Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-468/2025 06.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi Həsənli qızının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Həsənli qızının (maraqlı şəxslər Azərbaycan Respublikası Prezidentin İşlər İdarəsi X4 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi göstərilməklə) hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi Həsənli qızı (maraqlı şəxslər Azərbaycan Respublikası Prezidentin İşlər İdarəsi X4 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi göstərilməklə) hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə müraciət edərək, xx.xx.1999-cı il tarixli 096 nömrəli “vətəndaşa həyətyanı torpaq sahəsi ayrılması haqqında“ Abşeron Rayon İcra Hakimiyyəti üzrə çıxarışda və Azərbaycan Respublikası Prezidentin İşlər İdarəsinin Kənd təsərrüfatı müəssisəsində xx.xx.2003-cü il tarixli 28 nömrəli vətəndaşa həyətyanı torpaq sahəsi ayrılması haqqında“ əmrdən çıxarışın Ərizəçi Həsənli qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1999-cı il tarixdə Abşeron Rayon İcra Hakimiyyətinin sərəncamı ilə Ərizəçi Həsənli qızına 0.06 ha torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Prezidentin İşlər İdarəsi X2 xx.xx.2024-cü il tarixli 1-2-28/2-573/2024 nömrəli məktubundan görünür ki, xx.xx.2003-cü il 28 saylı əmrinə əsasən fərdi mənzil tikintisi üçün 191 saylı kodla X3 0.06 ha həyətyanı torpaq sahəsinin ayrıldığı müəyyən edilmişdir. Torpağı özəlləşdirmək istəyərkən belə bir problemlə rastlaşdıqlarını, ayrılmış torpaq sahəsinə aid sənədlərdə ad, soyad və ata adında müəyyən yanlışlıqların olduğu aşkara çıxmış, bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi Həsənli qızının nümayəndəsi və vəkili Vəkil ərizəninin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onların nümayəndələrsi məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X10 ifadəsində göstərmişdir ki, Ərizəçi Həsənli qızı onun qonşusudur. Qeyd olunan torpaq sahəsi onların qonşuluğundadır və orada yarım tikili yerləşir. Ərizəçi Həsənli qızının yoldaşı ilə birlikdə burda illlərlə yaşamışdır. Torpaq sahəsi ərizəçiyə məxsusdur. Ərizəçini Ərizəçi Həsənli qızı kimi tanıyır. Məhkəmə iclasında şahid X7 ifadəsində göstərmişdir ki, 2004-cü il tarixindən ərizəçi ilə qonşudur. Mübahisəli torpaq sahəsində Ərizəçi Həsənli qızı öz əri ilə yaşamışdır. Hal-hazırada ərizəçi xəstə olduğundan Naxçıvan şəhərində yaşayır. Ərizəçini Ərizəçi Həsənli qızı kimi tanımışdır. Məhkəmə ərizəçinin, şahidlərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı, 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Həsənli qızı xx.xx.1952-ci ildə Naxşıvan MR Nehrəm kəndində anadan olmuşdur. İş materiallarında olan xx.xx.1999-cı il tarixli 096 nömrəli “vətəndaşa həyətyanı torpaq sahəsi ayrılması haqqında“ Abşeron Rayon İcra Hakimiyyəti üzrə sərəncamından çıxarışın surətindən görünür ki, vətəndaş X3 0.06 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentin İşlər İdarəsinin Kənd təsərrüfatı müəssisəsinin xx.xx.2003-cü il tarixli 28 nömrəli vətəndaşa həyətyanı torpaq sahəsi ayrılması haqqında“ əmrdən çıxarışın surətindən görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamı, təəvəzçilik-südçülük (Azərbaycan Respublikası Prezidentin İşlər İdarəsinin Kənd təsərrüfatı müəssisəsi) sovxozu Həmkarlar Təşkilatının 17 may 2003-cü tarixli 02 saylı protokolu nəzərə alınaraq X3 0.06 ha torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Prezidentin İşlər İdarəsi X2 xx.xx.2024-cü il tarixli 1-2-28/2- 573/2024 nömrəli məktubundan görünür ki, Arxivinin xx.xx.2024-cü il tarixli 1-2-28/2-573/2024 nömrəli məktubundan görünür ki, xx.xx.2003-cü il 28 saylı əmrinə əsasən fərdi mənzil tikintisi üçün 191 saylı kodla X3 0.06 ha həyətyanı torpaq sahəsinin ayrıldığı müəyyən edilmişdir. Təqdim edilən sənədlərdə Ərizəçi, arxivdə isə X6 qeyd olunması səbəbindən müvafiq arayışının verilməsi üçün sözügedən şəxsin arxiv sənədlərdə soyadı, adı, ata adı qeyd olunan şəxslə eyniliyi təsdiq edən sənəd təqdim olunmalıdır Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsi tərəfindən verilən arayışdan görünürü ki, Ərizəçi Şüvəlan qəsəbəsi, Nizami ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci madəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi, hüquq əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər Məhkəmə tərəfindən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri" haqqında Azərbaycan Respublikası Qanununun 16.5-ci maddəsinə əsasən Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Həmçinin “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir və bununla yanaşı, həmin faktın məhz məhkəmə qaydasında müəyyən olunması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisişəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçinin atasının adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində, “Ərizəçi” kimi göstərilsə də xx.xx.1999-cı il tarixli 096 nömrəli “vətəndaşa həyətyanı torpaq sahəsi ayrılması haqqında“ Abşeron Rayon İcra Hakimiyyəti sərəncamından çıxarışda və Azərbaycan Respublikası Prezidentin İşlər İdarəsinin Kənd təsərrüfatı müəssisəsində xx.xx.2003-cü il tarixli 28 nömrəli vətəndaşa həyətyanı torpaq sahəsi ayrılması haqqında“ əmrdən çıxarışıda X1 qeyd edilmişdir. Göründüyü kimi ərizəçinin adı, soyadı və atasının adı, mübahisəli sənədlərdə göstərilən ad soyad və ata adı müəyyən fərqlərlə üst-üstə düşümür. Lakin məhkəmə qeyd edir ki, ərizəçinin adı, soyadı və atasının adı, mübahisəli sənədlərdə göstərilən ad, soyad və ata adı ilə üst-üstə düşməsə də ad, soyad, və ata adı hərf fərqləri ilə oxşardır. Belə olan halda məhkəmə hesab edir ki, 1999-cı il tarixli 096 nömrəli “vətəndaşa həyətyanı torpaq sahəsi ayrılması haqqında“ Abşeron Rayon İcra Hakimiyyəti sərəncamından çıxarışın və Azərbaycan Respublikası Prezidentin İşlər İdarəsinin Kənd təsərrüfatı müəssisəsində xx.xx.2003-cü il tarixli 28 nömrəli vətəndaşa həyətyanı torpaq sahəsi ayrılması haqqında“ əmrdən çıxarışın Ərizəçi məxsus olması barədə qənaətə gəlməyə tam əsas verir. Belə olan halda, ərizəçinin mövcud ərizəsi əsaslıdır. Göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (maddə 307.1). Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkərlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır (maddə 307.2.5). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın” (maddə 308). Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, 1999-cı il tarixli 096 nömrəli “vətəndaşa həyətyanı torpaq sahəsi ayrılması haqqında“ Abşeron Rayon İcra Hakimiyyəti üzrə sərəncamdan çıxarışın və Azərbaycan Respublikası Prezidentin İşlər İdarəsinin Kənd təsərrüfatı müəssisəsində xx.xx.2003-cü il tarixli 28 nömrəli vətəndaşa həyətyanı torpaq sahəsi ayrılması haqqında“ əmrdən çıxarışın Ərizəçi məxsus olması ilə bağlı hüquqi fakt məhkəmə araşdırması zamanı tam təsdiq olunduğundan həmin faktın müəyyən edilmiş hesab olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1999-cı il tarixli, 096 nömrəli “vətəndaşa həyətyanı torpaq sahəsi ayrılması haqqında“ Abşeron Rayon İcra Hakimiyyəti üzrə sərəncamdan çıxarışın və Azərbaycan Respublikası Prezidentin İşlər İdarəsinin Kənd təsərrüfatı müəssisəsində xx.xx.2003-cü il tarixli 28 nömrəli vətəndaşa həyətyanı torpaq sahəsi ayrılması haqqında“ əmrdən çıxarışın Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-468/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-468/2025
06.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver