Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-475/2025 18.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçinin nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsinin X7 tərəfindən verilmiş 21 may 2003-cü il tarixli, 28 saylı əmrdən çıxarışın ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli, 096 saylı sərəncamı, tərəvəzçilik-südçülük sovxozu Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd X1 Təşkilatının 17 may 2003-cü il tarixli 02 saylı protokolunu nəzərə alaraq baş plana uyğun olaraq Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Tərəvəzçilik-Südçülük sovxozu ünvanda fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən ona 0,05 ha həyətyanı torpaq sahəsi ayrılmaqla istifadəsinə verilmişdir. Həmin torpaq sahəsini sənədləşdirməkdən ötrü Azərbaycan Respublikası Prezidentinin işlər İdarəsinin İctimai X18nə müraciət etmişdir. Müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin işlər İdarəsinin X7 Arxivində soyadı “Paşayev”, adı “Zakir”, atasının adı “O.oğlu” qeyd olunması səbəbindən müvafiq arxiv sənədlərində ata adı qeyd olunan şəxslə eyniliyini təsdiq edən təqdim olunmalıdır. Bu səbəbdən də qeyd olunan məsələnin həlli məqsədilə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Qeyd olunan sənədin əsasında ona verilmiş torpaq sahəsi faktiki istifadəsindədir. Həmin torpaq sahəsində ev tikməklə hal-hazırda həmin evdə yaşayır. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X7 21 may 2003-cü il tarixli 28 saylı əmrinə əsasən 1-1776 kodla fərdi mənzil tikintisi üçün ona 0,05 hektar torpaq sahəsi ayrılmışdır. Ərizəçi ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 olan ləğv edilmiş Prezidentinin İşlər İdarəsinin X14 Sovxozunun X7 21 may 2003-cü il tarixli, 28 saylı əmrinin, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssəsinin həmkarlar təşkilatı 17 may 2003-cü il tarixli protokolunda və arxiv kitabında Ərizəçi O. ata adının Ərizəçi olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Vəkil ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi və ərizənin məzmununa oxşar izahat verdi. Maraqlı şəxs Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X8 məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 xx.xx.2024-cü il tarixli, 1- 2-28/2-492/2024 saylı məktubundan görünür ki, müvafiq arxivdə aparılmış araşdırma zamanı ləğv edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X11 (keçmiş Buzovna Tərəvəzçilik-şüdçülük şovxozu) 21 may 2003-cü il tarixli 28 saylı əmrinə əsasən fərdi mənzil tikintisi üçün 1-1776 saylı kodla Ərizəçi O. oğluna 0,05 ha həyətyanı torpaq sahəsinin ayrıldığı müəyyən edilmişdir. Təqdim etdiyiniz sənədlərdə Ərizəçi, arxivdə isə Ərizəçi O. oğlu qeyd olunması səbəbindən müvafiq arxiv arayışının verilməsi üçün sözügedən şəxsin arxiv sənədlərində ata adı qeyd olunan şəxslə eyniliyini təsdiq edən sənəd təqdim olunmalıdır. Qeyd olunan məsələnin həlli məqsədilə məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. -Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X11 xx.xx.2003-cü il tarixli, 28 nömrəli əmrindən çıxarışdan görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli, 096 saylı sərəncamı, tərəvəzçilik-südçülük sovxozu Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd X1 Təşkilatının 17 may 2003-cü il tarixli 02 saylı protokolunu nəzərə alaraq baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən “Ərizəçi 0,05 ha həyətyanı torpaq sahəsi ayrılmaqla istifadəsinə ayrılmışdır. -Abşeron Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli, 096 saylı sərəncamından çıxarışın surətindən görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli, 096 saylı sərəncamı ilə Buzovna tərəvəzçiliksüdçülük sovxozunda işləyən və mənzil tikintisinə ehtiyatı olan fəhlə və mütəxəssislərə verilməsi üçün hər ailəyə 0, 10 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrılması nəzərə alınmışdır. -AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və Elektron Məhkəmə İnformasiya Sistemində ərizəçiyə aid məlumat pəncərəsindən görünür ki, Ərizəçi, xx.xx.1953-cü ildə Bakı şəhərində doğulmuş, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 2 ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 alınmış Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd X9 X2 İttifaqı Komitəsinin 17 may 2003-cü il tarixli iclasının 02 nömrəli protokolundan çıxarışının surətindən görünür ki, Ərizəçi O. oğlu fərdi ev tikmək üçün 0,10 ha torpaq sahəsi ayrılmışdır. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 alınmış Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd X9 Təsərrüfatı Müəssisəsinin 21.035.2003-cü il tarixli, 28 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, Müəssisəsinin Kənd X2 İttifaqı Komitəsinin 17 may 2003-cü il tarixli iclasının 02 nömrəli protokolundan çıxarışına əsasən siyahıda adları göstərilən X11 işçilərinin hər birinə fərdi yaşayış evi tikmək üçün 0,10 ha torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır. Məhkəmə qeyd edir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hazırki iş üzrə ərizəçiyə mülkiyyət hüququna dair sənədin (torpaq sahəsinin ayrılmasına dair orderin) ona məxsus olması faktının müəyyən edilməsi göstərilən sənəddə torpağa dair onun hüquqlarını reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu ehtiva edən sənəddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 olan ləğv edilmiş Prezidentinin İşlər İdarəsinin X14 Sovxozunun X7 21 may 2003-cü il tarixli, 28 saylı əmrinin, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssəsinin həmkarlar təşkilatı 17 may 2003-cü il tarixli protokolunda və arxiv kitabında ata adı, soyadı və atasının adı “Ərizəçi O.” yazılmışdır. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 xx.xx.2024-cü il tarixli, 1-2-28/2-492/2024 saylı məktubundan da görünür ki, təqdim edilən sənədlərdə Ərizəçi, arxivdə isə Ərizəçi O. oğlu qeyd olunması səbəbindən müvafiq arxiv arayışının verilməsi üçün sözügedən şəxsin arxiv sənədlərində ata adı qeyd olunan şəxslə eyniliyini təsdiq edən sənəd təqdim olunmalıdır. Qeyd olunan məsələnin həlli məqsədilə məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Məhkəmə, iş materiallarını, eyni zamanda məhkəmə iclasında dindirilmiş şahid ifadələrini nəzərə alaraq hesab edir ki, ərizəçinin ata adı “Oruc” olmasına baxmayaraq Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssəsinin həmkarlar təşkilatı 17 may 2003-cü il tarixli protokolunda və arxiv kitabında atasının adı “O.oğlu” kimi qeyd olunduğundan ərizə təmin edilərək, göstərilən fakt müəyyən edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 olan ləğv edilmiş Prezidentinin İşlər İdarəsinin X14 Sovxozunun X7 21 may 2003-cü il tarixli, 28 saylı əmrinin, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssəsinin həmkarlar təşkilatı 17 may 2003-cü il tarixli protokolunda və arxiv kitabında Ərizəçi O. ata adının Ərizəçi olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 olan ləğv edilmiş Prezidentinin İşlər İdarəsinin X14 Sovxozunun X7 21 may 2003-cü il tarixli, 28 saylı əmrinin, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssəsinin həmkarlar təşkilatı 17 may 2003-cü il tarixli protokolunda və arxiv kitabında ad, soyad və ata adı kimi qeyd edilmiş “Ərizəçi O.”-nun “Ərizəçi” olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-475/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-475/2025
18.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver