrdə qüvvədə olmuş Mülki Məcəllənin 538-ci maddəsinə əsasən miras qoyanın həddi-büluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın) üçdə iki hissədən az olmayan hissəsini alırlar. Doğum haqqıda şəhadətnamənin sürətindən görünür ki, xx.xx.19*4-cü il təvəllüdlü İddiaçı anası X19, atası X14r. Doğum haqqıda şəhadətnamənin sürətindən görünür ki, xx.xx.1944-cü il təvəllüdlü X7, 30.08.194*-cı il təvəllüdlü X2, xx.xx.1955-ci il təvəllüdlü X10, xx.xx.1959-cü il təvəllüdlü X8, 23.10.19*5-ci il təvəllüdlü X9 anası X15, atası X11r. ölüm haqqında arayışın surətindən görünür ki, X1* xx.xx.1989-cu il tarixdə Bakı şəhərində ölmüşdür. ölüm haqqında arayışın surətindən görünür ki, X1* xx.xx.1989-cu il tarixdə Bakı şəhərində ölmüşdür. ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölmüşdür. ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı ərazi İdarəsinin hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi 1*.05.2018-ci il tarixdə tam payla Əli-zadə Teymur Kəlbəli oğlunun adına rəsmləşmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr Xidməti Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsin məktubundan görünür ki, ünvan 4 ünvanına dair X4 adına (sənəddə olduğu kimi) 19*3-cü il tarixli texniki pasport mövcuddur. Məlumat üçün bildiririk ki, X1nun vərəsəlik dairəsinin müəyyənləşdirilməsi ilə bağlı notariat orqanı tərəfindən təqdim edilən məktub sorğuya əlavə edilməklə müraciət edildiyi təqdirdə həmin sənədlərin surəfi bəqdim ediə bilər. xx.xx.1989-cu il tarixli vəsiyyətnamənin sürətindən görünür ki, X1* ona məxsus bütün mülkü nəvəsi İddiaçı vəsiyyət etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin ərizələrin sürətindən görünür ki, X22, X21 və X30 ünvan 5 ünvanında yerləşən əmlaka payıma düşən hissədən İddiaçı xeyrinə imtina edib. Həmin əmlaka dair tələbləri olmayacaq. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11*7-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 114*-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 11**-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. 119*-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.*, 34*.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarından görünür ki, Mülki Məcəllənin 34*.1-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Normanın məzmunu bu əqdlərin mübahisələndirilə bilən əqd olduğu fikrini yaradır. Lakin müraciətedən hüquq ədəbiyyatına istinad edərək fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən şəxsin bağladığı əqdin bağlandığı andan etibarsız əqdlər sırasına aid edildiyini və yalnız bəyənildiyi təqdirdə düzələ bilən etibarsızlıq halı kimi təsnif edilməli olduğunu göstərir. Müraciətedənin qənaətinə görə, belə əqd əhəmiyyətsiz əqd olaraq heç bir hüquqi nəticələrə səbəb olmadığından həmin əqd əsasında daşınmaz əşyaya dair aparılmış qeydiyyat etibarsız, xeyrinə qeydiyyat aparılmış şəxs də əşyaya dair heç bir hüquq əldə etməmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34*.1ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özü və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası əsasında anlaqsızlığı sübuta yetirilərsə bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (2000-ci ilin sentyabrın 1-nə kimi qüvvədə olan) (bundan sonra - əvvəlki MM) 527-ci maddəsinə əsasən Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. 528-ci maddəsinə əsasən, vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. 532-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. 533-cü maddəsinə əsasən, birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onun həm ata, həm də ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi vərəsə olurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.9-cu maddəsinə əsasən, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin məhkəmə müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, mərhum Məhkəmə müəyyən etdi ki, X1* xx.xx.1989-cu il tarixdə vəfat etmiş, onun ölümündən sonra ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi miras əmlak kimi açılmışdır. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin (2000-ci ilin sentyabrın 1-nə kimi qüvvədə olan) (bundan sonra - əvvəlki MM) 527-ci maddəsinə əsasən Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Məhkəmə hesab edir ki, mübahisəli hüquq münasibəti 1989-cu ildən yarandığından hazırkı mübahisəyə 2000-ci ilin sentyabrın 1-nə kimi qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq olunmalıdır. İş materiallarından, xüsusilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 7 saylı Notariat ofisinin vərəsəlik işindən və xx.xx.1989-cu il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X1 ona məxsus bütün əmlakı, o cümlədən mübahisəli yaşayış evini nəvəsi İddiaçı vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə qanunvericiliyin tələblərinə uyğun qaydada notariat qaydasında təsdiq edilmişdir və etibarsız sayılması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə nəzərə alır ki, mirasın açıldığı dövrdə qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin müddəalarına əsasən, məcburi pay hüququna malik olan vərəsələr yalnız əmək qabiliyyəti olmayan ər-arvad, valideynlər və yetkinlik yaşına çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqlar hesab edilir. İş materiallarından görünür ki, mərhumun övladları və arvadı miras açıldığı tarixdə əmək qabiliyyətli olmuş, habelə məcburi pay hüququnu istisna edən hallar mövcud olmuşdur. Bundan əlavə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər miras əmlakdakı paylarından iddiaçının xeyrinə könüllü olaraq imtina etmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən, vərəsə mirası faktiki olaraq qəbul etdikdə, o cümlədən miras əmlakına sahib olduqda, onu idarə etdikdə, saxladıqda və həmin əmlakla bağlı xərclər çəkdikdə miras qəbul edilmiş sayılır. Məhkəmə iclasında dindirilmiş şahidin ifadəsindən, həmçinin digər sübutlardan müəyyən edilir ki, iddiaçı miras əmlakına faktiki sahiblik etmiş, onu saxlamış, təmir işləri aparmış və kommunal xərcləri ödəmişdir. Bu hallar mirasın faktiki qəbul edilməsini təsdiq edir. Məhkəmə hesab edir ki, cavabdeh notariat orqanının mirasın qəbulu müddətinin buraxılması ilə bağlı imtinası, iddiaçının mirası faktiki qəbul etməsi sübutlarla təsdiq olunduğundan, əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə iş üzrə sübutları qiymətləndirərək onların məcmusuna əsasən qərar qəbul edir. Məhkəmə toplanmış sübutları məcmu şəkildə qiymətləndirərək belə qənaətə gəlir ki, iddiaçının mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mübahisəli əmlaka vərəsəlik hüququnun tanınması və miras əmlakda payının tam hissədə müəyyən edilməsi tələbi qanuni və əsaslıdır. Məhkəmə mülki işin qeyd edilən halının hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat bir tərəfdən miras qoymağı, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Mülki Məcəllənin yuxarıda qeyd edilən normaları özündə miras əmlakın tamlığı, bütövlüyü prinsipini ehtiva edir. Miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, fiziki şəxsin ölməsi vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olur. Bu münasibətlər isə öz növbəsində subyektiv vərəsəlik hüququnu müəyyənləşdirir. Yəni vərəsəlik münasibətlərində iştirak edən şəxs subyektiv vərəsəlik hüququ əldə edir. Bu hüququ əldə edən şəxs isə vərəsəliyə çağırılmış olur. Vərəsəliyə çağırılmaq isə özündə həmin şəxsin vərəsələr dairəsinə daxil olmasını ifadə edir, yəni şəxs mümkün vərəsə sayılır. Mümkün vərəsə dedikdə mirası əldə etmək hüququ və ya imkanı olan şəxs başa düşülür. X1 xx.xx.1989-cu ildə ölümü ilə onun arvadı və övladları vərəsəliyə çağırılmış və ya mümkün vərəsə hesab edilmişdirlər. Digər vərəsələr ərizə ilə məhkəməyə müraciət edərək mülklə bağlı heç bir iddialarının olmadığını və olmayacağıbnı bildirmişlər. Əvvəlki Mülki Məcəlləsinin 530-ci maddəsinə (2000-ci ilin sentyabrın 1-nə kimi qüvvədə olan) əsasən, aşağıdakılar vərəsə ola bilərlər: qanun üzrə vərəsəlikdə — miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar; vəsiyyət üzrə vərəsəlikdə — miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyanın sağlığında ana bətnində olan və onun ölümündən sonra doğulanlar. İşin mübahisəsiz halıdır ki, miras qoyanın varisi arvadı və ödladları olmuşdur. Halhazırda nəvəsi-ərizəçi vərəsəliyi qəbul etməklə ondan miras qalan əmlaka vərəsəlik hüququnun tanınmasını istəyir. İddiaçı mirası faktiki qəbul etmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı mirasın qəbul edilməsinə yönələn hərəkətifaktiki qəbulu etmişlər. Konstitusiya Məhkəməsinin 2* dekabr 2023 tarixli Plenum Qərarı ilə mirasın qəbulu ilə bağlı mövcud olan müddətlər qüvvədən düşmüş hesab edilsə də, bu qərar yalnız qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Konstitusiya Məhkəməsinin 21 iyun 2024-cu il tarixli Plenum Qərarından aydın olur ki, məcburi payı tələb etmək hüququna iddia müddəti şamil edilmir və onun qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir. Qərarda həmcinin qeyd olunur ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilir. Məhkəmə qeyd edir ki, ərizəçi ərizə ilə notariat orqanına müraciət etməsə də əmlakı idarə etməklə mirası faktiki qəbul etmişdir. Belə ki, o miras əmlak faktiki olaraq qəbul etməklə davamlı olaraq həmin əmlakda yaşamaqla təsərrüfat aparmışdır. Əvvəlki Mülki Məcəlləsinin 552-ci maddəsinə (2000-ci ilin sentyabrın 1-nə kimi qüvvədə olan) əsasən Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Yenə əvvəlki Mülki Məcəlləsinin 532-ci maddəsinə (2000-ci ilin sentyabrın 1-nə kimi qüvvədə olan) əsasən, qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 1*7 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 99-cu bəndinə görə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: -vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd;-mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; -mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; -miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Məhkəmə hesab edi ki ərizəçi mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etməsə də mübahisəli əmlakı faktiki qəbul etmiş olsaydı həmin əmlakdan pay almaq hüququ olardı. Belə ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının *0-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 1* oktyabr 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Bundan başqa iş materiallarında olan xx.xx.1989-cu il tarixli vəsiyyətnamədən görünür ki, X1* vəsiyyətnamə tərtib edərək ona məxsus əmlakı nəvəsi İddiaçı vəsiyyət etmişdir. Bu baxımdan, vəsiyyətnamə digər vərəsələrin pay hüquqlarını istisna etmir və həmin vərəsələrin məcburi pay hüququnu ləğv etmir. Lakin digər vərəsələr paylarından imtina etmişdir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mirası qəbul edilməsi faktının müəyyən edilməsinin miras qoyan X3 miras qalmış əmlakın vərəsəlik üzrə qəbul edilməsinə dair əhəmiyyəti olduğundan, ərizəçinin miras qoyan X3 miras qalmış əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti vardır. Lakin, ərizəçi buna dair ona lazım olan sənədi başqa qaydada əldə edə bilməmişdir. Buna görə də mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, X3 miras qalmış ünvan 1 ünvanında yerləşən əmlakın İddiaçı tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməli və miras əmlakda payının tam hissədə müəyyən edilmədir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 21*-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. X3 miras qalmış ünvan 1 ünvanında yerləşən evin İddiaçı tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilsin. X3 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı tam hissədə payın müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar