Məhkəmə qərarları › İş №2(003)-474/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-474/2023

10.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-474/2023 10.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə (maraqlı şəxs – DƏDRX-nin 1 Saylı Bakı Ərazi İdarəsi) mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına dair 1991-ci il tarixli Əzizbəyov rayon Xalq deputatları Soveti İcraiyyə komitəsinin qərarının X8 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o ailə üzvləri ilə birlikdə yuxarıda qeyd olunan ünvanda qeydiyyatdadır və həmin ünvanda da yaşayır. Onun əri X13 xx.xx.2010-cu ildə Bakı şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında şəhadətnamə vardır. Bundan sonra mərhumun varisi olmağı barədə Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisində vərəsəlik iş açılmışdır. Bildirmək istəyir ki, 1991-ci il tarixli Əzizbəyov rayon Xalq deputatları Soveti İcraiyyə komitəsinin qərarı ilə X8 ünvan 1 ünvanına dair 700 kvm torpaq sahəsi ayrılmışdır. Ölüm haqqında şəhadətnamədə və bəzi sənədlərdə X6 ata adı Rəhimoviç göstərilmişdir. Vərəsəlik işi açılandan sonra həmin məsələ ilə bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində müraciəti həll olunmamış və ona məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Mərhum yoldaşının digər sənədlərində və qardaşı X1 də ata adı Rəhim oğlu kimi göstərilmişdir. O bütün sənədləri təqdim etmiş, sadəcə yoldaşının o vaxt ata adının səhv yazılması sənədlərin qaydaya salınmasına çətinlik törədir. Daha sonra məhkəmə iclasında Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanına dair 1991-ci il tarixli Əzizbəyov rayon Xalq deputatları Soveti İcraiyyə komitəsinin qərarının Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən AZ- 1 saylı 423*24 nömrə ilə qeyd edilmiş xx.xx.2010-cu il tarixdə vəfat etmiş X10 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmunun uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirdi ki, o ərizəçi ilə qonşudur. O dəfələrlə Fikrətlə birgə həmin torpaq sahəsinə gedib. Fikrət xəstə idi, birdən rəhmətə getdi. Bildiyinə görə onun ata adı Rəhim idi, amma sənəddə nəsə uyğunsuzluq var idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 izahatında bildirdi ki, o ərizəçinin qaynıdır həm də qonşudurlar. Torpaq qardaşının olub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X* izahatında bildirdi ki, o ərizəçinin qaynı arvadıdır, həm də qonşudurlar. Qaynı Fikrət 2010-cu ildə rəhmətə gedib. Ona təzə sahədə torpaq ayrılmışdır, həmin torpaq sahəsində olub. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 18*.*-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (maddə 4.1). Məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır (maddə 30*.1.1). Məhkəmə, iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir. İş materiallarında olan Azərbaycan Respubliası Əmlak X17 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinin “torpaq sahəsi ilə bağlı məlumat verilməsi barədə” bildirişdən görünür ki, X1* adına ünvan 1sinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilmədi. İş materiallarında olan Xəzər rayon Şüvəlan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Ərizəçi Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Vidadi küçəsi döngə 2 ev 4* ünvanında qeydiyyatdadır. Onun mərhum əri X1* xx.xx.2010-cu il tarixdə vəfat etmiş və o günə kimi Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Vidadi küçəsi döngə 2 ev 4* ünvanında yaşayıb. İş materiallarında olan 29.0*.1991-ci il tarixli Əzizbəyov rayon Xalq deputatları Soveti İcraiyyə komitəsinin qərarın surətindən görünür ki, X8 ünvan 1 ünvanına dair 700 kvm torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Bakı şəhəri İHB aparatının H-390-112nsaylı xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, Əzizbəyov rayon Xalq deputatları Soveti İcraiyyə komitəsinin 1991-ci il tarixli qərarı X6 adınadır. İş materiallarında olan Bakı şəhəri Xəzər İHB aparatının 1 müavininin xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, Əzizbəyov rayon Xalq deputatları Soveti İcraiyyə komitəsinin 29.0*.1991-ci il tarixli 9 nömrəli qərarı ilə mərhum X10 ayrılmış torpaq sahəsində səhvən yazılmış Rəhim adının Rəhimoviç kimi düzəliş olunması ilə bağlı məhkəməyə müraciət etməsi məqsədəuyğun hesab olunub. İş materiallarında olan nikah haqqında şəhadətnamənin sürətindən görünür ki, Hüseynov Fikrət X2 ilə 26.0*.1984-cü il tarixdə Əzizbəyov rayon VVAQ şöbəsində rəsmi nikah daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 332 nömrəli qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X1* divar aralığının xərçəngi səbəbi ilə xx.xx.2010-cu il tarixdə ölmüşdür. İş materiallarında olan orta və texniki peşə haqqında attestatların sürətindən görünür ki, X9 adı X3 qeyd edilmişdir. İş materiallarında olan DD-07 086*40 saylı vəsiqənin sürətindən görünür ki, X9 adı X3 qeyd edilmişdir. İş materiallarına 12.08.19*1-ci il təvəllüdlü Ərizəçi aid şəxsiyyət vəsiqəsinin surəti əlavə edilmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını, şahidin ifadəsini və işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (maddə 307.1). Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkərlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır (maddə 307.2.*). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın” (maddə 308). Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir və bununla yanaşı, həmin faktın məhz məhkəmə qaydasında müəyyən olunması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, işin tədqiq olunan halları Əzizbəyov rayon Xalq deputatları Soveti İcraiyyə komitəsinin 29.0*.1991-ci il tarixli 9 nömrəli qərarın Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən AZ-1 saylı 423*24 nömrə ilə qeyd edilmiş xx.xx.2010-cu il tarixdə vəfat etmiş X10 məxsus olması barədə qənaətə gəlməyə tam əsas verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir (maddə 88). Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, ünvan 1 ünvanına dair 29.0*.1991-ci il tarixli Əzizbəyov rayon Xalq deputatları Soveti İcraiyyə komitəsinin qərarının Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən AZ-1 saylı 423*24 nömrə ilə qeyd edilmiş xx.xx.2010-cu il tarixdə vəfat etmiş X10 məxsus olması ilə bağlı hüquqi fakt məhkəmə araşdırması zamanı tam təsdiq olunduğundan həmin faktın müəyyən edilmiş hesab olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 30*, 307, 3*8, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. ünvan 1 ünvanına dair 29.0*.1991-ci il tarixli Əzizbəyov rayon Xalq deputatları Soveti İcraiyyə komitəsinin qərarının X10 məxsus olması fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar