Məhkəmə qərarları › İş №2(003)-440/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-440/2025

22.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-440/2025 22.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, "Azəriqaz" İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "borcun silinməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanına (abonent kodu **********00050) hesablanmış 16.059,12 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. "Azəriqaz" İB tərəfindən həmin ünvanda qaz itkisinin yarandığı müəyyən edilmiş və 19.228,32 manat borc hesablanmışdır. Xəzər rayon Məhkəməsinin 2(003)-1302/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ondan 3.169,2 manat borc tutulması qət edilmişdir. İddianın qalan hissəsi, yəni 16.059,12 manat borcun ondan tutulması isə əsassız olduğundan rədd edilmişdir.Lakin "Azəriqaz" İB borcu silmir. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh "Azəriqaz" İB-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı qaz sayğacına müdaxilə edərək qaz sərfiyyatına yol vermişdir. İddia əsassızdır. İddianın rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. Ərizəsində üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, onun iştirakı olmadan iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının 185-ci maddəsinə uyğun olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan Xəzər rayon Məhkəməsinin 2(003)-1302/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı "Azəriqaz" İB-ə vurulmuş zərərə görə 19.228,32 manat, hüquqi yardım üçün 400 manat,148,89 manat dövlət rüsumunun tutulması xahiş edilmişdir. İddia qismən təmin edilmiş,İddiaçı 3.169,2 manat borc və 24,53 manat dövlət rüsumu olmaqla cəmi 3.193,73 manat pulun Cavabdeh bank hesabına ödənilməsi qət edilmişdir. Məhkəmədə müəyyən olundu ki, Cavabdeh İB İddiaçı "Azəriqaz" İB-ə vurulmuş zərərə görə 19.228,32 manat, hüquqi yardım üçün 400 manat,148,89 manat dövlət rüsumunun tutulması xahiş olunmuşdur.Məhkəmənin 2(003)-1302/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, İddiaçı 3.169,2 manat borc və 24,53 manat dövlət rüsumu olmaqla cəmi 3.193,73 manat pulun Cavabdeh bank hesabına ödənilməsi qət edilmişdir.Lakin "Azəriqaz" İB 16.059,12 manat əsassız hesablanmış borc məbləğini qərəzli olaraq silmir.Bu səbəblərdən məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin olunmalı, Cavabdeh İB tərəfindən hesablanmış 16.059,12 manat borc silinməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən “hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmçinin məhkəmədə müəyyən olundu ki, Cavabdeh İB 16.059,12 manat məbləğində hesablanmış borcun əlavə borc olmasını sübut edə bilmədi. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmədə müəyyən olundu ki, İddiaçı iddia tələbi 16.059,12 manat borcun silinməsidir.Belə olan halda dövlət rüsumu 138,18 manat təşkil edilir və cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaəsən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı ünvan 1 ünvanına (abonent kodu **********00050) hesablanmış 16.059,12 (on altı min əlli doqquz manat on iki qəpik) manat məbləğində borc silinsin. 138,18 (yüz otuz səkkiz manat on səkkiz qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar