Məhkəmə qərarları › İş №2(003)-4462/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4462/2021

09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4462/2021 09.12.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 23.08.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********88364 və **********88349 olan 2 ədəd HOFFMANN X Ultra markalı telefonlar üçün 291.6 manat ödənilməmiş hissə, 29.4 manat cərimə pulu, 05.01.2020-ci il tarixli müqaviləyə əsasən Acer Aspire markalı notebook üçün 923 manat ödənilməmiş hissə, 92 manat cərimə borcu, cəmi 1336 manat və 33.36 manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə "xxxx" MMC arasında bağlanmış 23.08.2019-cu il tarixli və 05.01.2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh İMEİ kodu **********88364 və **********88349 olan 2 ədəd HOFFMANN X Ultra markalı telefonlar, Acer Aspire markalı notebook almış və nəticədə 1336 manat borc yaranmışdır. Cavabdeh 23.08.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 540 manat olan İMEİ kodu **********88364 və **********88349 olan 2 ədəd HOFFMANN X Ultra markalı telefonlar üçün ümumilikdə 321 manat olmaqla ondan 291.6 manat ödənilməmiş hissə, 29.4 manat cərimə, 05.01.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1150.2 manat olan Acer Aspire markalı notebook üçün ümumilikdə 1015 manat olmaqla ondan 923 manat ödənilməmiş hissə, 92 manat cərimə borcu hesablanmışdır. Cavabdeh cəmi 475.6 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 23.08.2019-cu il tarixdə 00864014 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 540 manat olan İMEİ kodu **********88364 və **********88349 olan 2 ədəd HOFFMANN X Ultra markalı telefonlar Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 30 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 05.01.2020-ci il tarixdə 20013980 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 1150.2 manat olan X1 Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 63.9 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 23.08.2019-cu il tarixli müqavilə üzrə 291.6 manat ödənilməmiş hissə və 29.4 manat dəbbə borcu, 05.01.2020-ci il tarixli müqavilə üzrə 923 manat ödənilməmiş hissə, 92 manat dəbbə borcu mövcuddur. İş materialları ilə müəyyən edilir ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Hazırkı iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 385.1, 442, 462.1, 600.1, 600.4-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, cavabdeh tərəfindən nisyə alqısatqı müqavilələri üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və onun ümumilikdə hər iki müqavilə üzrə 1214.4 manat ödənilməmiş əsas borcu və müqavilə şərtlərinə uyğun olaraq hesablanmış 121.4 manat cərimə borcu qalmışdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı göstərilən nisyə alqı-satqı müqaviləsinin şərtlərinin icrasını, yəni ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Eyni zamanda hazırkı iddia ərizəsi cavabdehə rəsmi qaydada verilsə də, 10 (on) iş günü müddətində iddia tələbinə qarşı etiraz etməməklə onu mübahisələndirməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə müqavilə üzrə ödənilməmiş 1214.4 manat əsas borc və müqavilə şərtlərinə uyğun olaraq gecikdirilmiş hərgün üçün hesablanmış 121.4 manat cərimə (dəbbə) tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş hökumət ödəniş portalından görünür ki, iddiaçı tərəfindən 33.36 (otuz üç manat otuz altı qəpik) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 33.36 (otuz üç manat otuz altı qəpik) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 23.08.2019-cu il tarixdə 00864014 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən 291.6 manat ödənilməmiş hissə, 29.4 manat cərimə, 05.01.2020-ci il tarixdə 20013980 saylı alqı-satqı müqaviləsinə əsasən 923 manat ödənilməmiş hissə, 92 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 33.36 (otuz üç manat otuz altı qəpik) manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 23.08.2019-cu il tarixdə 00864014 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 291.6 manat ödənilməmiş hissə, 29.4 manat cərimə, 05.01.2020-ci il tarixdə 20013980 saylı alqı-satqı müqaviləsinə əsasən 923 manat ödənilməmiş hissə, 92 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 33.36 manat, ümumilikdə 1369,36 (bir min üç yüz altmış doqquz manat otuz altı qəpik) manat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar