Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4543/2025 25.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri 25 saylı Notariat ofisi göstərilməklə) hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, İşin halları Ərizəçi (maraqlı şəxs Bakı şəhəri 25 saylı Notariat ofisi göstərilməklə) 10.01.19*0-cı il tarixdə vəfat etmiş Məmmədrəfi Murtuzəli oğlunun ölüm haqqında akt qeydinin Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən 12.0*.2025-ci il tarixli arayışda adı qeyd olunan X4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X35 Mursal (X15) oğlu onun atasının babasıdır. X1 1950-ci ildə Bakı şəhərində, Şüvəlan kəndində doğulmuş, xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Atasının doğum haqqında şəhadətnaməsindən də göründüyü kimi babası Kərimbala Məmmədrəfi oğlu onun atası, Zeynəbxanım Heybətəli qızı isə atasının anası olmuşdur. Nənəsi olan Zeynəbxanımın SSRİ pasportunun əsli ondadır və həmin pasportdan da göründüyü kimi Kərimbala Məmmədrəfi oğlu onun əri olmuşdur. Əlavə etdiyi sənədlərdən göründüyü kimi o, atası, babası və babasının atası Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Vidadi küçəsi, ev 4*da qeydiyyatda olmaqla yaşamışlar. Babasının atası olan X35 Mursal (X15) oğlunun adına Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Vidadi küçəsi, ev 4* ünvanı üzrə19*2-ci il tarixli texniki passport tərtib olunmuşdur. Lakin təqdim edilən sənədlərdən də göründüyü kimi X8 10.01.19*0-cı il tarixdə vəfat etmişdir. Vərəsəlik işinin açılmasına dair 25 saylı Notariat ofisinin məktubunda hüquq sahibinin 19*0-cı ildə vəfat etməsi qeyd edildiyindən sonuncunun adına 19*2-ci il tarixdə tərtib olunmuş texniki pasport arasında uyğunsuzluq saydığından torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişlər. Bakı şəhəri 25 saylı Notariat ofisinin xx.xx.2023-cü il tarixli Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə ünvanladığı məktubdan da göründüyü kimi mən 19*0-cı ildə vəfat etmiş X2 vərəsəsidir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 210/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Vidadi küçəsi, ev 4* ünvanına dair 19*2-ci il tarixli texniki pasportun X5 (19*0-cı il tarixdə vəfat etmiş) məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmişdir. Daha sonra o, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və X32 şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən 12.0*.2025-ci il tarixli arayış əldə etdi. Vərəsəlik hüququ haqqında şəhadətnamənin əldə olunması üçün Bakı şəhəri 25 saylı Notariat ofisinə müraciət etsə də 11 sentyabr 2025-ci il tarixdə cavab məktubunda xx.xx.2025-ci il tarixdə vəfat etmiş atasının babası ilə bağlı təqdim olunmuş səbədlər araşdırılarkən müəyyən edilmişdir ki, hüquqmüəyyənedici sənəddə mülkiyyətçi fərqli şəxs qeyd edilmişdir. Atasının babası ölüm haqqında akt qeydində Məmmədrəfi Murtuzəli, bəzi sənədlərdə isə X9 qeyd edilmişdir. xx.xx.2025-ci il tarixli Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinin məktubundan göründüyü kimi atasının babasının adı Məmmədrəfi Murtuzəli kimi qeyd edilmişdir. Göstərilən faktın müəyyən edilməsi mənə evin sənədləşdirilməsi üçün lazımdır və bu faktın başqa qaydada müəyyən edilməsi mümkün olmamışdır. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən Ərizəçi və onun nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri 25 saylı Notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onların nümayəndələrsi məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində göstərdi ki, mərhum Murtuzəli onun atasının babasının atası olub, Məmmədrəfi isə atasının babasıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, X27 babası olub, ona Məmmədrəfi deyə müraciət ediblər. Müzəffər isə Məmməd Rəfinin nəvəsidir, Rəfiqə isə Müzəffərin yoldaşı. Mərhum atası 2009-cu il tarixdə vəfat edib. Həmin vaxt Sevda ilə birgə yaşayırdılar. X34 qəsəbəsində yaşayıb. İş materiallarına əlavə olunmuş sənədlər Bakı şəhəri 25 saylı Notariat ofisinin xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, Ərizəçi vərəsəlik şəhadətnaməsinin verilməsində imtina edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Kərimbala Məmmədrəfi oğlu, anası Zeynəbxanım Heybətəli qızı olan X14 xx.xx.1950-ci ildə Şüvəlan qəsəbəsində doğulmuşdur. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X12 arasındakı nikah 2*.0*.1973-cü il tarixdə, 271 saylı nikah akt qeydi üzrə qeydə alınmış, ərə “Məmmədov”, arvada “Məmmədova” soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1, anası X7 olan Ərizəçi xx.xx.1975-ci ildə Bakı şəhərində doğulmuşdur. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2014-cu il tarixə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 1*.07.1993-cu il tarixə vəfat etmişdir. Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən 12.0*.2025-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Vidadi küçəsi, ev 4* ünvanı xüsusi mülkiyyət növü ilə X* məxsusdur. 10.02.19*0-cı il tarixli 29 saylı ölüm haqqında akt qeydinin sürətindən görünür ki, Məmmədrəfi Murtuzəli oğlu 10.01.19*0-cı il tarixdə vəfat etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218.1. qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 307.2.5. Şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi, hüquq əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər Məhkəmə tərəfindən müəyyən edilir. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri" haqqında Azərbaycan Respublikası Qanununun Maddə 1*.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Maddə 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmənin mövqeyi Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən 12.0*.2025-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Vidadi küçəsi, ev 4* ünvanı xüsusi mülkiyyət növü ilə X* məxsusdur. ölüm haqqında akt qeydinin sürətindən görünür ki, X3 ad soyad və ata adı fərqlı “Məmmədrəfi Murtuzəli oğlu” kimi qeyd edilmişdir. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir və bununla yanaşı, həmin faktın məhz məhkəmə qaydasında müəyyən olunması nəzərdə tutulmuşdur. Məhkəmə tərəfləri və şahid ifadələrini nəzərər alaraq hesab edir ki, mübahisə sənəddə qeyd edilən şəxslə X3 eyni şəxs olması qənaətə gəlməyə tam əsas verir. Belə olan halda, ərizəçinin mövcud ərizəsi əsaslıdır. Göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, 10.01.19*0-cı il tarixdə vəfat etmiş Məmmədrəfi Murtuzəli oğlunun ölüm haqqında akt qeydinin Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən 12.0*.2025-ci il tarixli arayışda adı qeyd olunan X4 məxsus olması ilə bağlı hüquqi fakt məhkəmə araşdırması zamanı tam təsdiq olunduğundan həmin faktın müəyyən edilmiş hesab olunması barədə qətnamə çıxarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 21*-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. 10.01.19*0-cı il tarixdə vəfat etmiş Məmmədrəfi Murtuzəli oğlunun ölüm haqqında akt qeydinin Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən 12.0*.2025-ci il tarixli arayışda adı qeyd olunan X4 məxsus olması na dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-4543/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4543/2025
25.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver