Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4424/2021 06.12.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22.12.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********25140 olan Samsung Galaxy A20s markalı telefon, Samsung EO, Samsung A20s Araree A cover Black, X1 Samsung A20s Black markal 3 ədəd aksesuarlar üçün 55 manat ödənilməmiş hissə, 5 manat cərimə pulu, 21.12.2019-cu il tarixli müqaviləyə əsasən Acer Aspire 3 markalı komputer üçün 1354,9 manat ödənilməmiş hissə, 135,1 manat cərimə borcu, 22.12.2019cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********02767 olan Hoffmann X Go markalı telefon, Piko cover case for Hoffmann X-Go, Piko Glass for Hoffmann X-Go markalı aksesuarlar üçün 132 manat ödənilməmiş hissə, 13 manat cərimə pulu, 24.12.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********57157 olan Xiaomi Redmi 8 markalı telefon, Power Bank TP-Link TL, X1 Redmi 8 Black üçün 130,8 manat ödənilməmiş hissə, 13,2 manat cərimə pulu cəmi 1839 manat və 38,39 manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə "xxxx" MMC arasında bağlanmış 22.12.2019-cu il tarixli, 21.12.2019-cu il tarixli, 22.12.2019-cu il tarixli və 24.12.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh İMEİ kodu **********25140 olan Samsung Galaxy A20s markalı telefon, Samsung EO, Samsung A20s Araree A cover Black, X1 Samsung A20s Black markal 3 ədəd aksesuarlar, Acer Aspire 3 markalı komputer, İMEİ kodu **********02767 olan Hoffmann X Go markalı telefon, Piko cover case for Hoffmann X-Go, Piko Glass for Hoffmann X-Go markalı aksesuarlar və İMEİ kodu **********57157 olan Xiaomi Redmi 8 markalı telefon, Power Bank TP-Link TL, X1 Redmi 8 Black almış və nəticədə 1839 manat borc yaranmışdır. Cavabdeh 22.12.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 562,8 manat olan İMEİ kodu **********25140 olan Samsung Galaxy A20s markalı telefon, Samsung EO, Samsung A20s Araree A cover Black, X1 Samsung A20s Black markal 3 ədəd aksesuarlar üçün ümumilikdə 60 manat olmaqla ondan 55 manat ödənilməmiş hissə, 5 manat cərimə, 21.12.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1539,6 manat olan Acer Aspire 3 markalı komputer üçün ümumilikdə 1490 manat olmaqla ondan 1354,9 manat ödənilməmiş hissə, 135,1 manat cərimə borcu, 22.12.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 146 manat olan İMEİ kodu **********02767 olan Hoffmann X Go markalı telefon, Piko cover case for Hoffmann X-Go, Piko Glass for Hoffmann X-Go markalı aksesuarlar üçün ümumilikdə 145 manat olmaqla ondan 132 manat ödənilməmiş hissə, 13 manat cərimə borcu hesablanmışdır. 24.12.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 514,8 manat olan İMEİ kodu **********57157 olan Xiaomi Redmi 8 markalı telefon, Power Bank TP-Link TL, X1 Redmi 8 Black üçün ümumilikdə 144 manat olmaqla ondan 130,8 manat ödənilməmiş hissə, 13,2 manat cərimə borcu hesablanmışdır. Cavabdeh 22.12.2019-cu il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 5 manat, məhsulun qaytarıldıqdan sonra qoyulan qiyməti 502.8 manat, ümumilikdə 507.8 manat təykil edir. Digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ isə 582.7 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 22.12.2019-cu il tarixdə 01146849 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 562,8 manat olan İMEİ kodu **********25140 olan Samsung Galaxy A20s markalı telefon, Samsung EO, Samsung A20s Araree A cover Black, X1 Samsung A20s Black markal 3 ədəd aksesuarlar Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 46,9 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 21.12.2019-cu il tarixdə 01143596 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 1539,6 manat olan Acer Aspire 3 markalı komputer Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 79,7 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 22.12.2019-cu il tarixdə 01147021 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 146 manat olan İMEİ kodu **********02767 olan Hoffmann X Go markalı telefon, Piko cover case for Hoffmann X-Go, Piko Glass for Hoffmann X-Go markalı aksesuarlar Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 12 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 24.12.2019-cu il tarixdə 01155511 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 384 manat olan İMEİ kodu **********57157 olan Xiaomi Redmi 8 markalı telefon, Power Bank TP-Link TL, X1 Redmi 8 Black Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 42,9 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 22.12.2019-cu il tarixli müqavilə üzrə 55 manat ödənilməmiş hissə və 5 manat dəbbə borcu, 21.12.2019-cu il tarixli müqavilə üzrə 1354,9 manat ödənilməmiş hissə, 135,1 manat dəbbə borcu, 22.12.2019-cu il tarixli müqavilə üzrə 132 manat ödənilməmiş hissə, 13 manat dəbbə borcu, 24.12.2019-cu il tarixli müqavilə üzrə 130,8 manat ödənilməmiş hissə, 13,2 manat dəbbə borcu mövcuddur. İş materialları ilə müəyyən edilir ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Hazırkı iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 385.1, 442, 462.1, 600.1, 600.4-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, cavabdeh tərəfindən nisyə alqısatqı müqavilələri üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və onun ümumilikdə hər dörd müqavilə üzrə 1672,7 manat ödənilməmiş əsas borcu və müqavilə şərtlərinə uyğun olaraq hesablanmış 166,3 manat cərimə borcu qalmışdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı göstərilən nisyə alqı-satqı müqaviləsinin şərtlərinin icrasını, yəni ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Eyni zamanda hazırkı iddia ərizəsi cavabdehə rəsmi qaydada verilsə də, 10 (on) iş günü müddətində iddia tələbinə qarşı etiraz etməməklə onu mübahisələndirməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə müqavilə üzrə ödənilməmiş 1672,7 manat əsas borc və müqavilə şərtlərinə uyğun olaraq gecikdirilmiş hərgün üçün hesablanmış 166,3 manat cərimə (dəbbə) tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş hökumət ödəniş portalından görünür ki, iddiaçı tərəfindən 38,39 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 38,39 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 22.12.2019-cu il tarixdə 01146849 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən 55 manat ödənilməmiş hissə, 5 manat cərimə, 21.12.2019-cu il tarixdə 01143596 saylı alqı-satqı müqaviləsinə əsasən 1354,9 manat ödənilməmiş hissə, 135,1 manat cərimə, 22.12.2019-cu il tarixdə 01147021 saylı alqı-satqı müqaviləsinə əsasən 132 manat ödənilməmiş hissə, 13 manat cərimə, 24.12.2019-cu il tarixdə 01155511 saylı alqı-satqı müqaviləsinə əsasən 130,8 manat ödənilməmiş hissə, 13,2 manat cərimə pulu ümumilikdə 1839 manat və ödənilmiş dövlət rüsumuna görə 38,39 manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 22.12.2019-cu il tarixdə 01146849 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən 55 manat ödənilməmiş hissə, 5 manat cərimə, 21.12.2019-cu il tarixdə 01143596 saylı alqı-satqı müqaviləsinə əsasən 1354,9 manat ödənilməmiş hissə, 135,1 manat cərimə, 22.12.2019-cu il tarixdə 01147021 saylı alqı-satqı müqaviləsinə əsasən 132 manat ödənilməmiş hissə, 13 manat cərimə, 24.12.2019-cu il tarixdə 01155511 saylı alqı-satqı müqaviləsinə əsasən 130,8 manat ödənilməmiş hissə, 13,2 manat cərimə pulu ümumilikdə 1839 manat və ödənilmiş dövlət rüsumuna görə 38,39 manat cəmi, 1877,39 manat ( bir min səkkiz yüz yetmiş yeddi manat 39 qəpik) alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-4424/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4424/2021
06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver