Məhkəmə qərarları › İş №2(003)-46/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-46/2022

10.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-46/2022 10.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı cavabadehlər Cavabdeh1, Bakı şəhəri 7 saylı Xüsusi notariat ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabadehlər Cavabdeh1, Bakı şəhəri 7 saylı Xüsusi notariat ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən A tikilisi ümumi sahəsi 79.8 kv.metr 2 otaqdan və B tikilisi ümumi sahəsi 57.9 kv.metr 1 otaqlı fərdi yaşayış evindən ¼ hissədə pay hüququnun müəyyən edilməsinə dair Bakı şəhəri 7 saylı Notariat Ofisi tərəfindən verilmiş 23 sentyabr 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni etibarsız hesab edilməsi və həmin ünvanda Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 onun bacısıdır. Onun tərəfindən ona və qardaşı X32 qarşı Bakı şəhər Xəzər Rayon Məhkəməsində “miras əmlakda məcburi payın müəyyən edilməsi və mirasın qəbul edilməsi müddətinin uzadılması” tələbinə dair iddia qaldırılmışdır. Həmin işə baxılan zaman ona məlum olmuşdur ki, hazırki iş üzrə Cavabdeh1 nənəsi X4 miras qalmış ünvan 1 ünvanında yerləşən A tikilisi ümumi sahəsi 79.8 kv.metr 2 otaqdan və B tikilisi ümumi sahəsi 57.9 kv.metr 1 otaqlı fərdi yaşayış evindən ¼ hissədə pay ayrılmış və bununla bağlı 23 sentyabr 2019-cu il tarixində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Sözügedən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsızdır. Belə ki, ünvan 1 ünvanında yerləşən A tikilisi ümumi sahəsi 79.8 kv.metr 2 otaqdan və B tikilisi ümumi sahəsi 57.9 kv.metr 1 otaqlı fərdi yaşayış evi mərhum nənəsi X10 məxsus olmuşdur. O, 19.05.1985-ci il tarixində ölmüş, vərəsəsi X11 olmuşdur. Atasının da 06.08.1998-ci il tarixdə ölməsi ilə əlaqədar olaraq vərəsələri kimi o, İddiaçı, qardaşı X37 və anası X1. İlkin olaraq 17 mart 2017-ci il tarixində onun, qardaşının və anasının müraciət ərizəsi əsasında 7 saylı Notariat Ofisində qeyd edilən miras əmlakla bağlı vərəsəlik işi açılmış, 17 mart 2017-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən X7 vərəsəsi X18 ölməsi ilə əlaqədar olaraq ona məxsus olan miras əmlakın ¼ hissədə İddiaçı, ¼ hissədə qardaşı X37 və ¼ hissədə anası X5 pay hüququ müəyyən edilmişdir. Bundan sonra 17 mart 2017-ci il tarixində X43 və X12 vərəsəlikdən onlara düşən paylarını ona bağışlamışdırlar. Miras əmlakın ¼ hissəsi açıq qalmışdır. Sonradan Cavabdeh1 müraciəti əsasında sözügedən miras əmlaka dair 23 sentyabr 2019-cu il tarixində Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X2 miras əmlakı ilə bağlı 23 sentyabr 2019-cu il tarixli vərəsəlik işi materiallarından məlum olur ki, Cavabdeh1 17 avqust 1995-ci il tarixində ünvan 1 ünvanında qeydiyyatdan çıxmışdır. X11 06.08.1998-ci il tarixdə ölən zaman Cavabdeh1 artıq miras əmlakın yerləşdiyi ünvanda qeydiyyatdan çıxmış (yəni 1995-ci il tarixindən) və bir daha nə o ünvana qeydiyyata düşmüş, nə də ki, orada yaşamamışdır. Beləliklə, cavabdeh özü ünvan 1 ünvanında yerləşən miras əmlaka pay hüququndan imtina etmişdir. O isə bu günədək miras əmlakın yerləşdiyi ünvanda pasport qeydiyyatındayadır və bugünədək orada yaşayır. Digər tərəfdən 7 saylı Notariat Ofisində miras əmlakla bağlı vərəsəlik işi açılmış, 17 mart 2017-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilən zaman ¼ hissədə açıq qalmışdır. Sonradan 23 sentyabr 2019-cu il tarixində Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və Cavabdeh1 miras əmlaka dair ¼ hissədə pay hüququ müəyyən edilmişdir. Lakin vərəsəlik işi materiallarına nəzər saldıqda aydın olur ki, Cavabdeh1 miras əmlakdan ona çatası paya vərəsəlik hüququnun verilməsinə dair ərizəni 26 sentyabr 2019-cu il tarixində vermişdir. Göründüyü kimi ərizənin verilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müddətlərində bir uyğunsuzluq vardır. İlk öncə 23 sentyabr 2019-cu il tarixində Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, bundan sonra pay hüququnun müəyyən edilməsinə dair ərizə verilmişdir. Halbuki ilk öncə ərizə verilməli, müvafiq olaraq ərizəyə baxıldıqdan sonra Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməli idi. Bundan başqa Cavabdeh1 miras əmlakın qəbul edilməsi ilə bağlı mülki qanunvericilikdə nəzərdə tutulmuş müddətləri ötürmüşdür. Belə ki, mərhum X11 06.08.1998-ci il tarixdə ölmüş, lakin Cavabdeh1 ünvan 2 ünvanında yerləşən A tikilisi ümumi sahəsi 79.8 kv/metr 2 otaqdan və B tikilisi ümumi sahəsi 57.9 kv/metr 1 otaqlı fərdi yaşayış evindən ¼ hissədə pay hüququnun müəyyən edilməsi barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə 23 sentyabr 2019-cu il tarixində verilmişdir. Göründüyü kimi Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən də qanun pozuntularına yol verilmişdir. Qanunvericliyin tələblərinə görə miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasa dair şəhadətnamənin verilməsi ilə bağlı müraciət olunduqda notarius birbaşa mirasın qəbuluna dair şəhadətnamə verə bilməz. Bu halda mirasın qəbul edilməsi müddətinin ötürülüb-ötürülməməsi məsələsinin müzakirəsi məhkəmə qaydasında aparılmalıdır. Yalnız bundan sonra Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir. Bundan başqa 7 saylı Notariat ofisi tərəfindən 23 sentyabr 2019-cu il tarixli Cavabdeh1 miras əmlaka pay hüququnu müəyyən edən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilən zaman, mirasın açılmasından 21 il keçməsi nəzərə alınmamışdır. Belə ki, mərhum atam 1998-ci il tarixində ölmüşdür. Cavabdeh1 isə 2019-cu il tarixində miras əmlaka pay hüququnun müəyyən edilməsi üçün notariat ofisinə müraciət etmişdir. Notariat ofisi cavabdehin mirasın açıldığı vaxtdan qanunla müəyyən edilmiş müddət ərzində deyil, 21 il susaraq sonradan müraciət etməsinin səbəbini araşdırmamışdır. Nə də ki, miras əmlak cavabdeh tərəfindən faktiki olaraq qəbul edilməmişdir. Bundan başqa X11nun miras əmlakının bölüşdürülməsinə dair 02 sentyabr 2008-ci il tarixli vərəsəlik işi olmuşdur, 02 sentyabr 2008-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 1 ünvanında yerləşən iki otaqlı “D” tikilisi üzərində o, İddiaçı, qardaşı X37 və anası X5 bərabər paylarda vərəsəlik hüquqları yaranmışdır. Qeyd edilən tarixli vərəsəlik işi materiallarından görünür ki, Cavabdeh1 özü şəxsən ərizə verərək bildirmişdir ki, mərhum X11ndan miras qalmış Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 22 saylı evdən vərəsəlik qəbul etməmişdir və qəbul etmək niyyətində də deyildir. Eyni zamanda qeyd etmişdir ki, gələcəkdə də həmin miras əmlaka dair iddia tələbləri olmayacaqdır. Lakın 7 saylı Notariat ofisi 23 sentyabr 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən Cavabdeh1 vərəsəlikdən imtina ərizəsini nəzərə almamış, Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 22 saylı evdəki “A” və “B” tikilisi üzərində ¼ hissədə Cavabdeh1 pay hüququnu müəyyən etmişdir. Halbu ki, Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 22 saylı evdəki “A” və “B” tikilisi əvvəlcə X2 mülkiyyətində olmuş, həmin əmlaka dair vərəsəlik işi açılan zaman, yəni 17 mart 2017-ci il tarixində mərhum atası ölmüş olduğundan irsi transmissiya qaydasında qeyd edilən əmlaklara atasının vərəsələri kimi İddiaçı, qardaşı X37 və anası X5 pay hüququ müəyyən edilmişdir. Cavabdeh1 isə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 22 saylı evdən vərəsəlik hüquqlarından imtina etməsinə dair ərizə vermişdir. Beləliklə, nənəsi X4 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldirim küçəsi, “A” və “B” tikilisi də cavabdehin vərəsəlikdən imtina etdiyi həmin 22 saylı evdə yerləşdiyindən, onun qeyd edilən ünvanda irsi transmissiya qaydasında nənəsindən miras qalmış “A” və “B” tikilisinə, nə də ki, atasından miras qalmış “D” tikilisinə vərəsəlik hüquqları mövcud deyildir. Cavabdeh irsi transmissiya üzrə mirası almaqdan imtina etmişdir. Məhz yuxarıda qeyd edilən hallar 23 sentyabr 2019-cu il tarixində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənın qanunvericiliyin tələblərinin pozulması ilə verildiyini sübut edir. Odur ki, qeyd edilən şəhadətnamənin məhkəmə qaydasında etibarsız hesab edilərək ləğv edilməsinə zərurət vardır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə dəqiqləşmə barədə ərizə ilə müraciət edərək Cavabdeh1 ünvan 1 ünvanında yerləşən A tikilisi ümumi sahəsi 79.8 kv.metr 2 otaqdan və B tikilisi ümumi sahəsi 57.9 kv.metr 1 otaqlı fərdi yaşayış evindən ¼ hissədə pay hüququnun müəyyən edilməsinə dair Bakı şəhəri 7 saylı Notariat Ofisi tərəfindən verilmiş 27 sentyabr 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni etibarsız hesab edilməsi və həmin ünvanda Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 06.01.2022-ci il tarixli iclasında iddaçı İddiaçı nümayəndəsi və vəkili X22 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 06.01.2022-ci il tarixli iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X26 iddianı etiraf etməyərək bildirdi ki, Cavabdeh1 mübahisəli evdə miras payçısı olmuşdur. Onun notariusda vermiş olduğu ərizədə atasından qalan paydan imtian etmişdir. Hesab edir ki, nənədən qalan paydan imtina etməmişdir. Cavabdeh1 hazırda Şüvəlan qəsbəsində yaşayır. Cavabdeh1 atası 1998-ci ildə vəfat edib və o 2019-cu ilədək mirası qəbul edib. Cavabdeh1 mirasın qəbulu ilə bağlı müraciəti zamanı müddət ötürülməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhəri 7 saylı Xüsusi notariat ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Bakı şəhəri 7 saylı Xüsusi notariat ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə mülki işə cavabdehlər Bakı şəhəri 7 saylı Xüsusi notariat ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsinin iştiakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 17.03.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 19.05.1985-ci il tarixdə ölmüş X6 vərəsəsi X25 idi, lakin X25 06.08.1998-ci il tarixdə vəfat etməsi ilə əlaqədar, nəvəsi İddiaçı ünvan 4 və o miras əmlakdan ¼ hissədə pay almalıdır, gəlini X12 ünvan 4 və o miras əmlakdan ¼ hissədə pay almalıdır, X37 oğlu ünvan 4A və o miras əmlakdan ¼ hissədə pay almalıdır. Miras əmlak ƏMDK-non yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş 30/3236 qeydiyyat nömrəsi ilə 03 nömrəli kitabın 331-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 3 ünvanında yerləşən A tikilisi ümumi sahəsi 79,80 m2 2 (iki) otaqdan və B tikilisi ümumi sahəsi 57,9 m2 1 (bir) otağında yaşayış evindən ibarətdir. Həmin ünvanın D tikilisi 1/3 hissə X31, D tikilisi 1/3 hissə X5 mülkiyyətində qalır. Həmin ünvana ¼ hissə pay açıq qalmışdır. İş materiallarında olan 17.03.2017-ci il tarixli vərəsəlikdə miras payın bağışlanması barədə müqavilənin surətindən görünür ki, X37 və X12 17.03.2017-ci il tarixdə verilmiş 2V/701 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum X3 miras qalmış oğlu ünvan 4 ünvanında yerləşən A tikilisi ümumi sahəsi 79,8 m2 2 (iki) otaqdan və B tikilsi ümumi sahəsi 57,9 m2 1 (bir) otaqdan onlara düşən vərəsəlik payını İddiaçı bağışlamışlar. İş materiallarında olan 02.09.2008-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X19 vərəsələri X12, X37 və İddiaçıdur. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş 29.08.2008-ci il tarixli 11/20857 nömrəli arayışından görünür ki, ünvan 4 daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. ünvan 4 daşınmaz əmlakın “D” tikilisinə X18, “A” və “B” tikilisinə X6 mülkiyyət hüququ qeydə alınmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 19.05.1985-ci il tarixdə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 22.08.1998-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 3591 nömrəli arayışdan görünür ki, X25 ölən günə kimi ünvan 4 ünvanında X16, X37, X8, X36, X13 və İddiaçı qeydiyyatda olmaqla yaşamışlar. İş materiallarında olan 06 avqust 1998-ci ildə vəfat etmiş X18 vərəsəlik işi ilə bağlı Cavabdeh1 Bakı şəhəri 7 saylı dövlət notariat konoruna təqdim etdiyi ərizədən görünür ki, Cavabdeh1 X11ndan miras qalmış Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi A.İldırım (26 Bakı Komissarı) küçəsi 22 saylı evdən vərəsəlik qəbul etməmiş və qəbul etmək niyyətində də deyildir. Gələcəkdə bu barədə iddia tələbi olmayacaqdır. İş materiallarında olan 27.09.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 19.05.1985-ci il tarixdə ölmüş X6 vərəsəsi oğlu X25 idi, lakin X18 06.08.1998-ci il tarixdə vəfat etməsi ilə əlaqədar, nəvəsi Cavabdeh1 ƏMDK-nin yanında Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 24.06.1992-ci il tarixdə X9 verilmiş 30/3236 qeydə alınma nömrəsi ilə 03 nömrəli kitabın 331-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 4 ünvanında yerləşən A tikilisi ümumi sahəsi 79,80 m2 2 (iki) otaqdan və B tikilisi ümumi sahəsi 57,9 m2 1 (bir) otağında yaşayış evindən ibarətdir. Cavabdeh1 miras payı ¼ hissədə müəyyən edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanladığı 16.11.2021-ci il tarixli **********33 nömrəli məktubda qeyd edilmişdir ki, ünvan 4 ünvanının Cavabdeh1 adına ********** qeydiyyat nömrəli 16.10.2019-cu il tarixli çıxarış ilə rəsmiləşdirilməsinə əsas 7 saylı NO-nun 2V-371 reyestr nömrəli 23.09.2019cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi olmuşdur. İş materiallarında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 186682 nömrəli 16.10.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi A.İldırım küçəsi 22 saylı evin ¼ hissəsinə Cavabdeh1 mülkiyyət hüququ qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir. Həmin məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Həmin məcəllənin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Həmin məcəllənin 1273-cü maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Həmin məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 4 daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. ünvan 4 daşınmaz əmlakın “D” tikilisinə X18, “A” və “B” tikilisinə X6 mülkiyyət hüququ qeydə alınmışdır. X14 19.05.1985-ci il tarixdə, X25 22.08.1998-ci il tarixdə ölmüşdür. 19.05.1985-ci il tarixdə ölmüş X6 vərəsəsi X25 olmuş, lakin X18 06.08.1998ci il tarixdə vəfat etməsi ilə əlaqədar ünvan 4 ünvanında yerləşən miras əmlakın vərəsələri X18 övladları olmuşdur. 17.03.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı ünvan 4 və o miras əmlakdan ¼ hissədə pay almalıdır, gəlini X12 ünvan 4 və o miras əmlakdan ¼ hissədə pay almalıdır, X37, oğlu ünvan 4A və o miras əmlakdan ¼ hissədə pay almalıdır. Miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş 30/3236 qeydiyyat nömrəsi ilə 03 nömrəli kitabın 331-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 3 ünvanında yerləşən A tikilisi ümumi sahəsi 79,80 m2 2 (iki) otaqdan və B tikilisi ümumi sahəsi 57,9 m2 1 (bir) otağında yaşayış evindən ibarətdir. Həmin ünvanın D tikilisi 1/3 hissə X31, D tikilisi 1/3 hissə X5 mülkiyyətində qalır. Həmin ünvana ¼ hissə pay açıq qalmışdır. Həmçinin məhkəmə müəyyən etdi ki, 17.03.2017-ci il tarixli vərəsəlikdə miras payın bağışlanması barədə müqaviləyə əsasən X37 və X12 17.03.2017-ci il tarixdə verilmiş 2V/701 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum X3 miras qalmış oğlu ünvan 4 ünvanında yerləşən A tikilisi ümumi sahəsi 79,8 m2 2 (iki) otaqdan və B tikilsi ümumi sahəsi 57,9 m2 1 (bir) otaqdan onlara düşən vərəsəlik payını İddiaçı bağışlamışlar, Cavabdeh1 isə atası X17 miras qalmış Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi A.İldırım (26 Bakı Komissarı) küçəsi 22 saylı evdən vərəsəlik qəbul etməmiş və qəbul etmək niyyətində də olmamışdır və bu barədə Bakı şəhəri 7 saylı dövlət notariat kontoruna ərizə təqdim etmişdir. Eyni zamanda məhkəmə müəyyən etdi ki, 27.09.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 4 ünvanında yerləşən A (tikilisi ümumi sahəsi 79,80 m2 2 (iki) otaqdan) və B (tikilisi ümumi sahəsi 57,9 m2 1 (bir) otağında) yaşayış evinə Cavabdeh1 miras payı ¼ hissədə müəyyən edilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 186682 nömrəli 16.10.2019-cu il tarixli çıxarışa əsasən Cavabdeh1 mülkiyyət hüququ qeydə alınmışdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrin toplusu daxildir. İşin faktiki hallarından göründüyü kimi miras əmlak qanun üzrə vərəsələr arasında bölünmüş və hazırkı mülki iş üzrə Cavabdeh1 isə atası X17 miras qalmış əmlak payından imtina etmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İşin faktiki hallarından göründüyü kimi Cavabdeh1 miras əmlakın qəbul edilməsi ilə bağlı mülki qanunvericilikdə nəzərdə tutulmuş müddətləri ötürmüşdür. Belə ki, tərəflərin mərhum X11 06.08.1998-ci il tarixdə ölmüş, lakin Cavabdeh1 ünvan 2 ünvanında yerləşən A tikilisi ümumi sahəsi 79.8 kv/metr 2 otaqdan və B tikilisi ümumi sahəsi 57.9 kv/metr 1 otaqlı fərdi yaşayış evindən ¼ hissədə pay hüququnun müəyyən edilməsi barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə 27 sentyabr 2019 -cu il tarixdə verilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericliyin tələblərinə əsasən miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasa dair şəhadətnamənin verilməsi ilə bağlı müraciət olunduqda notarius birbaşa mirasın qəbuluna dair şəhadətnamə verə bilməz. Bu halda mirasın qəbul edilməsi müddətinin ötürülüb-ötürülməməsi məsələsinin müzakirəsi məhkəmə qaydasında aparılmalıdır. Yalnız bundan sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir. Lakin işin faktiki hallarından göründüyü kimi 7 saylı Notariat ofisi tərəfindən 27 sentyabr 2019-cu il tarixli Cavabdeh1 miras əmlaka pay hüququnu müəyyən edən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilən zaman, mirasın açılmasından 21 il keçməsi nəzərə alınmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən A tikilisi ümumi sahəsi 79.8 kv.metr 2 otaqdan və B tikilisi ümumi sahəsi 57.9 kv.metr 1 otaqlı fərdi yaşayış evindən ¼ hissədə pay hüququnun müəyyən edilməsinə dair Bakı şəhəri 7 saylı Notariat Ofisi tərəfindən verilmiş 23 sentyabr 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. İşin faktiki hallarından görünüdüyü kimi Bakı şəhəri 7 saylı Notariat Ofisi tərəfindən verilmiş 27 sentyabr 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mübahisəli əmlaka Cavabdeh1 mülkiyyət hüququ qeydə alınmış və sonuncuya 16.10.2019-cu il tarixli çıxarış verilmişdir. Məhkəmə hesab edir ki, çıxarışın verilməsi üçün əsas olan Bakı şəhəri 7 saylı Notariat Ofisi tərəfindən verilmiş 27 sentyabr 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni etibarsız hesab edildiyi halda, Cavabdeh1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 186682 nömrəli 16.10.2019-cu il tarixli çıxarış ləğv edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia əsaslı olduöundan təmin edilməli, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən A tikilisi ümumi sahəsi 79.8 kv.metr 2 otaqdan və B tikilisi ümumi sahəsi 57.9 kv.metr 1 otaqlı fərdi yaşayış evindən ¼ hissədə pay hüququnun müəyyən edilməsinə dair Bakı şəhəri 7 saylı Notariat Ofisi tərəfindən verilmiş 27 sentyabr 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni etibarsız hesab edilməli və həmin ünvana dair Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı iddiası təmin edilsin. Cavabdeh1 ünvan 1 ünvanında yerləşən A tikilisi ümumi sahəsi 79.8 kv.metr 2 otaqdan və B tikilisi ümumi sahəsi 57.9 kv.metr 1 otaqlı fərdi yaşayış evindən ¼ hissədə pay hüququnun müəyyən edilməsinə dair Bakı şəhəri 7 saylı Notariat Ofisi tərəfindən verilmiş 27 sentyabr 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni etibarsız hesab edilsin. Cavabdeh1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 186682 nömrəli 16.10.2019-cu il tarixli çıxarış ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar