Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4487/2025 02.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin maraqlı şəxs qismində cəlb edildiyi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi
1. Ərizəçi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra “1 saylı Bakı Ərazi İdarəsi”) maraqlı şəxs qismində cəlb edildiyi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin təmin olunmasını; Bakı şəhəri Xəzər Rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, ölüm şəhadətnaməsində və digər hüquqmüəyyənedici sənədlərdə qeyd olunan X5, Azərbaycan SSR Komunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin invertarlaşdırılmasına və qiymətləndirilməsinə aid 80 № li pasportda qeyd olunan X6 ilə eyni şəxs olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırmışdır ki, Ərizəçi xx.xx.1963-cü ildə Bakı şəhərində anadan olmaqla, hal hazırda yuxarıda qeyd olunan ünvanda ailəsilə birlikdə yaşayır. Ərizəçinin mərhum nənəsi X10 1907-ci ildə Bakı şəhərində anadan olmuş və xx.xx.1977ci ildə xəstəliyi ilə bağlı vəfat etmişdir. 1962-ci ildə X7 aid Azərbaycan SSR Komunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin invertarlaşdırılmasına və qiymətləndirilməsinə aid 80 № li X1 olduğu halda X2 qeyd olunmuşdur. X7 aid Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(003)- 2548/2025 saylı qətnaməsində və Xəzər Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ölüm şəhadətnaməsində X5 ata adı doğru olaraq qeyd olunmuşdur. Bu səbəbdən də X5 Azərbaycan SSR Komunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin invertarlaşdırılmasına və qiymətləndirilməsinə aid 80 № li Pasportda qeyd olunan X6 ilə eyni şəxs olması faktı müəyyənləşdirilməlidir.
3. Daha sonra Ərizəçi xx.xx.2025-ci il tarixdə dəftərxana vasitəsilə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X3 adına Azərbaycan SSR Komunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin invertarlaşdırılmasına və qiymətləndirilməsinə aid pasportun, xx.xx.2025-ci il tarixli, AZ İİ № 521493 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən xx.xx.1977-ci ildə vəfat etmiş X7 məxsus olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. O, həmçinin izahatında Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin 1962-ci il tarixli texniki pasportunda olan yanlışlığın aradan qaldırılması üçün 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edildiyini, lakin onlardan bununla bağlı imtina alındığını, hazırda nənəsi vəfat etmiş olsa da, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin 1962-ci il tarixli texniki pasportunda edilmiş yanlışlığa görə hələ də ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsində iddiaçının nənəsinin mülkiyyətçi kimi qeyd olunduğunu bildirmiş və qeyd olunan problemin aradan qaldırılması üçün məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxsə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
7. 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır.
8. 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
9. 307.2.5-ci maddəsinə əsasən, məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır.
10. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli, 3 saylı Qərarının:
11. 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.
12. 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.
13. 6.1-ci bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər.
14. 6.3-cü bəndinə əsasən, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır.
15. Belə ki, iş materiallarında olan ev dəftərindən görünür ki, həmin dəfərdə X10 və Ərizəçi doğum tarixi, milliyəti və harada doğulması barədə məlumatlar qeyd olunmuşdur.
16. Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair X4 texniki pasport verilmişdir.
17. AA seriyalı 411265 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.1928-ci il tarixdə anadan olmuş, atası Atakişiyev Əlixandır.
18. AЗ seriyalı 405461 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.1963-cü il tarixdə anadan olmuş, atası X9r.
19. İİİ-ЖГ seriyalı 376891 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, Atakişiyev ....... Əlixan oğlu 8 may 1987-ci il tarixdə ölmüşdür.
20. AZ-İİ seriyalı 223612 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2021-ci il tarixdə ölmüşdür.
21. AZ-İİ seriyalı 491775 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.1961-ci il tarixdə ölmüşdür.
22. AZ-İİ seriyalı 188195 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X17 xx.xx.2021-ci il tarixdə ölmüşdür.
23. Xəzər Rayon Məhkəməsinin 2(003)-2548/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, ərizənin təmin olunması, 1907-ci il təvəllüdlü X5 xx.xx.1977-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli olan fakt müəyyən edilmişdir.
24. AZ-İİ seriyalı 521493 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.1977-ci il tarixdə ölmüşdür.
25. 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, paylı mülkiyyətdə olan fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportda hüquq sahibinin ata adı “Mirmövsüm”, ölüm haqqında şəhadətnamədə “Mövsüm” kimi qeyd olunmuşdur. Bu səbəbdən, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.
26. Qeyd olunan sənədlərdən və işin məhkəmə tərəfindən müəyyən edilən hallarından aydın olur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən X5 adına 1962-ci il tarixdə texniki pasport verilmişdir. Lakin bu faktı təsdiq edən hüquqmüəyyənedici sənədin surətindən görünür ki, X5 adı Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən X6 (Атакишиева Салатын Мирмовсум кызы) kimi qeyd edilmişdir. İş materiallarına əlavə olunan X5 Xəzər Rayon Məhkəməsinin 2(003)-2548/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi və X5, ölüm haqqında şəhadətnaməsi və ev dəftəri iddiaçının nənəsinin tam adının “X10” olması faktını təsdiq edir. Lakin hazırda qeyd edilən səhv səbəbindən iddiaçı Ərizəçi ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini və torpaq sahəsini özünün xüsusi mülkiyyətinə keçirə bilmir. Çünki həmin sənəddəki yalnışlığın məhkəmədən kənar qaydada aradan qaldırılması mümkün deyil. Ona görə hüquqi əhəmiyyəti olan həmin faktın yalnız məhkəmə qaydasında müəyyən edilməsinə zərurət vardır.
27. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin 1962-ci il tarixli evlərin invertarlaşdırılmasına və qiymətləndirilməsinə aid 80 nömrəli X1nın adının yazılışında olan fərqliliyin texniki səbəblərdən yaranmış olduğu qənaətinə gəlməklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş 1962-cü il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 80 nömrəli pasportun X7 məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi
Ərizə təmin edilsin. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş 1962-cü il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasportun xx.xx.2025-ci il tarixli AZ İİ № 521493 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən xx.xx.1977-ci ildə vəfat etmiş X7 məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov