Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-469/2025 14.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, Ərizəçi X14 (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi göstərilməklə) hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, İşin halları Ərizəçi X18 (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi göstərilməklə) xx.xx.1999-cu il tarixli 096 nömrəli “vətəndaşa həyətyanı torpaq sahəsi ayılması haqqında ” Abşeron rayon İcra Hakimiyyəti üzrə çıxarışda və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfati müəssəsinin xx.xx.2003cü il tarixli 28 nömrəli “vətəndaşlara həyətyanı torpaq sahəsi ayılması haqqında” əmrdən çıxarışın X9 məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X11 onun atasıdır. O, xx.xx.1944-cü ildə Bakı şəhərində doğulub. xx.xx.1976-cı ildə anası Rəbiyyəxanımla rəsmi nikaha daxil olmuşlar. xx.xx.2009-cu ildə atası rəhmətə gedib. Vərəsəliklə bağlı Notariat kontoruna müraciət etdi. 25 Saylı Notariat Kontoru ƏMDX-nın DƏDRX-nin Bakı Ərazi İdarəsinə sorğu göndərmişdir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X8 xx.xx.2024-cü il tarixli 1-2-28/2-562/2024 nömrəli məktubundan görünür ki, xx.xx.2003-cü il tarixli 28 saylı əmrinə əsasən fərdi mənzil tikintisi üçün 1-1912 saylı kodla X3 0,10 ha həyətyanı torpaq sahəsinin ayrıldığı müəyyən edilmişdir. Verilən cavabdan da görünür ki, texniki səhv olaraq Ağamalıova qeyd edilib. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. xx.xx.1999-cu il tarixli 096 nömrəli “vətəndaşa həyətyanı torpaq sahəsi ayılması haqqında ” Abşeron rayon İcra Hakimiyyətinin sərəncamından görünür ki, X9 0,10 hektar torpaq sahəsi ayrılmişdir. Proses iştirakçılarının izahatı Ərizəçi X18 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin ərizə ilə məhkəməyə müraciət edərək onun Bakı şəhərində olmaması sıbıbi ilə məhkəmədə iştirakı mümkün olmamışdır. Ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdi. Əlavə olaraq qonşularının şahid qismində dindirilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onların nümayəndələrsi məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində göstərdi ki, Sevda onun qonşusudur. O 2007-ci ildən onları tanıyır. Mərhum atası 2009-cu il tarixdə vəfat edib. Həmin vaxt Sevda ilə birgə yaşayırdılar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X25 ifadəsində göstərdi ki, ərizəçi X18 onun qonşusudur. O, Buzovnada Tərəvəzçilik sovxozu deyilən ərazidə 2015-ci ildən yaşayır. O, ərizəçinin mərhum atasını da tanıyırdı. İş materiallarına əlavə olunmuş sənədlər Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X11, anası X10 olan X20 xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X5 arasındakı nikah xx.xx.1976-ci il tarixdə, 402 saylı nikah akt qeydi üzrə qeydə alınmış, ərə “Dadaşov”, arvada “Dadaşova” soyadı verilmişdir. Abşeron rayon İcra Hakimiyyəti üzrə xx.xx.1999-cu il tarixli 096 saylı sərəncamından çıxarışın sürətindən görünür ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamı, tərəvəzçilik - südçülük sovzoxunda işləyən və mənzil tikintisinə ehtiyacı olan hər ailə üçün 0,10 ha hesabı ilə 50 ailə üçün 5,0 ha torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. X1 0,10 ha torpaq sahəsi verilməsi haqqında xx.xx.1999-cu il tarixli qərar və sovxozun 16.08.199-cu il tarixli 27/K saylı əmri nəzərə alınaraq vətəndaşa tikinti üçün icazə verilmişdir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X20 arasındakı nikah xx.xx.2006-ci il tarixdə, 11 saylı nikah akt qeydi üzrə qeydə alınmış, ərə “Məmmədov”, arvada “Məmmədova” soyadı verilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2009-cu il tarixə vəfat etmişdir. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X13 xx.xx.2003-cü il tarixli 28 saylı əmrdən çıxarışın sürətindən görünür ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999cu il tarixli 096 saylı sərəncamı, tərəvəzçilik - südçülük sovzoxu (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi) Həmkarlar Təşkilatının xx.xx.2003-cü il tarixli 02 saylı protokolu nəzərə alaraq Baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən) X9 0.10.hektar hesabı ilə həyatyanı torpaq sahəsi ayrılması əmr edilmişdir. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi X8 xx.xx.2024-cü il tarixli 1-2-28/2-562/2024 nömrəli məktubundan görünür ki, xx.xx.2003-cü il tarixli 28 saylı əmrinə əsasən fərdi mənzil tikintisi üçün 1-1912 saylı kodla X3 0,10 ha həyətyanı torpaq sahəsinin ayrıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X8 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Tərəvəzçilik-südçülük sovxozunun (X13) 21 may 2003-cü il tarixli 28 saylı əmrinin, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd X4 Təşkilatı Komitəsinin 17 may 2003-cü il tarixli 02 saylı Protokolundan çıxarışın və arxiv kitabında (27-ci səhifədə 27-ci sətir) X2 adı qeyd olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218.1. qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 307.2.5. Şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi, hüquq əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər Məhkəmə tərəfindən müəyyən edilir. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri" haqqında Azərbaycan Respublikası Qanununun Maddə 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Maddə 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmənin mövqeyi Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə müəyyən edilmişdir ki, Ərizəçi mərhum X6 qızıdır. Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999cu il tarixli 096 saylı sərəncamı ilə tərəvəzçilik - südçülük sovzoxunda işləyən və mənzil tikintisinə ehtiyacı olan hər ailə üçün 0,10 ha hesabı ilə 50 ailə üçün 5,0 ha torpaq sahəsinin ayrılması nəzərdə tutulmuş və X1 0,10 ha torpaq sahəsi ayrılmış və tikinti üçün icazə verilmişdir. Lakin texniki səvhə yol verilərək Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfati müəssəsinin xx.xx.2003-cü il tarixli 28 nömrəli “vətəndaşlara həyətyanı torpaq sahəsi ayılması haqqında” əmrdən çıxarışda “X11” əvəzinə “X7” kimi qeyd edilmişdir. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir və bununla yanaşı, həmin faktın məhz məhkəmə qaydasında müəyyən olunması nəzərdə tutulmuşdur. Ərizəçinin atasının adının və ata adının, mübahisəli sənədlə üst-üstə düşməsi, mövcud fərqin yalnız atasının soyadında olması xx.xx.1999-cu il tarixli 096 nömrəli “vətəndaşa həyətyanı torpaq sahəsi ayılması haqqında ” Abşeron rayon İcra Hakimiyyəti üzrə çıxarışda və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfati müəssəsinin xx.xx.2003-cü il tarixli 28 nömrəli “vətəndaşlara həyətyanı torpaq sahəsi ayılması haqqında” əmrdən çıxarışın xx.xx.2009-cu ildə vəfat etmiş X9 məxsus olması barədə qənaətə gəlməyə tam əsas verir. Belə olan halda, ərizəçinin mövcud ərizəsi əsaslıdır. Göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, xx.xx.1999-cu il tarixli 096 nömrəli “vətəndaşa həyətyanı torpaq sahəsi ayılması haqqında ” Abşeron rayon İcra Hakimiyyəti üzrə çıxarışda və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfati müəssəsinin xx.xx.2003-cü il tarixli 28 nömrəli “vətəndaşlara həyətyanı torpaq sahəsi ayılması haqqında” əmrdən çıxarışın xx.xx.2009-cu ildə vəfat etmiş X9 məxsus olması ilə bağlı hüquqi fakt məhkəmə araşdırması zamanı tam təsdiq olunduğundan həmin faktın müəyyən edilmiş hesab olunması barədə qətnamə çıxarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1999-cu il tarixli 096 nömrəli “vətəndaşa həyətyanı torpaq sahəsi ayılması haqqında” Abşeron rayon İcra Hakimiyyəti üzrə çıxarışda və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfati müəssəsinin xx.xx.2003-cü il tarixli 28 nömrəli “vətəndaşlara həyətyanı torpaq sahəsi ayılması haqqında” əmrdən çıxarışın X9 (xx.xx.2009-cu ildə vəfat etmiş) məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-469/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-469/2025
14.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver