Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-455/2024 23.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək H.Z.Tağıyev adına NQÇİ-nin müdiriyyətinin və “Bahar” bağçılıq təsərrüfatının xx.xx.2005-ci il tarixli birgə iclasının 23 saylı protokolunun və H.Z.Tağıyev adına NQÇİ-nin bağçaçılıq birliyinin 31 nömrəli, xx.xx.2005-ci il tarixli biletinin xx.xx.1939-cu il təvəllüdlü X5 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 1939-cu il tarixdə anadan olmuş X7 onun doğma atasıdır. O, atasından ona miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun cənub hissədində yerləşən “1/257” saylı torpaq sahəsini özəlləşdirmək istəyirdi. Bunun üçün o, cavabdehə həmin torpaq sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmişdir. Lakin daşınmaz əmlakın hüquqi qeydiyyata alınması zamanı iş üzrə maraqlı şəxs onun tələbini təmin etməyərək 28 fevral 2023-cü il tarixli, 3-213-30/2-6434/2023 ***- *******4 saylı məktubla sənədlərdə uyğunsuzluq olduğunu bildirərək özəlləşdirməkdən imtina etmişdir. Reyestr xidməti ona bildirmişdir ki, onun mərhum atası X4 X7 ilə eyni şəxs olduğunu təsdiq edən sənəd - məhkəmə qərarı təqdim edildiyi halda onun sorğusuna yenidən baxıla bilər. Onun atasının adına olan torpağa dair və H.Z.Tağıyev adına NQÇİnin müdiriyyətinin və “Bahar” bağçılıq təsərrüfatının 09 sentyabr 2005-ci il tarixli birgə iclasının 23 saylı protokolundan çıxarışda və kitabçada atasının adı “Şiyab” əvəzinə “Siyab” yazılmışdır. Atasının doğum haqqında şəhadətnaməsində, evlənmək haqqında şəhadətnaməsində, ölüm haqqında şəhadətnaməsində adı Şiyab, atasının adı Hənifə, soyadı isə Sucayev göstərilmişdir. Onun doğum haqqında şəhadətnaməsində soyadı X3 göstərilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmunun uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, həmin faktın müəyyən edilməsinin ona mirasın qəbulu üçün lazım olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Məhkəmə, iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir. İş materiallarında olan: Lerik rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 19 aprel 2023-cü il tarixli, 89 nömrəli arayışdan görünür ki, X9 28 mart 1939-cu ildə Lerik rayonunun Nuravud kəndində anadan olmuşdur. АЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1976-cı il tarixdə anadan olmuşdur. X1r. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1976-cı il tarixdə anadan olmuşdur. AZ-İ seriyalı, 530134 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2012-ci il tarixdə ölmüşdür. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını və işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir və bununla yanaşı, həmin faktın məhz məhkəmə qaydasında müəyyən olunması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, işin tədqiq olunan halları Buzovna qəsəbəsi, 1 saylı bağ təsərrüfatı, 257 №-li bağın verilməsi barədə H.Z.Tağıyev adına NQÇİ-nin müdiriyyətinin və “Bahar” bağlıçılq təsərrüfatının 09 sentyabr 2005-ci il tarixli birgə iclasının 23 saylı protokolunun və üzvlük barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Quruda Neft və X2 neft-qaz çıxarma idarəsinin “Bahar” bağçılıq birliyinin 31 nömrəli, 09 sentyabr 2005ci il tarixli biletinin X5 məxsus olması barədə qənaətə gəlməyə tam əsas verir. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, Buzovna qəsəbəsi, 1 saylı bağ təsərrüfatı, 257 №-li bağın verilməsi barədə H.Z.Tağıyev adına NQÇİ-nin müdiriyyətinin və “Bahar” bağlıçılq təsərrüfatının 09 sentyabr 2005-ci il tarixli birgə iclasının 23 saylı protokolunun və üzvlük barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Quruda Neft və X2 neft-qaz çıxarma idarəsinin “Bahar” bağçılıq birliyinin 31 nömrəli, 09 sentyabr 2005-ci il tarixli biletinin xx.xx.1939-cu il tarixdə doğulmuş, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X5 məxsus olması ilə bağlı hüquqi fakt məhkəmə araşdırması zamanı tam təsdiq olunduğundan həmin faktın müəyyən edilmiş hesab olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 305, 307, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Buzovna qəsəbəsi, 1 saylı bağ təsərrüfatı, 257 №-li bağın verilməsi barədə H.Z.Tağıyev adına NQÇİ-nin müdiriyyətinin və “Bahar” bağlıçılq təsərrüfatının 09 sentyabr 2005-ci il tarixli birgə iclasının 23 saylı protokolunun və üzvlük barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Quruda Neft və X2 neft-qaz çıxarma idarəsinin “Bahar” bağçılıq birliyinin 31 nömrəli, 09 sentyabr 2005-ci il tarixli biletinin xx.xx.1939-cu il tarixdə doğulmuş, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X5 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-455/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-455/2024
23.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver