Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-4618/2025 18.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu İddiaçı Cavabdeh qarşı “aparılan özbaşına tikilinin sökülməsi” barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə Müəyyən etdi İddiaçı Cavabdeh qarşı “aparılan özbaşına tikilinin sökülməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində heç bir hüquq müəyyənedici sənəd olmadan şəhərsalma norma və qaydalarını ciddi surətdə pozmaqla qeyri-qanuni olaraq fərdi yaşayış evinin sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra “MPM”) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-in 149.2.2-ci maddəsinə əsasən, iddia ərizəsində idiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Göründüyü kimi, qanunvericilik, ərizənin məhkəmə icraatının mümkünlüyünü onun Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməsi ilə şərtləndirmişdir. Həmin Məcəllədə ərizədə göstərilməli olan hallar sırasında cavabdehin soyadı, adı, atasının adı ilə yanaşı onun şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatların (şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi), yaşayış yeri və ya olduğu yerin (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) mütləq göstərilməli olduğu təsbit olunmuşdur. Bu isə həm məhkəmə aidiyyətinin düzgün müəyyən edilməsinə, həm də ağlabatan müddətdə işin ədalətli həllinə xidmət edir. İddia ərizəsindən görünür ki, iddiaçı qanunvericiliyin tələbinə əməl etməyərək, “aparılan özbaşına tikilinin sökülməsi” barədə iddia ərizəsində cavabdeh qismində qeyd etdiyi şəxsin (Cavabdeh) şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsini) qeyd etməmişdir. Eyni zamanda Elektron Məhkəmə İnformasiya Sistemindən də həmin şəxsin şəxsiyyətini müəyyən etməyə imkan verən məlumatları müəyyən etmək mümkün olmur. Bu səbəbdən cavabdeh qismində qeyd edilmiş şəxs müəyyən edilmir. Bu hal isə iddia ərizəsinin məzmun tələblərinə riayət olunmadığına dəlalət etməklə yanaşı, işin məhkəmə (ərazi) aidiyyətinin müəyyən edilməsi və cavabdehin işdə iştirakının təmin edilməsi imkanından məhrum edir. MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi qaytarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı İddiaçı Cavabdeh qarşı “aparılan özbaşına tikilinin sökülməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada yenidən aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov
Məhkəmə qərarları › İş №2(003)-4618/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-4618/2025
18.11.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver