Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4492/2021 21.12.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi idarəsi maraqlı şəxs qismində cəlb olunmaqla) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi idarəsi maraqlı şəxs qismində cəlb olunmaqla) xüsusi icraat qaydasında ərizə ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişaf və İstismarı Birliyi tərəfindən verilmiş 20 nömrəli 12 nömrəli 1989-cu il tarixli order və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət X15 05.10.2012-ci il tarixdə 32414 nömrə ilə uçota alınmış sənədin anası X7 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini onunla əsaslandırmışdır ki, anası X13 24.03.1999cu il tarixdə vəfat etmişdir. Anasının bütün sənədlərində atasının adı Qiryət qızı kimi qeyd olunmuşdur, lakin anası üçün ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi, 627 v/1 saylı bağ evi tikintisi üçün ayrılmış 0,12 ha torpaq sahəsinə dair Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişaf və İstismarı Birliyi tərəfindən verilmiş 20 nömrəli 12 noyabr 1989cu il tarixli orderdə atasının adı «Barat» kimi yazılmışdır. Onlar da savadsız insanlar olduğu üçün heç fikir verməmişdirlər ki, ata adı düzgün yazılmayıb. Həmin vaxt Dövlət təşkilatlarında rus dilli əməkdaşlar işlədiyi üçün onların adlarını düzgün yazmırdılar. 20 nömrəli 12 noyabr 1989-cu il tarixli order əsasında da Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Dövlət X15 05.10.2012-ci il tarixdə 32414 nömrə ilə uçota alınarkən anasının atasının adı yenə də «Barat» kimi qeyd edilmişdir. X1 adına olan Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 0,12 ha ərazisini özəlləşdirmək qərarına gəlmişdir. Sənədləri gözdən keçirərkən ona məlum olmuşdur ki, həmin sənədlərdə anasının ata adı Qiryət olduğu halda «Barat» kimi qeyd edilmişdir. Hal-hazırda bağ sahəsinə dair mülkiyyət hüquqlarını həyata keçirmək məqsədilə qeyd olunan yanlışlığın aradan qaldırmaq üçün ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qeyd olunanlara əsasən, Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişaf və İstismarı Birliyi tərəfindən verilmiş 20 nömrəli 12 nömrəli 1989-cu il tarixli order və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət X15 05.10.2012-ci il tarixdə 32414 nömrə ilə uçota alınmış sənədin anası X7 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 bildirdi ki, ərizəçi onun qonşusudur. O, mərhum Əminə xanımı çox görmüşdür. Əminənin atasının adı Qiryət olub. Əminə 1999-cu ildə vəfat edib. Digər şahid, X2 məhkəmə iclasında bildirmişdir ki, ərizəçi ilə bir həyətdə böyümüşlər. Oqtayın anası Əminə xanım olub. Əminənin atasının adı Qiryət olub. O eşitmişdir ki, Əminə xanıma torpaq sahəsi verilib, lakin sənəddə Əminənin atasının adını səhv yazıblar. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 anası X8r. İş materiallarına əlavə edilmiş Bakı şəhər notariusunun məktubundan görünür ki, 24 mart 1999-cu ildə vəfat etmiş X6 vərəsəsi Ərizəçidur. İş materiallarına Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişaf və İstismarı Birliyi tərəfindən X11 (sənəddə olduğu kimi: X24) verilmiş 20 nömrəli 12 nömrəli 1989-cu il tarixli orderin surəti əlavə olunmuşdur. İş materiallarına X7 aid analıq haqqında medalın vəsiqəsi və əmək kitabçasının surəti əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş X3 və İstismarı Birliyinin 02.04.2007-ci il tarixli məktubunun surətindən görünür ki, 30 avqust 1989-cu il tarixli 9/333 nömrəli Bakı şəhər İcra Hakimiyyətinin qərarı ilə Türkan bağlar sahəsindən 0.12 ha torpaq sahəsi ilə 98 nömrəli BTKnın nəzdində 627b/1 nömrəli bağ X9 icarəsinə verilmişdir. İş materiallarına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət X15 05.10.2012-ci il tarixdə 32414 nömrə ilə uçota alınmış, X12 məxsus torpaq sahəsinin plan və ölçüsü əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 24.03.1999-cu il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 21.10.2021-ci il tarixli məktubundan görünür ki, elektron kadastr məlumatlarına əsasən Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 627v/1 saylı bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd olunmamışdır. Həmçinin hüquq sahibinin ata adında uyğunsuzluq mövcuddur. Belə ki, ölüm haqqında şəhadətnamədə hüquq sahibinin ata adı Qiryət qeyd olunsa da, hüquqmüəyyənedici sənədlərdə Barat kimi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasmm mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 309-cu maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunan sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişaf və İstismarı Birliyi tərəfindən verilmiş 20 nömrəli 12 nömrəli 1989-cu il tarixli orderdə və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət X15 05.10.2012-ci il tarixdə 32414 nömrə ilə uçota alınmış torpaq sahəsinin plan və ölçü sənədində “X16” olaraq qeyd edilmiş şəxslə ərizəçinin X1 eyni şəxs olmaları faktı tam təsdiq olunduğundan və faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişaf və İstismarı Birliyi tərəfindən verilmiş 20 nömrəli 12 nömrəli 1989-cu il tarixli orderin və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət X15 05.10.2012-ci il tarixdə 32414 nömrə ilə uçota alınmış torpaq sahəsinin plan və ölçü sənədinin 24 mart 1999-cu ildə vəfat etmiş X7 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-4492/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4492/2021
21.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver