Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4434/2021 06.12.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24.08.2020-ci il tarixli müqaviləyə əsasən Samsung markalı televizor üçün 1293,2 manat ödənilməmiş hissə, 129 manat cərimə pulu, 10.08.2020-ci il tarixli müqaviləyə əsasən Acer markalı notebook üçün 1739,5 manat ödənilməmiş hissə, 173,4 manat cərimə borcu, 26.05.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodları **********69055 və **********54161 olan Samsung Galaxy A01 telefonlar üçün 652,9 manat ödənilməmiş hissə, 65 manat cərimə pulu, cəmi 4053 manat və 60,53 manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə "xxxx" MMC arasında bağlanmış 24.08.2020-ci il tarixli, 10.08.2020-ci il tarixli və 26.05.2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh Samsung markalı televizor, Acer markalı notebook və İMEİ kodları **********69055 və **********54161 olan Samsung Galaxy A01 telefonlar almış və nəticədə 4053 manat borc yaranmışdır. Cavabdeh 24.08.2020-ci il tarixli müqaviləsinə əsasən alqısatqı qiyməti 1393,2 manat olan Samsung markalı televizor üçün ümumilikdə, 1422,2 manat olmaqla ondan 1293,2 manat ödənilməmiş hissə, 129 manat cərimə, 10.08.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1864 manat olan Acer markalı notebook üçün ümumilikdə 1912,9 manat olmaqla ondan 1739,5 manat ödənilməmiş hissə, 173,4 manat cərimə borcu, 26.05.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 817,2 manat olan İMEİ kodları **********69055 və **********54161 olan Samsung Galaxy A01 telefonlar üçün ümumilikdə 717,9 manat olmaqla ondan 652,9 manat ödənilməmiş hissə, 65 manat cərimə borcu hesablanmışdır. Cavabdeh cəmi 388,8 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 24.08.2020-ci il tarixdə 21106421 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 1393,2 manat olan Samsung markalı televizor Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 77,4 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 10.08.2020-ci il tarixdə 21062421 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 1864 manat olan Acer markalı notebook Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 99,5 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 26.05.2020-ci il tarixdə 20309187 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 817,2 manat olan İMEİ kodları **********69055 və **********54161 olan Samsung Galaxy A01 telefonlar Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 68,1 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materialları ilə müəyyən edilir ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Hazırkı iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 385.1, 442, 462.1, 600.1, 600.4-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, cavabdeh tərəfindən nisyə alqısatqı müqavilələri üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və onun ümumilikdə hər üç müqavilə üzrə 3685,6 manat ödənilməmiş əsas borcu və müqavilə şərtlərinə uyğun olaraq hesablanmış 367,4 manat cərimə borcu qalmışdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı göstərilən nisyə alqı-satqı müqaviləsinin şərtlərinin icrasını, yəni ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Eyni zamanda hazırkı iddia ərizəsi cavabdehə rəsmi qaydada verilsə də, 10 (on) iş günü müddətində iddia tələbinə qarşı etiraz etməməklə onu mübahisələndirməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə müqavilə üzrə ödənilməmiş 3685,6 manat əsas borc və müqavilə şərtlərinə uyğun olaraq gecikdirilmiş hərgün üçün hesablanmış 367,4 manat cərimə (dəbbə) tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş hökumət ödəniş portalından görünür ki, iddiaçı tərəfindən 60,53 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 60,53 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 24.08.2020-ci il tarixdə 21106421 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən 1293,2 manat ödənilməmiş hissə, 129 manat cərimə, 10.08.2020-ci il tarixdə 21062421 saylı alqı-satqı müqaviləsinə əsasən 1739,5 manat ödənilməmiş hissə, 173,4 manat cərimə, 26.05.2020ci il tarixdə 20309187 saylı alqı-satqı müqaviləsinə əsasən 652,9 manat ödənilməmiş hissə, 65 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 60,53 manat manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 24.08.2020-ci il tarixdə 21106421 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən 1293,2 manat ödənilməmiş hissə, 129 manat cərimə, 10.08.2020-ci il tarixdə 21062421 saylı alqı-satqı müqaviləsinə əsasən 1739,5 manat ödənilməmiş hissə, 173,4 manat cərimə, 26.05.2020-ci il tarixdə 20309187 saylı alqı-satqı müqaviləsinə əsasən 652,9 manat ödənilməmiş hissə, 65 manat cərimə ümumilikdə 4053 manat və ödənilmiş dövlət rüsumuna görə 60,53 manat cəmi, 4113,53 (dörd min bir yüz on üç manat 53 qəpik) manat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-4434/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4434/2021
06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver