Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-451/2022 19.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə bağlanmış 30 iyul 2020-ci il tarixli UNİ-3060 saylı “Daxili lizinq” müqavlləsi ləğv edilməsi, Lizinq obyekti olan 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA511656 ban, 211132562DFCX0238 mühərrik nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı ASC-nə geri qaytarılması, Cavabdeh 30 iyul 2020-ci il tarixli UNİ-3060 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 27 noyabr 2021-ci il tarixə 2020.05 manat gecikdirilmiş əsas, 111.87 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 476.79 manat dəbbə pulu, cəmi 2608.71 manat borc və ödənilmiş 46.49 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sonradan İddiaçı ASC məhkəməyə elektron ərizə ilə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə, ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır. Mülki işin materiallarından görünür ki, İddiaçı ASC tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı 81,86 manat dövlət rüsumu ödənilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.1, 260.6, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş (25.11.2021-ci il tarixli ********* qəbz nömrəsi) 46,49 manat dövlət rüsumu İddiaçı ASC dövlət büdcəsindən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-451/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-451/2022
19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver