Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-475/2024 06.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 25 saylı Notariat ofisinə qarşı X17 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla “şəhadətnamənin verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 25 saylı Notariat ofisinə qarşı X17 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla “şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 423 ünvanında yerləşən 0,044 ha torpaq sahəsinə ər-arvadın ümumi əmlakdan paya dair mülkiyyət hüququ haqqında paya dair şəhadətnamənin verilməsinin Bakı şəhəri 25 saylı notariat ofisinə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun anası X22 1980-ci ildən X8 faktiki nikaha daxil olmuşdur. Həmin vaxt onun 6 yaşı olmuşdur və həmin vaxtdan o, mərhum Fikrət Yaquboviçi öz atası kimi bilmişdir. Həmin şəxslər 2010-cu ildə nikahlarını rəsmiləşdirmişlər. Onun anası Larisa Əliyeva 15 aprel 2022-ci il tarixdə vəfat etmişdir. Onun anası rəhmətə getdikdən sonra atalığı Fikrət Səfərəliyev anası ilə birgə nikah dövründə aldıqları Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 423 ünvanında 8 ar torpaq sahəsinin yarısını satmışdır. Onun atalığı Fikrət Yaquboviç 04 oktyabr 2022-ci il tarixdə dünyasını dəyişmişdir. Onun anası sağ olan zaman o, anası ilə birlikdə öz hesbaına ev tikmiş və hazırda həmin evdə o yaşayır. Həmin torpaq sahəsin onun atası ilə analığının birgə nikah dövründə alındığına görə torpağın yarısı onun anasına məxsusdur. Fikrət Səfərəliyev onun anası öldükdən sonra torpağım yarısını satmış, bununla da Fikrət Səfərəliyev öz payını satmışdır. Hazırda həmin torpaq sahəsinin qalan hissəsində o, anası ilə birlikdə tikdirdiyi fərdi yaşayış evində oğlu ilə yaşayır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili əlavə olaraq qeyd etmişdir ki, X2 Fikrət Yaquboviçin qardaşı oğludur. Mübahisə edilən torpaq sahəsi X12 məxsus olmamışdır. X4 Respublikasında yaşayır. X17 əmisinin ölümü barədə məlumat aldıqdan sonra həmin torpaq sahəsinə yiyələnmək istəmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Bakı şəhəri 25 saylı Notariat ofisi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq X17 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə X10 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan: İİİ-ЖГ seriyalı, 291046 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxx 1974-cü il tarixdə doğulmuşdur. Anası X22dır. AZ-İ seriyalı, 576381 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 və X22 07 sentyabr 2010-cu il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 07 sentyabr 2010-cu il tarixdə 543 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 423 nömrəli bağ evi xx.xx.2019-cu il tarixdə X9 adına dövlət qeydiyyatına alınmışdır. AZ-İİ seriyalı, 263034 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.2022-ci ildə ölmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 423 ünvanındakı 0,08 ha torpaq sahəsində yerləşən ev və 0,036 ha torpaq sahəsi xx.xx.2022-ci il tarixdə X18 adına, 0,044 ha torpaq sahəsi isə xx.xx.2022-ci il tarixdə X9 adına dövlət qeydiyyatına alınmışdır. AZ-İİ seriyalı, 330137 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2022-ci ildə ölmüşdür. Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinin 25 oktyabr 2022-ci il tarixli, D/135 nömrəli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə ölmüş mərhum X16 vərəsəsi İddiaçıdır. “Elektron notariat” X1 çıxarışdan görünür ki, İddiaçı X7 üzrə vərəsəsidir. Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysetri publik hüquqi şəxsinin Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə ünvanlanan 31 yanvar 2024-cü il tarixli məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, Xəzər Rayonu, Şüvəlan qəsəbəsi, 423 saylı bağ evi və həmin bağ evinin yerləşdiyi 0,14 ha torpaq sahəsi X9 adına xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinin 0,06 ha hissəsi xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında satılmışdır. Sonradan qalan 0,08 ha torpaq sahəsinin 0,036 ha hissəsi və yuxarıda göstərilən bağ evi xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X3. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı mərhum X5r. X22 X13 ilə 07 sentyabr 2010-cu il tarixdə nikahlarını bağlamışlar. 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 423 nömrəli bağ evi xx.xx.2019-cu il tarixdə X9 adına dövlət qeydiyyatına alınmışdır. X22 xx.xx.2022-ci ildə ölmüşdür. X15 xx.xx.2022-ci il tarixdə yuxarıda göstərilən bağ evini və torpaq sahəsinin bir hissəsini satmışdır. Bunun nəticəsində X9 mülkiyyətində yuxarıda göstərilən ünvanda yerləşən 0,044 ha torpaq sahəsi qalmışdır. X14 xx.xx.2022-ci ildə ölmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 62-ci maddəsinə əsasən ər-arvaddan biri öldükdə ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnaməni sağ qalmış ərin (arvadın) ərizəsinə əsasən yalnız mirasın açıldığı yerin notariusu verməli və bu barədə miras qoyanın mirası qəbul etmiş vərəsələrinə məlumat göndərməlidir. Şəhadətnamə ümumi əmlakın yarısına verilə bilər. Mülkiyyət hüququ haqqında şəhadətnamədə mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsinə əsasən sağ qalmış ərin (arvadın) razılığı ilə, ölmüş ərin (arvadın) ümumi əmlakdan payı da müəyyən edilə bilər. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 423 ünvanında yerləşən 0,044 ha torpaq sahəsinə ər-arvadın ümumi əmlakdan paya dair mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsi barədə iddia tələbi əsassızdır. Çünki X15 ilə X16 qohumluq əlaqəsi müəyyən edilməmişdir. X22 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 423 ünvanında yerləşən 0,044 ha torpaq sahəsinə anası X16 pay hüququ haqqında şəhadətnamə verilməsi üçün qanunvericilik həmin şəxsin əri olmuş X9 yazılı ərizəsinin olmasını tələb edir. X16 xx.xx.2022-ci il tarixdə vəfatından sonra isə X15 xx.xx.2022-ci il tarixdə vəfat etdiyinə görə yuxarıda göstərilən yazılı ərizənin verilməsi mümkün deyil. Hazırki halda isə X19 yuxarıda göstərilən torpaq sahəsinə pay hüququ haqqımnda şəhadətnamənin verilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 25 saylı Notariat ofisinə qarşı X17 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla “şəhadətnamənin verilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-475/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-475/2024
06.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver