Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4296/2025 20.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi Ərizəçi nümayəndəsi (əri) Nümayəndə, Maraqlı şəxs Xəzər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Xəzər rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:
1. Ərizəçi maraqlı şəxs qismində Xəzər rayon İcra Hakimiyyəti Yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi oğlu – X8 10.08.*007-ci ildə anadan olmuşdur. X8 anadan olandan xəstə olmaqla qavrama və dərketmə funksiyasının geriliyi, nitq geriliyi, intellekt yaddaşın geriliyi diaqnozu ilə * saylı Psixatriya Xəstəxanasında qeydiyata alınmış, Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının 18.09.*017-ci il tarixli qiymətləndirilməsi üzrə ona Ağır dərəcəli əqli gerilik diaqnozu qoyulmaqla, sağlamlıq imkanları məhdud uşaq hesab edilmişdir.4 nömrəli Uşaq Poliklinikasının ambulator kitabçadan çıxarışında həkim psixatrın 15.09.*0*5- ci il tarixli diaqnozu aşağıdakı kimi olmuşdur: F 7*.1 Ağır dərəcəli əqli gerilik qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu,F 80.0 Nitq inkişafının spesifik pozuntusu”Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi * X7 X* Komissiyasının 13.10.*0*5-ci il tarixli, 3*79 saylı RƏY-i ilə Həkim Psixiatr Komissiyasının qərarı aşağıdakı kimi olmuşdur:“Uşaq autizmi. Kanner sindromu. Ağır kəmağıllıq. Daim kənar şəxslərin himayəsinə ehtiyacı var. F 84.0, F7*.1, F 74.3 İQ- *5. Qeyd olunmalıdır ki, X8 ağır dərəcəli əqli gerilik xəstəsi olduğu üçün ona ərizəçi baxır, müalicəsi və müayinəsini təşkil edir. Onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinin müəyyən edilməsi Mövlud Seyidliyə qəyyum təyin olunmağım üçün lazımdır.
Proses iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi (əri) Nümayəndə izahatında ərizəni müdafiə edərək, onun təmin olunmasını xahiş etmişdir. O, həmçinin izahatında X5 ərizəçinin və onun doğma oğlu olduğunu, *007-ci il təvəllüdlü olduğunu, faktiki olaraq ərizəçinin və onun himayəsində olduğunu, Bakı şəhəri Xəzər rayonu əraizisində yaşadıqlarını, X5 öz hərəkətlərinin mənasını anlaya bilmədiyini və öz hərəkətlərini idarə edə bilmədiyini, onun kənar şəxsin qulluğuna ehtiyacı olduğunu və İİ qrup əlil olduğunu bildirmişdir.
4. Məhkəmə iclasında iştirak edən iş üzrə maraqlı şəxs Xəzər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X9 izahatında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi istənilən şəxsin hazırda ərizəçinin yanında yaşaması halı və ekspert rəyinin nəticəsi nəzərə alınmaqla ərizəçinin tələbinin təmin olunmasına etiraz etmədiyini bildirmişdir.
Mülki işin materialları:
İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
5. AZ-İ seriyalı 073831 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Nümayəndə ilə X3 arasında 05.1*.*003-cü il tarixində 36 nömrəli akt qeydi ilə nikah bağlanmış və nikahdan sonra ərə Seyidov, arvada Seyidova soyadı verilmişdir.
6. AZ-İİ seriyalı, 077488 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 10.08.*007-ci il tarixdə anadan olmuş, atası Nümayəndə, anası Ərizəçidır.
7. 4 nömrəli Uşaq Poliklinikasının ambulator kitabçasından çıxarışdan görünür ki, həkim psixiatrın X8 barədə 15.09.*0*5-ci il tarixli diaqnozu ağır dərəcəli əqli gerilik qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu və nitq inkişafının spesifik pozuntusu olaraq qeyd olunmuşdur.
8. * nömrəli klinik psixiatriya xəstəxanasının 1/5**1 nömrəli, 13.10.*0*5-ci il tarixli həkim psixiatr komissiyasının rəyindən görünür ki, 10.08.*007-ci il təvəllüdlü X6 uşaq autizmi, kanner sindromu, ağır kəmağıllılıq, daim kənar şəxslərin himayəsinə ehtiyac var.
9. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın 14.11.*0*5-ci il çap tarixli çıxarışından görünür ki, X5 F84.0 uşaq autizmi və kanner sindromu səbəbilə müddətsiz ikinci dərəcəli əlilliyi müəyyən edilmişdir.
10. Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 10.1*.*0*5-ci il tarixli, 4*41 saylı rəyindən görünür ki, X6 autizm, kanner sinromu, ağır dərəcəli əqli gerilik, kobud davranış pozuntuları ilə, daim kənar şəxslərin himayəsinə və qulluğuna ehtiyacı var, İQ-*5 müəyyən edilir. X1 öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. X14 oglunun tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməsinə əsas vardır.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
11. *8.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir.
12. 34.*-ci maddəsinə əsasən, fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
13. 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır.
14. 317.*-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş üzrə ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların, (valideynlərin, uşaqların, qardaş-bacıların) müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər.
15. 319-cu maddəsinə əsasən, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir.
16. 3*0.*-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır.
17. 3*1.*-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
Məhkəmənin mövqeyi:
18. Məhkəmə iş materiallarını, ərizənin dəlillərini araşdırıb, izahatları dinləyib, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir.
19. Belə ki, qanunvericiliyin yuxarıda qeyd olunan normalarının təhlilindən məlum olur ki, şəxsin məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan sayılması üçün bir qayda olaraq aşağıdakı faktlar müəyyən olunmalıdır (sübuta yetirilməlidir): - Ərizəçinin bu iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olması; - Şəxsin ağıl zəifliyinin (əqli geriliyin) və ya psixi pozuntusunun olması; - Şəxsin öz hərəkətlərinin mənasını başa düşməməsi və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsi; - Şəxsin ağıl zəifliyi və ya psixi pozuntusu ilə onun öz hərəkətlərinin mənasını başa düşməməsi və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsi arasında səbəbli əlaqə.
20. Məhkəmə qanunvericiliyin tələblərinin hazırki işə tətbiqi baxımından qeyd edir ki, Ərizəçi X5 anası olduğundan onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmək hüququ vardır.
21. Digər tərəfdən iş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat çıxarışında, X14 ogluna F84.0 uşaq autizmi və kanner sindromu diaqnozu qoyulmuş və qeyd olunan bu diaqnoz əsasında ona müddətsiz ikinci dərəcəli əlillik təyin olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında arayışında, X5 əməyə qadir olmaması qeyd olunmuşdur.
22. Habelə bu xarakterli işlərdə sübut kimi çıxış edən məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə də təsdiq olunur ki, X6 autizm, kanner sinromu, ağır dərəcəli əqli gerilik, kobud davranış pozuntuları ilə, daim kənar şəxslərin himayəsinə və qulluğuna ehtiyacı var, İQ-*5 var, o, psixi vəziyyətinə görə öz hərərkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil və onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır.
23. Beləlikə, iş materiallarında olan və məhkəmə araşdırılması zamanı tədqiq edilmiş sübutlar əsasında müəyyən olunur ki, 10.08.*007-ci il təvəllüdlü X5 autizm, kanner sinromu, ağır dərəcəli əqli gerilik, kobud davranış pozuntuları ilə, daim kənar şəxslərin himayəsinə və qulluğuna ehtiyacı var, İQ-*5 var, o, öz hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarında deyil və bu hal onun psixi vəziyyəti ilə səbəbli əlaqədədir. Ona görə 10.08.*007-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
24. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 10.08.*007-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin *16-**0, 360-cı maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə
Qət etdi
Ərizə təmin edilsin. 10.08.*007-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov