Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4458/2021 03.12.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 04.05.2019-cu il tarixli müqavilə üzrə 150 manat ödənilməmiş hissə, 15 manat cərimə, 04.05.2019-cu il tarixli müqavilə üzrə 336 manat ödəniməmiş hissə, 33 manat cərimə, 04.05.2019-cu il tarixli müqavilə üzrə 2299 manat ödəniməmiş hissə, 229 manat cərimə, ümumilikdə 3062 manat məbləğində pul və 50,62 manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə "xxxx" MMC arasında bağlanmış 04.05.2019-cu il il tarixli müqavilələrə əsasən, cavabdeh, Dect Panasonic markalı telefon, Anhel yumsaq-kunc mebel əşyası, transformer qonaq jurnal masası, Hoffman markalı soyuducu, Led markalı televizor, Toshiba markalı kondisioner, tefal çaynik almışdır. Cavabdeh 04.05.2019-cu il tarixdə götürdüyü Anhel yumsaq-kunc mebel əşyasını 13.05.2019-cu il tarixinə qədər istifadə etdikdən sonra məhsul 1752 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Daha sonra müqavilələr üzrə heç bir ödəniş aparılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh həmin bildirişi qəbul etmiş, lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazlarını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 04.05.2019-cu il tarixdə 00644025 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən ümumi dəyəri 2088 manat olan Anhel yumsaq-kunc mebel əşyasını, transformer qonaq jurnal masası, yeni qızıl zəmanət xidməti olmaqla Cavabdeh nisyə satılmış və cavabdeh 24 ay müddətində ödəniş cədvəli üzrə hər ay 87 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 04.05.2019-cu il tarixdə 00644050 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən ümumi dəyəri 2299 manat olan Hoffman markalı soyuducu, Hoffman Led markalı televizor, Toshiba markalı kondisioner, tefal çaynik, yeni qızıl zəmanət xidməti olmaqla Cavabdeh nisyə satılmış və cavabdeh 11 ay müddətində ödəniş cədvəli üzrə hər ay 209 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 04.05.2019-cu il tarixdə 00644076 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən ümumi dəyəri 150 manat olan Dect Panasonic, quraşdırma xidməti olmaqla Cavabdeh nisyə satılmış və cavabdeh 6 ay müddətində ödəniş cədvəli üzrə hər ay 25 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 04.05.2019-cu il tarixli müqavilələr üzrə 150 manat ödənilməmiş hissə, 15 manat cərimə borcu, 336 manat ödəniməmiş hissə, 33 manat cərimə və 2299 manat ödəniməmiş hissə, 229 manat cərimə borcu olmaqla ümumilikdə 3062 manat məbləğində borcu mövcuddur. İşin araşdırılmış hallarından müəyyən edilmişdir, iş üzrə tərəflər arasında 04.05.2019-cu il tarixli nisyə alğı-satqı müqavilələr bağlanmış, həmin müqavilələrə əsasən cavabdeh iddiaçıdan əşyalar almış və həmin əşyaların qiymətini müvafiq ödəniş cədvəli üzrə ödəməsi barədə öhdəlik götürmüşdür. 04.05.2019-cu il tarixdə 00644025 saylı müqavilə üzrə nisyə aldığı Anhel yumsaq-kunc mebel əşyası cavabdeh tərəfindən geri qaytarıldıqdan sonra həmin əşyanın qiyməti 1752 manat qiymətləndirilməklə həmin müqavilə üzrə borcdan silinmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, cavabdeh tərəfindən nisyə alğısatqı müqavilələri üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və onun ümumilikdə 3062 manat məbləğində borcu qalmışdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı göstərilən nisyə alqı-satqı müqaviləsinin şərtlərinin icrasını, yəni ödənilməmiş əsas borc məbləğlərinin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Eyni zamanda iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 150 manat məbləğində əsas borca münasibətdə 15 manat cərimə pulunun, 336 manat məlbləğində əsas borca münasibətdə 33 manat cərimə pulunun və 2299 manat məlbləğində əsas borca münasibətdə 2229 manat cərimə pulunun cavabdehdən tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 150 manat məbləğində əsas borca münasibətdə 5 manat cərimə, 336 manat məlbləğində əsas borca münasibətdə 10 manat cərimə və 2299 manat məbləğində əsas borca münasibətdə 40 manat cərimə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsaəsn işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 04.05.2019-cu il tarixli 00644076 saylı müqavilə üzrə 150 manat ödənilməmiş hissə, 5 manat cərimə borcu, 04.05.2019-cu il tarixli 00644025 saylı müqavilə üzrə 336 manat ödəniməmiş hissə, 10 manat cərimə, 04.05.2019-cu il tarixli 00644050 saylı müqavilə üzrə 2299 manat ödəniməmiş hissə, 40 manat cərimə borcu olmaqla cəmi 2840 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 50,62 manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 04.05.2019-cu il tarixli 00644076 saylı müqavilə üzrə 150 manat ödənilməmiş hissə, 5 manat cərimə borcu, 04.05.2019-cu il tarixli 00644025 saylı müqavilə üzrə 336 manat ödəniməmiş hissə, 10 manat cərimə, 04.05.2019-cu il tarixli 00644050 saylı müqavilə üzrə 2299 manat ödəniməmiş hissə, 40 manat cərimə borcu olmaqla cəmi 2840 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 50,62 manat alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-4458/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4458/2021
03.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver