Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-45/2022 28.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Cavabdeh X1 nümayəndəsi X2 və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı bağlanmış yolun açılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən bağ sahəsinin ərazisinin yaxınlığında inşa edilmiş hasar cavabdehin şəxsi vəsaiti hesabına sökülməsi, Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan, 9 N saylı bağ sahəsinə gedən keçid yolun tam şəkildə açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan, 9N saylı torpaq sahəsi 23 aprel 2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında alınmışdır. Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlanda yerləşən torpaq sahəsi üzərində 9 N saylı bağ evi tikilmiş, bağ evinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 23 iyul 2020-ci il tarixli ********** qeydiyyat saylı çıxarış verilmişdir. Həmin torpaq sahəsini alan zaman, gediş-gəliş üçün qonşuların ümumi istifadəsində yol olmuşdur. Torpaq sahəsini alarkən ərazidə kiçik yarım tikili olmuş, həmin yarım tikilini sökdükdən sonra qonşusu Cavabdeh heç bir razılıq olmadan ümumi istifadədə olan yolu öz mülkiyyətinə qataraq mövcud yolu bğlamışdır. O cavabdehə torpaq sahəsinin plan və cizgisinə uyğun olaraq yolunun açılmasını dəfələrlə bildirsə də o, buna məhəl qoymamış və torpaq sahəsini hasara almışdır. Xəzər rayon Polis İdarəsinə bununla bağlı müraciət etsə də, ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə cavabdehin iştiakı olamdan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh X1 vəkili Nümayəndə1 iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X1 nümayəndəsi X4 iddianın rədd edilməsini xahiş etdi. Həmçinin İddiaçı iddianın baxılmamış saxlanıması barədə ərizəsinə münasibtədə işə mahiyyəti üzrə baxılmasını xahiş edərək, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********02 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilib, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən ölçülmüş ərazi elektron kadastr baza məlumatlarına əsasən araşdırılmışdır. İddiaçı məxsus, Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan, 9N saylı bağ sahəsinin qonşuluğunda yerləşən cavabdeh X3 məxsus, sahəsi 600 kv.m olan 9Z saylı bağın (faktiki sahəsi 980 kv.m-dir) hasarlanmış torpaq sahəsi istiqamətində iddiaçıya məxsus keçid yolu mövcud deyil və əvvəlki illərin (2009-2021-ci illər) peyk görüntülərində (ortofoto) keçidin olması barədə heç bir məlumat yoxdur. Belə ki, **********62 reyestr nömrəli çıxarışa əsasən iddiaçıya məxsus, sahəsi 300 kv.m olan 9N saylı hasarlanmış bağın (faktiki sahəsi 582 kv.m-dir) yolu Şüvəlan qəsəbəsi, 2-ci Şüvəlan küçəsi, **********34 reyestr nömrəli çıxarışa əsasən cavabdehə məxsus, sahəsi 600 kv.m olan 92 saylı hasarlanmış bağın yolu isə Şüvəlan qəsəbəsi, 1-ci Şüvəlan küçəsindəndir. Cavabdeh X3 **********62 reyestr nömrəli çıxarışa əsasən sahəsi 600 kv.m olan 9Z saylı bağ, faktiki sahəsi 980 kv.m olan hasarlanmış torpaq sahəsinin daxilində yerləşir. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmənin xx.xx.2021-ci il tarixli 2(003)-1272/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə təyin edilmiş ekspertiza tədqiqatının nəticəsi olaraq məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus, Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan, 9N saylı bağ sahəsinin qonşuluğunda yerləşən cavabdeh X3 məxsus, sahəsi 600 kv.m olan 9Z saylı bağın (faktiki sahəsi 980 kv.m-dir) hasarlanmış torpaq sahəsi istiqamətində iddiaçıya məxsus keçid yolu mövcud deyil və əvvəlki illərin (2009-2021-ci illər) peyk görüntülərində (ortofoto) keçidin olması barədə heç bir məlumat yoxdur. Belə ki, **********62 reyestr nömrəli çıxarışa əsasən iddiaçıya məxsus, sahəsi 300 kv.m olan 9N saylı hasarlanmış bağın (faktiki sahəsi 582 kv.m-dir) yolu Şüvəlan qəsəbəsi, 2-ci Şüvəlan küçəsi, **********34 reyestr nömrəli çıxarışa əsasən cavabdehə məxsus, sahəsi 600 kv.m olan 92 saylı hasarlanmış bağın yolu isə Şüvəlan qəsəbəsi, 1-ci Şüvəlan küçəsindəndir. Cavabdeh X3 **********62 reyestr nömrəli çıxarışa əsasən sahəsi 600 kv.m olan 9Z saylı bağ, faktiki sahəsi 980 kv.m olan hasarlanmış torpaq sahəsinin daxilində yerləşir. Göründüyü kimi iddiaçı, Cavabdeh tərəfindən bağ sahəsinin ərazisinin yaxınlığında inşa edilmiş hasarın cavabdehin şəxsi vəsaiti hesabına sökülməli olduğunu və Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan, 9 N saylı bağ sahəsinə gedən keçid yolun tam şəkildə açılmalı olduğunu iddia etsə də, mütəxəssis rəyi əsasında cavabdeh X3 məxsus, sahəsi 600 kv.m olan 9Z saylı bağın (faktiki sahəsi 980 kv.m-dir) hasarlanmış torpaq sahəsi istiqamətində iddiaçıya məxsus keçid yolu mövcud olmadığı və əvvəlki illərin (2009-2021-ci illər) peyk görüntülərində (ortofoto) keçidin olması aşkar edilməmiş, həmçinin cavabdeh X3 **********62 reyestr nömrəli çıxarışa əsasən sahəsi 600 kv.m olan 9Z saylı bağ, faktiki sahəsi 980 kv.m olan hasarlanmış torpaq sahəsinin daxilində yerləşdiyi aşkar edilmişdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X3 qarşı bağlanmış yolun açılması tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh X3 qarşı cavabdeh tərəfindən bağ sahəsinin ərazisinin yaxınlığında inşa edilmiş hasar cavabdehin şəxsi vəsaiti hesabına sökülməsi, Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan, 9 N saylı bağ sahəsinə gedən keçid yolun tam şəkildə açılması barədə iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-45/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-45/2022
28.09.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver